SEYİD HÜSEYN
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
XX əsrin əvvəllərində ədəbi tənqidin əsas yaradıcılarından biri də Seyid Hüseyn (1887-1938) olmuşdur. Seyid Hüseyn də bütün maarifpərvər ziyalılar kimi xalqın savadlanması, yeni məktəblərin açılması, tədris kitablarının nəşri, müəllim kadrlarının yetirilməsində böyük xidmətləri olmuşdur.
Seyid Hüseyn obyektiv olmayan şəxs düşmənçilik və kin-kudurətli tənqidin əleyhinə olmuşdur. XX əsrin əvvəllərində ədəbiyyat kimi onun ayrılmaz bir sahəsi olan ədəbi tənqid də Azərbaycan ictimai-siyasi və ədəbi həyatında baş verən hadisələrdən, fikri ixtilaf və mübarizələrdən kənarda deyildi.
Demokratik və inqilabi demokratik tənqid yeni əsrin ən qüvvətli, ən kütləvi tənqidi cərəyanı idi. Milli ədəbiyyatın qabaqcıl demokrativ ideya və ənənələrini müdafiə edən ədəbi hadisələrin qiymətləndirilməsində geniş xalq kütlələrinin mənafeyini, ehtiyac və tələblərini hər şeydən üstün tutan Firidunbəy Köçərli, Seyid Hüseyn, Kazımoğlu, Abdulla Sur, Hacı İbrahim Qasımov kimi nümayəndələri var idi.
Milli ədəbi tənqidin əsas yaradıcılarından biri olan Seyid Hüseyn yarım əsrlik ömür yolunun çox hissəsini Azərbaycan ədəbiyyatı və ədəbi tənqidinin tərəqqisinə həsr etmişdir.
Seyid Hüseyn müasir nəsrin ilk nümunələrini yaradan, kiçik hekayələr ustası, görkəmli mətbuat və mədəniyyət xadimi kimi tanınmışdır.
İki işini "Kaspi" qəzeti redaksiyasında işə başlamış, burada dövrün tanınmış yazıçısı, şamro və təsisçiləri ilə olan tanışlıq onun gələcək fəaliyyətinin istiqamətini müəyyənləşdirilmişdir. XX əsrin əvvəllərində mətbuat aləminə daxil olan tənqidçi qəzet və jurnalların bir çoxunda əməkdaşlıq edir. "İqbal", "Qurtuluş" və s. kimi mətbu orqanların baş redaktoru vəzifəsində çalışır. XX əsrin 10-cu illərində müasir ədəbi prosesi diqqətlə izləyən, çap olunan əsərlər barədə vaxtında və müntəzəm surətdə rəy söyləyən Seyid Hüseyn dövrün ən fəal tənqidçisi kimi tanınmışdır. Məmməd Məmmədov qeyd edir ki, H. H.Seyid Hüseyn müasirlərinin böyük əksəriyyəti haqqında yazmış, onların əsərlərinin, belə demək mümkünsə ilk rəyçisi və şərhçisi olmuşdur. Bu məqalələrin hər birinin özünəməxsus konkret ünvanı, mövzusu və məqsədi olsa da, məqalə müəllifi təkcə həmin əsəri. İdeya - sənətkarlıq baxımından səciyyələndirməklə kifayətlənmir, bu və ya digər əsəri təhlil edərkən, məqamı düşdükcə, elmi ümumiləşdirmələr aparır, tənqid və ədəbiyyatşünaslığımızın o zamankı səviyyəsinə uyğun maraqlı nəticələr gəlir.
