ÇƏTİN SUAL
Hekayə
Selcan Kərimli
“Gənc İstedadlar” Liseyinin
6-cı sinif şagirdi
Məktəbimizin beşinci sinifində bir-birilə yola getməyən iki uşaq oxuyurdu. Onlar bir
məktəbdə, eyni
sinifdə oxumalarına
baxmayaraq, özünü
digərindən üstün
tutur, bütün günü dalaşırdılar.
Hər tənəffüsdə onların
mübahisəsi ta müəllimlər otağına
qədər gedib çıxırdı. Hər ikisi
“mən güclüyəm”
deməkdən yorulmur,
özünü öyməkdən
çəkinmirdi. Sinif yoldaşları
onların bu hərəkətindən təngə
gəlmişdilər. Hətta bir-iki dəfə uşaqlara davranışlarından
bezdiklərini söyləmişdilər,
həmin uşaqlar isə dalaşmaqdan bezmirdilər ki, bezmirdilər.
Bir gün uşaqlar toplaşıb qərara gəldilər ki, sinif yoldaşlarının
hərəkətlərindən sinif rəhbərlərinə
şikayət etsinlər. Çünki, ancaq müəllimləri uşaqların davasının
qarşısını ala bilərdi.
Beləliklə, uşaqlar məktəbin Azərbaycan dili müəllimi Sevda müəllimin yanına getdilər. Uşaqlar bütün əhvalatı
müəllimə danışıb
kömək istədilər.
Müəllim dalaşan
uşaqları yanına
çağırıb hərəsinə
balaca bir qutu verib dedi:
-Bu qutuların hər ikisinin üzərinə eyni hərflər yazılıb - TƏSÇ. Hərflərin
mənasını ilk kim tapsa, deməli o daha güclüdür. Ya hərflərin
mənasını tapın,
ya da məktəbdə
mübahisə edib, dərsi pozduğunuza görə valideynlərinizi
çağıracam. Hər şey aydındırsa, gedə bilərsiniz.
Uşaqlar “ yaxşı, müəllim” deyib otaqdan çıxdılar.
Çox fikirləşdilər, bir
şey tapa bilmədilər. Qutu əllərində bütün məktəbi
gəzdilər. Birinci mərtəbədən
dördüncü mərtəbəyə
qədər qarşılarına
çıxan hər şagirddən hərflərin
mənasını öyrənməyə
çalışdılar. Düzgün
cavab ala bilmədikləri
üçün çox
dilxor oldular. Məktəbin həyətində yorğun, əldəndüşmüş
halda rastlaşdılar.
Biri digərinə dedi:
-Sən bir şey
tapa bildin?
O biri cavab verdi:
Yox, heç
nə tapa bilmədim. Sən bir şey tapdın?
-Mən də tapmadım. Əgər tapa bilməsək
müəllim valideynlərimizi
çağıracaq. Bəlkə gücümüzü birləşdirək?
-Hə, olar. Mənə hərflərin sirri çox maraqlıdır.
-Mənə də maraqlıdır. Onda başlayaq.
Çox fikirləşdikdən sonra
axtardıqları cavabı
birlikdə tapdılar. Cavabdan çox
təəccübləndilər. Hərflərin sirri isə belə idi: “Tək əldən səs çıxmaz.”
Ədalət 2019.- 14 sentyabr.-
S.14.