Abutalıbov cibindən Quran çıxarıb dedi
ki...
Uzun illər Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru işləmiş üzeyiryşünas alim Səadət Qarabağlı Adalet.az saytının suallarını cavablandırıb. O, dahi bəstəkarın ev muzeyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib.
- Həyatınız
uşaqlıq illərinizdən bu zamana kimi sirli
bir şəkildə Üzeyir
Hacıbəylinin həyatı ilə bağlanıb. Siz buynu özünüzə
necə izah edirsiniz?
Düz deyirsiniz. Özüm də bilmədən, hiss etmədən həyatım Üzeyir bəyin həyatı ilə bağlanıb. Düşünürəm ki, bu elə Allahın mənə hədiyyəsidir. Musiqi məktəbinin birinci sinifindən Üzeyir bəyin tələbəsi Zivər Əliyeva mənə dərs deyib. O, Vaqif Mustafazadənin anası idi və mənə İçərişəhərdəki evlərində musiqi təhsili verirdi. Çox xoşbəxtəm ki, Vaqif Mustafazadənin böyüdüyü evdə təhsil alıb, onun ifa etdiyi royalda da ifa etmişəm.
Sonralar bildim
ki, mənə dərs deyən müəllimlərin
hamısı Üzeyir bəyin tələbələri
olub. Sonradan atamın
təyinatı Füzuli rayonuna
verildi və biz
Füzuliyə köçdük. Orada da mənə Üzeyir bəyin tələbəsi Məmməd
Cavadov dərs dedi. Beləliklə,
mənim həyatım Üzeyir bəylə
bağlandı.
- Daha
sonra Üzeyir
Hacıbəylinin ev muzeyində işləməyə
başladınız. Bu necə oldu?
- Azərbaycan Dövlət Universitetinin
Jurnalisika fakütləsinə daxil oldum. Anam
jurnalist idi, uzun illər "Müxbir”
jurnalında işləmişdi. Mən sonacan
musiqini davam etdirmədim
və Jurnalistika fakültəsini bitirdim.
Universitetin 2-ci kursunda təhsil aldığım zaman "Ədəbiyyat və İncəsənət”
qəzeti ilə əməkdaşlıq edirdim.
1979-cu il avqustun bir günündə mənə Üzeyir bəyin ev
muzeyindən reportaj hazırlamaq
tapşırıldı.
Muzeyə getdim, içəri daxil olaraq məqsədimi dedim. Suallarıma muzeyin əməkdaşları ətraflı cavab verə bilmədilər. Bir də gördüm ki, hündürboy, zadəgan görkəmli, əlində əsası, cibində dəsmalı olan bir yaşlı kişi gəldi. Özünü təqdim edərək mənimlə görüşdü və məlum oldu ki, Ramazan Xəlilov adlı bu ziyalı muzeyin direktorudur.
Ramazn bəy özü də jurnalist idi və o, mənə Üzeyir bəy haqqında çox
geniş məlumat verdi.
Ramazan bəyə canlı ensklopediya
deyirdilər. Həqiqətən də çox
savadlı və intellektli insan
idi. Ramazan Xəlilov Üzeyir bəy Hacıbəylinin böyük baldızının oğlu idi. Uzun illər Üzeyir bəyin
katibi olub. 1975-ci ildə
ev muzeyinin
açılmasında böyük rolu olub. Onda
bu muzey Azərbaycanın
o zamankı rəhbəri Heydər
Əliyevin göstərişi ilə açılmışdı.
Ramazan Xəlilov da ömürlük oraya direktor təyin olunmuşdu.
Ramazan Xəlilov mənim Üzeyir bəylə bağlı bütün suallarıma ətraflı cavab verdi. Muzeydən
yazını hazırlayıb bitirəndən sonra
Ramazan Xəlilov mənə daimi olaraq harda
işlədiyimi soruşdu. Mən də cavab verdim ki,
hələ ki təhsil alıram, qəetlə
əməkdaşlıq edirəm. Onda məndən
soruşdu ki, bu muzeydə işləmək istəyərsiniz?
Həqiqətən də bu sual mənim üçün
gözlənilməz idi. Cavab
verdim ki, bəli, böyük məmnuniyyətlə işləyərdim.
Ramazan bəyin savadı, mədəni
səviyyəsi, dünyagörüşü,
muzeyin ab-havası məni özünə
çəkdi. Və o, məni işə
dəvət etdi ki, gəlin
işləyin.
Beləliklə də, 1970-cu ilin
1 senytabrından Üzeyir bəy Hacıbəylinin
ev muzeyində əməkdaş kimi işə başladım.
Muzeydə 25 il,
5 ay çalışdım. 1979-cu ildən
1999-cu ilə qədər, 20 il Ramazan Xəlilovla birlikdə Üzeyir
bəyin ev muzeyində
çalışaraq, böyük bir məktəb keçdim.
1999-cu ildə Ramazan Xəlilov
dünyasını dəyişdikdən sonra
mən muzeyə direktor təyin olundum.Ramazan bəy öz
sağlığında mənə təklif etdi
ki, o özü
baş direktor və mən
isə direktor olum, amma mən qəbul etmədim. Mən ondan hər zaman atalıq
qayğısı görmüşdüm.