Seyid Hüseynin bu sahədəki bacarığını müasirlərindən biri olan, M.Hadi Seyid Hüseyni "doğru söz deyən qələmi-sadiq" tənqidçi adlandırmışdır. Cəfər Cabbarlı isə ondan "yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya türkləri arasında müqtədir tənqidçi adı daşımağa ləyaqət qazanmış münəqqib" kimi bəhs etmişdir. XX əsrin əvvəllərində yaradıcılığa başlayan, az-çox tanınmış, elə bir yazıçı və şairlərin adını çəkmək çətindir ki, tənqidçi Seyid Hüseyin qələmindən kənarda qalmış olsun. C.Məmməd Quluzadə, N.Vəzirov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, F.Köçərli, M.S.Ordubadi, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, A.Divanbəyoğlu, M.Hadi, A.Səhhət, C.Cabbarlı, A.Şaiq və başqa yazıçıların yaradıcılıqları, realist demokratik ədəbi tənqidin aparıcı nümayəndələrindən biri kimi Seyid Hüseynin diqqətini daha çox cəlb etmişdir. Bu sənətkarın əsərlərinin çap etdirmiş, hər bir əsəri layiqincə qiymətləndirməklə yanaşı, əsərlərdə nəzərə çarpan ideya, sənətkarlıq qüsurlarını da obyektiv, prinsipal mövqedən tənqid atəşinə tutmuşdu.
Demək
olar ki, ədəbi fəaliyyətə təzəcə
başlayan Əli Səbri Qasımovun "Solğun
çiçəklər", "Şəbi-hicran"(1913),
Rza Zakinin "Nakam qız" (1911), "Fadayi-eşq"
(1912), Səkinə xanım Axundovanın "Zülmün Səmərəsi"
(1917), Əhmədbəy Qəmərlinskinin "Bəhluli-danəndə"
(1919) və bu kimi gənc qələm sahiblərinin ilk əsərləri
də Seyid Hüseynin tənqid qələmindən kənarda
qalmamışdır. XX əsrin 10-cu illəri
Seyid Hüseynin yaradıcılıq fəaliyyəti təkcə
tənqidçiliklə kifayətlənmir. O, bu dövrdə
bir sıra hekayələr "Dərədən-təpədən"
ümumi başlıqı altında silsiləvi felyetonlar, elmə,
maarifə, gənclərin təlim və tərbiyəsinə
dair məqalələr də qələmə
almışdır. Hənəfi Zeynallı vaxtilə Seyid
Hüseynin ədəbi yaradıcılığından bəhs
edərkən yazırdı: "Seyid Hüseynin əsərlərindəki
bütün vaqeələr keçirməkdə olduğumuz ictimai
həyatın, siyasətin, iqtisadi yaşayışın
sapları ilə sıx bağlanmışdır". XX əsrin 20-ci illərindən sonra S.Hüseyn hər
tənqidçilik fəaliyyətini davam etdirir. O, istər
klassik, istərsə də müasir olduğu
yazıçıların yaradıcılığına həsr
olunmuş, ədəbiyyatşünaslığın təməl
daşını qoyanlardan biri olmuşdur.
Bu illərdə Seyid Hüseyn hər
bir şair və yazıçının
yaradıcılığına dair məqalələr dərc
edir, ədəbiyyatın qarşısında duran yeni vəzifələr
üçün, diqqətəlayiq fikirlər söyləyirdi.
Ömrümün son illərində
bir-birinin ardınca nəşr etdirdiyi "Yeni həyat
yollarında" (1928), "İki həyat arasında"
(1930), "Şirin-naz" (1937) kitablarında toplanmış
əsərlərlə kiçik hekayələr ustası kimi
tanınır.
Seyid Hüseyn həm də müasir Azərbaycan
nəşrinin ilk nümunələrini yaradan sənətkarlar
sırasında özünə layiqli mövqə qazanır.
Professor Kamal Talıbzadə Seyid Hüseynin ədəbi
görüşlərinin əsas prinsiplərini müəyyənləşdirərkən,
haqlı olaraq onun sənətin həyatla əlaqəsinə,
münasibəti məsələsini ön plana çəkir.
Alimin fikrincə: "bunsuz tənqidçinin ayrı-ayrı ədəbi
hadisələrə, yazıçı və əsələrlə
münasibətini aydın təssəvvür etmək çətindir".
