Bacarıqlı həkim,
etibarlı dost
Taryel Eyvazovu 1966-cı ildən
- Azərbaycan Tibb İnstitutunda birinci kursda oxuyandan, yəni artıq 53 ildir
ki,
tanıyıram. O vaxtdan bugünə qədər fasiləsiz olaraq dostluğumuz davam edir.
Taryel Əli oğlu Eyvazov 1949-cu ildə ziyalı bir ailədə anadan olub. 1966-cı ildə
Ağdam şəhər
5 nömrəli orta məktəbi bitirib, elə həmin ildə də N.Nərimanov adına
Azərbaycan Tibb İnstitutunun (hazırkı
Tibb Universiteti) Müalicə-profilaktika fakültəsinə
qəbul olunub.
Atası
Əli Eyvazov Azərbaycanın ilk orden alan müəllimlərindəndi.
Bununla əlaqədar olaraq Təhsil Nazirliyinin Muzeyində eksponat nümayiş etdirilir.
Onun Azərbaycan Təhsilinin inkişafında böyük
xidmətləri var. Uzun
illər həmçinin,
Böyük Vətən
Müharibəsi illərində
Ağdamda Maarif Şöbəsinə rəhbərlik
edib. Sonra yeni yaradılan
Jdanov (indiki Beyləqan) rayonunda təhsilin təşkili ilə əlaqədar oraya Maarif Şöbəsinin
müdiri vəzifəsinə
keçirilib. Sonda 20 ilə
yaxın Ağdamda yeganə beynəlmiləl
orta məktəb olan 2 saylı şəhər məktəbinin
direktoru olub. Ailə bütünlüklə həkim-müəllim
ailəsi kimi tanınır. Taryelin böyük
qardaşı Tibb İnstitutunu fərqlənmə
diplomu ilə bitirib, Qarabağ zonasında dəyərli həkim kimi ad-san qazanıb. Mərhum Rizvan Eyvazovun
yerli camaat üçün göstərdiyi
xidmətlər unudulmazdır.
Taryel tələbəlik
illərində dayanmadan
çalışırdı. Əla oxumaqla
yanaşı, tələbə
elmi cəmiyyətində
və institutun ictimai işlərində də fəal iştirak edirdi. Yuxarı kurslarda Semaşko adına
xəstəxanada (hazırkı
Kliniki Tibbi Mərkəzdə) gecə
növbəsində işləyirdi.
1972-ci ildə İnstitutu
əla qiymətlərlə
bitirən bu fəal, savadlı tələbəyə nəzəri
kafedralardan birində qalması təklif olunsa da (ovaxtkı
qaydalara görə institutu yeni bitirənlər yalnız nəzəri kafedralarda qala bilərdilər), Taryel öz doğma rayonu Ağdama həkim təyinatı almağa üstünlük verdi.
Daima əlaqəmiz
olduğundan, gözlədiyimiz
kimi də xəbərlər gəlirdi. Qısa müddət
ərzində Taryelin artıq "Taryel həkim" kimi məşhurlaşmasının şahidi olduq. Qeyd etdiyim kimi, daima
öz üzərində
işləmək onun
ən müsbət xüsusiyyətlərindən biri
idi. Təkcə
onu demək kifayətdir ki, "rayon həkimi" olmasına baxmayaraq, "Azərbaycan
Tibb Jurnalı" və "Sağlamlıq"
kimi nüfuzlu mətbu orqanların redaksiya şurasının
üzvü seçilmişdi.
Rayonda işlədiyi müddətdə
də fəalliyət
göstərmişdi. O, komsomolun 30 və 31-ci qurultaylarına nümayəndə,
şəhər sovetinə
deputat seçilmişdi.