Təsəvvür edin ki,
gedib atanın yerində oturursan.
Ona görə də direktor
olmaq təklifini qəbul etmədim.
O zaman Ramazan
Xəlilov dedi ki, ona hər gün işə
gəlib-getmək çox çətindir.
Ramazan müəllim rəhmətə gedəndən
sonra beş ay onun qızı Nərgiz
Xəlilova muzeydə direktor oldu. O da
dünyasını dəyişdi. Heç
məndən soruşmadan məni oraya direktor təyin etdilər.
Əmrimi o zamankı mədəniyyət naziri Polad Bülbüloğlu
verdi.
Bütün bunlardan savayı, mən Naxçıvanda doğulmuşam və Üzeyir
bəy də iki dəfə, ilk çağırışdan,
axırıncı çağırışa kimi
Naxçıvan zəhmətkeşləri tərəfindən
SSRİ Ali Sovetinə deputat
seçilib. Bax orda da nəsə
bağlılıq var.
- Sizə bu bağlılıq xoş
gəlirmi?
- Çox xoş
gəlir, əlbəttə. Əvvəllər heç
özüm də bu
bağlılığın fərqində deyildim.
Sonradan bunun fərqinə
vardım. Bəlkə də bu mənə
bir missiya kimi verilmişdi.
- İşdən
çıxmağınızla bağlı
danışmağınızı istəyərdim. Ərizənizi
yazıb çıxdığınız üçün
peşman deyilsiniz ki?
- Bir tərəfdən peşmanam, bir tərəfdən
də peşman deyiləm. Peşmanam
ona görə ki, Üzeyir bəy üçün
etmək istədiklərimi kənardan edə bilmirəm. Ancaq yaradıcılıqla məşğulam.
Onun haqqında kitablar
yazıram, məqalələr yazıram. Daha
geniş mübarizə apara
bilmirəm.
Muzeydə olanda isə daha güclü mübarizə
aparmışam. Mən heç vaxt o vəzifəni
özümə iş bilməmişəm.
Mən o işi Üzeyir bəyin ruhu
qarşısında özümə borc
bilmişəm və o mübarizəni
aparmışam. Elə o mübarizəmə
görə də vəzifəmdən ərizə yazıb
çıxmışam.
Ən böyük məqsədlərimdən biri də muzeyin təmir olunması idi. Muzey çox pis vəziyyətdə idi. Hər dəfə buna aid yazırdım, danışırdım. Axırıncı dəfə "Lider” televiziyasına bununla bağlı danışdım. Lap sonuncu dəfə məcbur qalaraq prezident İlham Əliyevə müraciət etdim. Müraciətimdə bildirdim ki, artıq muzeydə vəziyyət pisdir və təmir lazımdır. Jurnalistlər də özləri gəlib görürdülər. Mənim ən böyük problemim muzeyin təmiri idi. Nəticədə cənab prezidentə müraciətim qəbul olundu. Ölkə başçısı təmirlə bağlı sərəncam imzalamışdı.
Amma mənim bundan xəbərim olmamışdı, Mədəniyyət Nazirliyi bunu məndən qəsdlə gizlətmişdi. 2005-ci il fevralın 21-də məni Mədəniyyət Nazirliyinə çağırdılar.
Nazirlikdə muzeylərin kuratoru
olan Sevda Məmmədəliyeva
məni qəbul etdi. Dedi
ki, "Polad müəllim
istəyir ki, sizi başqa bir muzeyə keçirsin. Sizin
savadınız, təcrübəniz bizə çox
lazımdır və nazir qərara gəlib
ki, sizi daha böyük bir muzeyə, Azərbaycan Musiqi
Mədəniyyəti Muzeyinə elmi
işlər üzrə direktor müavini təyin etsin”.
Sevda Məmmədəliyeva belə deyəndə həqiqətən də mənim qüruruma toxundu. 25 ildən artıq müddətdə Üzeyir bəyə görə o muzeydə çalışırdım, hamı məni üzeyirşünas kimi tanıyırdı.
Dedim ki,
xeyr Sevda xanım, mən
başqa bir muzeydə
işləmərəm.
1997-ci ildə məni Türkiyəyə işə dəvət etmişdilər. Amma mən Ramazan Xəlilova görə getməmişdim. Bunu nazirlikdə də bilirdilər. Sevda xanıma dedim ki, əgər nazir belə qərar vermək istəyirsə, mən heç bir muzeydə işləmərəm.
Sevda xanım dedi ki, "Səadət
xanım, bizə sizin kimi
kadr lazımdır və sizin
gedəcəyiniz muzeydə maaş daha da çoxdur”.
Amma mən bununla
razılaşmadım və dedim ki, əgər belədirsə mən ərizəmi
yazıb istefa verəcəm. Mən muzeylər
sistemində gedirəm və başqa heç bir muzeydə
işləmiyəcəm və belə də etdim.
- Bəlkə
onların sizi işdən
çıxarmaq kimi bir
niyyətləri yox idi?