Seyid Hüseyn daima realist sənətkarları
həyat həqiqətini əks etdirməyə, canlı
müşahidələrə əsaslanmağa, gördüklərini
yazmağa səsləyirdi. Seyid Hüseynin fikrincə "sənət
həyatı təsvir edə bilmək qabiliyyətidir". Bu, tənqidçinini əsas prinsipi idi. Seyid Hüseyn hər bir şair və
yazıçının əsərləri haqqında
mübahisələrdə iştirak edəndə, bir tənqidçi
kimi qiymət və fikrini bildirəndə də məhz sənətin
həyat, həqiqətinə münasibətində də bu
prinsipə əsaslanırdı. Seyid Hüseynin C.Məmmədquluzadənin
"Ölülər" komediyasının ilk
tamaşası ətrafında gedən mübahisə və
müzakirələrdə iştirak etmiş, əsər
üçün öz layiqli qiymətini verərək əvvəlcə
"Ölülər" və onun tənqidləri
haqqında bir mütaliə" adlı məqalələrini
dərc etdirərək "Ölülər" ədəbiyyatımızda
"inqilab törədə biləcək məziyyətdə"
olan bir əsər kimi dəyərləndirmişdir.
Seyid
Hüseyn bu əsərin ideya məzmununa və sənətkarlığına
yüksək qiymət verir və fransız
yazıçısı V.Hüqoqun "Səfillər"i və
rus dramaturqu N.Y.Qoqolun "Müfəttiş"i ilə məqayisə
edərək yazırdı: "Bilirəm, bir çoxları
Mirzə Cəlilin "Ölülər"ini Qoqulun
"Revizor"da kefli İskəndər kimi bir qüvvə
yoxdur ki, "elm oxuyun, alim olun deyib", "adam olun" deməyənlərə,
doqquz yaşında ərə gedən qızlara,
qardaşının, ata və anasının dirilməsindən
ötrü fikirləşməyə gələnlərə,
dirildikdən sonra evlərinə, yurdlarına qayıtmaq istərkən
qapısı üzünə açılmayan ölülərə
gülsün, doqquz yaşında nazılarını şeyx
nəsrullahlara məcburən arvad etmək istəyən
atalarının üzünə tüpürməklə
ağlasın və ağlatsın. Mən deyirəm ki, bir əsr
bundan əvvəl Fransa əhvali-ictimaiyyəsində "Səfillər"nə
isə V.Hüqonun ac və səfil arvad uşaqları və
küçələrdə yaşayan sahibsiz "gülxan bəyləri"
bəşər cəmiyyətinə və fransız əfkarına
necə təsir bağışlayacaq, səhnəmizdə
rusların "Revizor"u qədər ölməz tutacaqlar.
Seyid Hüseyn əsərin qiymətini düzgün anlayıb
verə bilməyənlərə cavab olaraq yazırdı:
"Ölülər" faciəsinin ruhu Şeyx Nəsrullahın
hiylələrində deyil, onun hiyləsi qurbanı olan doqquz
yaşlı nazlılarının ailədəki və həyatı-ictimaiyyətimizdəki
mövqelərindəndir". Seyid Hüseynin tənqidçi
qələminini yüksək qiymətini Sabir, Çəmənzəminli,
Haqverdiyev, Nərimanov, Qənizadə, Səbri, Ordubadi
yaradıcılığına münasibətdə də
aydın görmək olar.
Seyid
Hüseynin Abdullahbəy Divanbəyoğlunun "Can
yanğısı" əsərinə verdiyi düzgün
qiyməti "bu gün bizim arvadlarımızın halı həman
zəncilərin əsarət halları kimidir. Bu məsələyə
münasibət birinci olaraaq möhtərəm A.Divanbəyi tərəfindən
nəşr edilən "Can yanğısı"
arvadlarımızın hallarında bir nümunə göstərmişdir,
"Can yanğısı" Qafqaz köçəri məişətini
təsvir edən hekayədir. Bu hekayə Ruqiyyə
adlı bir Qafqazlı arvad qədər çəkdiyi zəhmət
və müsibəti göstərir". Bu
dövr üçün adi hal idi. Hər
bir qadın bu zülmləri görərək yaşayır,
səslərin belə çıxarmağa haqları yox idi.
Lakin belə əsərlərin meydana gəlməsi
ilə qadınlarımız, Cəfər Cabbarlının
"Sevili" kimi bu əsarətə qarşı haqq səslərini
qaldırmağa gücləri yetərdi. Seyid Hüseyn
"Can yanğısı" əsərinin "bir taqım
səhvlərə təsadüf edildiyini" yazır. Əsərin dili, yazılış qaydasını tənqidçi
səhv olduğunu, bu da Qafqaz Şivəsindən irəli gəldiyini
açıqlayır.