Gözlənildiyi kimi,
Taryel həkim yenə də çətin bir işin də öhdəsindən layiqincə
gələrək yüksək
müsabiqə olmasına
baxmayaraq, 1977-ci ildə
"Daxili xəstəliklər"
ixtisası üzrə
Azərbaycan Tibb İnstitunun qiyabi aspiranturasına daxil oldu. Apardığı elmi-tədqiqat işi
çox maraqlı olmaqla yanaşı, çox da praktik
əhəmiyyək kəsb
edirdi. O, kənd
əhalisi arasında ən çox rast gəlinən daxili xəstəlikləri
müəyyən etməklə
bərabər, həm
də onların qarşısının vaxtında
alınması məqsədilə
görülməli olan
profilaktik tədbirlər
barədə metodik işlərə dair məqalələr də dərc etdirdi.
Dissertasiya işini Respublikanın
əlaqədar Elmi Şuraları ilə yanaşı, aparıcı
elmi təşkilat kimi müəyyən edilmiş N.İ.Piroqov adına Lenin ordenli 2-ci Moskva Tibb İnstitutunda da müzakirə edilərək müsbət
rəy alındıqdan
sonra 1987-cı ildə
müvəffəqiyyətlə müdafiə edərək
"Tibb elmləri namizədi" elmi dərəcəsi aldı.
1988-ci ilin əvvəlindən
Qarabağda başlanan
məlum hadisələr
nəticəsində artıq
Taryel üçün
bütün məsələlər,
o cümlədən, elmi
işin davamı, doktorluq işi arxa plana keçdi. Tam cəsarətlə bildirirəm
ki, müasir tariximizdə ən çətin illər olan 1990-1999-cu illərdə
Ağdam rayonunun baş həkimi işləyən Taryel Eyvazovun rəhbərliyi ilə Ağdam tibb işçiləri əsl fədakarlıq, qəhramanlıq göstərmişdilər.
Əsrin
faciəsi Xocalı Soyqırımının dəhşətlərini
ilkin olaraq yaşayan məhz onlar oldular. Ağdam şəhər xəstəxanası
o dəhşətli gecədə
Xocalıdan 368 yaralı
qəbul etdiyini, kütləvi ölüm halları olduğunu ilkin olaraq açıqlayaraq
bəyan etdi. O günlərdə Taryel həkim tibbi xidmət baş leytenantı hərbi rütbəsində, hərbi
formada fəaliyyət
göstərirdi. Müharibənin miqyasının sürətlə
genişləndiyini görən
təcrübəli baş
həkimin əlaqədar
təşkilatlarla birlikdə
Ağdam rayon səhiyyəsinin
nəzdində olan Mahrızlı kənd xəstəxanasında respublikanın
ilk hərbi səhra hospitalının yaradılmasında
da böyük xidmətləri oldu.
İş o yerə çatmışdı
ki, artıq rayon rəhbərliyi tərəfində
xüsusi dəfn komissiyası yaradılmışdı
və bu komissiyaya rəhbərlik də ona həvalə
edilmişdi. Bu ərəfədə T.Eyvazov
dəfələrlə rayon İH-nin, Səhiyyə Nazirliyinin və hərbi hissə komandanlığının təşəkkürlərini
alıb.
T.Ə.Eyvazov sonrakı illərdə
də heç bir belə təcrübə
olmadığı halda
çadır şəhərciklərində,
xüsusilə ilk çadır
şəhərciyi olan
Bərdədəki "Ərəb-1"dən
başlayaraq sonrakılarda
da tibbi xidmətin təşkilində
yüksək səhiyyə
təşkilatçılığı göstərmişdir. Bütün bu
keşməkeşli illərdə
dəfələrlə məcburən
yerdəyişmələrə məruz qalsalar da, Ağdam səhiyyəsi öz fəaliyyətini bir gün də olsun dayandırmamışdır.
2000-ci ildən Azərbaycan
Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində
baş elmi işçi kimi fəaliyyət göstərən
T.Eyvazov bu sahədə də yeni uğurlara imza atmışdır. Xaricdə və
ölkəmizdə dərc
olunmuş 61 elmi işin, 2 metodik vəsaitin müəllifidir.