Yəni sizin vəzifənizi böyütmək
istəyirdilər. Bəlkə sadəcə siz
emosional davranmısınız?
- Üzeyir bəyin muzeyində
işləmək mənim üçün
ən böyük vəzifə idi elə və oradan
çıxarılmaq da dözülməz
idi. Məni Üzeyir
bəydən ayırmamalı idilər. Əslində hələ
də ayrılmamışam.
- Bəs onlardan izahat istəmədiniz?
Səbəbini soruşmadınız?
- Yox, qəti. Heç soruşmadım səbəbini…
- Təmir tələblərinizdən
sonra başqa nəsə
mənfi bir hadisə baş
vermişdi?
- Xeyr, əksinə. Polad Bülbüloğlu da söz verirdi,
amma əməl eləmirdi. Sərəncamdan
sonra isə məncə təmirə
yaxşı pul ayrıldı və
düşünürəm ki, Polad Bülbüloğlu mənlə
başqa söhbətlər edə bilməyəcəyini
anladı və məni ordan uzaqlaşdıraraq
hər sözünə "baş
üstə” deyəcək birini gətirməyi
qərara aldı. Yadıma düşür
muzey üçün
hasar çəkmişdik, çünki
küçə itləri filan muzeyin ərazisinə girirdi.
İcra hakimiyyətindən gəlib o hasarı sökdülər. O vaxt Hacıbala Abutalıbov mer
idi. Dedilər onun göstərişidir.
Mən də onun qəbuluna getdim. Hacıbala müəllim cibindən balaca Quran
çıxarıb dedi ki,
bu kitaba and olsun, mənim heç nədən xəbərim yoxdur, söz verdi ki muzeyi
və ətrafını layiqincə təmir edəcəyik. İndi qorxuram ki, ümumiyyətlə, muzeyi
sökələr.
- Muzeyin
sizin dönəminizdə olan
fəaliyyəti ilə indiki fəaliyyətinin
nə fərqləri var?
- Əvvəl muzeyə maraq
çox idi. Məktblərdən,
universitetlərdən, baxçalardan çoxlu ziyarətçilərimiz olurdu. Hər yaş
kateqoriyasından və bir neçə dəfə
gələn adamlar olurdu.
Fəxri qonaqlar üçün
böyük ürək sözü
dəftərimiz var idi,
dolmuşdu. İndi
ziyarətçilərin sayının kəskin şəkildə
azaldığını eşidirəm. Həm də biz əvvəl muzeydə Üzeyir
bəyin musiqilərini muzeydə daim səsləndirirdik,
ziyarətçilər o musiqilərin
müşayiətində muzeyi gəzib onun həyatı və
yaradıcılığı ilə tanış olurdular. İndi isə
musiqilərin səsləndirilmədiyi deyilir.
- Üzeyir
Hacıbəylini Dünya bəstəkarları
ilə müqayisə edirsiniz?
- Akademik Mustafa Topçubaşovun
bir sözü vardı. Deyirdi ki, Üzeyir
Hacıbəylini Avropa
bəstəkarlıq məktəbinin
nümayəndələri Bax,
Bethoven, Motsart ilə müqayisə etməkdə çətinlik
çəkirəm, çünki
o məktəb görməmişdi,
özü ayrıca bir məktəb idi.
- "Milli Musiqi Günü”
ilə bağlı narazılığınız var idi. Nə məsələ
idi?
- Üzeyir Hacıbəylinin
adını, yaradıcılığını bu xalqın yaddaşından silmək istəyən
adamlar var. Hər dəfə
əllərinə imkan düşən kimi Üzeyir bəyin
adını çox yerdən
çıxarıblar. 1995-ci ilin 18 sentyabr tarixində Üzeyir
Hacıbəylinin doğum günü
ilə bağlı xüsusi sərəncam
olub. Mərhum prezident
Heydər Əliyevin imzaladığı o
sərəncamda həmin tarux "Üzeyir Musiqi günü” kimi
yazılıb. Amma sonradan
kimlərsə həmin sərəncamı təhrif edərək,
18 sentyabrı "Milli Musiqi
günü” kimi
göstəriblər.
Yazılır ki, Heydər
Əliyevin sərəncamı ilə Milli
Musiqi günü qeyd olunsun. Yoxdur
belə sərəncam. Bunu kim və nə üçün
edib? Nə üçün
Üzeyir bəyin adı oradan
çıxarılıb? Halbuki, nazirliyin bütün sənədlərində
"Üzeyir Musiqi günü” kimi yazılıb.
Media, televiziyada nəyə
görə belə səsləndirilir ? Bu ümummilli liderimiz Heydər Əliyevin sərəncamıdır
axı... Niyə bu sənədi dəyişdiriblər?
Bu suallara bu günə qədər hələ də cavab tapmıram. 18 sentyabr
"Üzeyir Musiqi günü” kimi qeyd olunmalıdır.
- Sizcə onu xalqın yaddaşından silmək istəyənlər
kimlərdi?
- Bilmirəm.
Söhbətləşdi:
Ulucay Akif
Ədalət 2019.- 17 sentyabr.-
S.6.