Hər bir yaradıcılığa
verilən düzgün qiymət, hər bir şair və
yazıçının xalq arasındakı mövqeyini təyin
edir. Seyid Hüseyn də bir tənqidçi kimi
çalışmışdır, hər bir əsəri
düzgün və layiqincə qiymətini versin ki, yazılan
düzgün olmayan söz müəllif üçün zərərli
olsun. Seyid Hüseyn hər zaman tənqidə və tənqidçiyə
ehtiyac olduğunu deyir: "Tənqidə bu qədər ehtiyac
olduğu halda təəssüflər olsun ki, bu vaxtadək bu
xüsusda bizdə əhəmiyyət verilməmişdir. Budur ki, nə müəlliflərimiz hansı yol ilə
yazacaqlarını bilirlər, nə də şairlərimiz nə
kimi əsərlərin camaata mənfəət verəcəyini
tanıyırlar. Bizdə tənqidçi
yoxluğundandır ki, təb və nəşr edilən
kitablarımızın içində bir çox əxlaqpozan
və heç bir məziyyəti olmayan kitabçalar təsadüf
edilir. Yenə tənqidçi
yoxluğundandır ki, "Osmanlı hökumətini qüdrətli
hünləri" kimi kitablarda türklərin tarixi
gülünc surətdə meydana qoyulub.
"Aşçı başının əli altında xidmət
edən oğlanlar küçəyə çıxdıqca
onun-bunun sataşmasından qorxub arvad kimi üzlərini
örtərdilər: və yaxud "Soltanın sarayında
xidmət edən xristian uşaqlarının əndamı tər
kimi gözəl olması şərt idi" və s. kimi fəqərələr
insanın ruhunu zəhərləmədədir. Halbuki,
bunların qabağına sədd çəkib ədəbsizlərə
ədəb öyrətməlidirlər". Doğrudan da tənqidçinin dediyi kimi bu gün
necə bir nəticə verəcəyini hər kəs
düşünə bilər, zənn edirəm".
Ədəbiyyat tarixində
istedadlı bir ədəbiyyatşünas tənqidçi və
publisist kimi tanınılan Seyid Hüseyn Azərbaycan ədəbiyyatı,
teatrı, dili və mətbuatının inkişafında
mühüm xidmətləri olmuşdur. Mətbuat səhifələrində
dərc olunan "Ədəbiyyata bir nəzər",
"Sabir və N.Vəzirov haqqında", "Mətbuatımıza
bir nəzər", A.Divanbəyoğlunun "Can
yanğısı", M.C.Ordubadinin "Bədbəxt
milyonçu, yaxud Rzaqulu xan Firənqiməab",
Ə.Haqverdiyevin "Şeyx Şaban", F.Köçərli
"Balalara hədiyyə", C.Cabbarlının
"Ədirnə fəthi" əsərləri haqqında
yazdığı tənqidi məqalələr ədəbiyyatşünaslığın
inkişafında mühüm yer tapmışdır.
Seyid Hüseyn Azərbaycan ədəbiyyatında
roman janrının olmamasından, həyat hadisələrinin
geniş planda əks etdirən epik əsərlərin
azlığından şikayətlənirdi.
Tənqidçinin fikrinə görə,
romanın "Təhribi-əxlaqa" rolu böyükdür. Hər bir
insanın öz nöqsanlarını görmək
üçün roman əlverişli vasitədir. Romanda həyat hadisələri geniş şəkildə,
canlı bədii lövhələr vasitəsilə təsvir
olunur.
Azərbaycan ədəbiyyatının
keşiyində sərvaxt dayanan, öz xalqının ədəbi-bədii
fikrinin hər cəhətdən inkişafına
çalışan Seyid Hüseynin tənqidçilik fəaliyyəti
geniş və əhatəlidir.
Göyərçin Abid
qızı
AzƏrbaycan
Respublikasının Prezidenti yanında kütlƏvi informasiya
vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi
fondunun maliyyƏ yardımı ilƏ
Ədalət 2019.- 13 sentyabr.- S.7.