2014-cü ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişaf Fondunun keçirdiyi Məqsədli Qrand layihələri müsabiqəsinin
qaliblərindən biridir.
O, həmçinin, müntəzəm
olaraq bir çox respublika və Beynəlxalq əhəmiyyətli simpozium
və konfranslarda iştirak etməklə müvafiq Sertifikatlar almışdır. 2017-ci ildə Sankt-Peterburqda çap olunmuş "Patobioximiçeskie izmeneniya
v tkanyax pri işemii" monoqrafiyasının
həmmüəllifidir. Hazırda
professor Ramiz Axundovla birgə "Xroniki yorğunluq sindromunun korreksiyası" üzrə
apardıqları elmi-tədqiqatlarla
əsaslı elmi nəticələr əldə
edilməkdədir.
2008-ci ildə Azərbaycan
Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının qərarı
ilə Eyvazov Taryel Əli oğluna "Daxili xəstəliklər" ixtisası
üzrə dosent elmi adı verilmişdir.
Hazırda da o, fəal və səmərəli fəaliyyət göstərməkdədir. ATU-nun İctimai Səhiyyə fakultəsinin Elmi Şurasının üzvüdür.
Elmi-Tədqiqat Mərkəzinin metodik
şurasının və
həmçinin, həmkarlar
təşkilatının büro
üzvüdür. Ali dərəcəli Səhiyyə
Təşkilatçısı və Səhiyyə Əlaçısıdır. 1997-cı ildən YAP-ın üzvüdür.
Uzun illər səmərəli
fəaliyyəti və
yubileyilə əlaqədar
olaraq fakultə dekanı, professor A.Ağayev
Elmi Şura iclasında T.Eyvazovu hörmətli rektorumuz,
professor G.Ç.Gəraybəylinin və fakultənin kollektivi adından "Fəxri Diplom"la təltif etdi. Bu münasibətlə T.Eyvazov, həmçinin,
ATU-nun Elmi-Tədqiqat Mərkəzinin
rəhbərliyi və
həmkarlar təşkilatı
tərəfindən də
Fəxri Fərmanla təltif edilmişdir.
Ona
2016-cı ildə Qarabağ
Əlilləri, Veteranları
və Şəhid ailələri İB tərəfindən
"Vətən Naminə",
2019-cu ildə Azərbaycan
Müharibə Veteranları
İB-nin Ağdam
rayon şöbəsi tərəfindən
Silahlı Qüvvələrin
yaradılmasının 100 illiyi
Yubley Medalları verilmişdir.
Taryel həkim həm də
gözəl ailə başçısıdır. Həyat
yoldaşı İradə xanım Bakı şəhər 5
saylı klinik doğum
evində ginekoloq həkimdir. Üç övladları, altı nəvələri
vardır. Böyük qızı Nigar xanım, ATU-nu Fərqlənmə Diplomu
ilə bitirib, tibb
üzrə fəlsəfə doktorudur,
hazırda ATU-da baş
müəllimdir. İkinci qızı
Əsmər xanım ingilis dili ixtisası üzrə bakalavr
təhsilini Azərbaycan Dillər Universitetində Fərqlənmə
Diplomu ilə bitirdikdən sonra,
elə həmin ixtisas üzrə magistratura təhsilini ABŞ-da
tamamlamışdır. Oğlu Bəxtiyar
isə BDU- hüquq fakultəsini bitirib və sonra yenə həmin
universitetin magistraturasını Fərqlənmə
Diplomu ilə bitirərək birbaşa Dövlət İmtahanından
seçilərək DİN sisteminə işə qəbul edilmişdir. Hazırda DİN nəzdindəki
baş idarələrdən birində polis polkovnik-leytenantı və şöbə
rəisidir. Taryel həkimin yubleyinə ən
gözəl hədiyyəni nəvəsi Nəzrin verdi. Belə ki, o, bu il
Heydər Əliyev adına Müasir Təhsil
Kompleksini əla qiymətlərlə bitirərək,
yüksək bal toplayaraq
Azərbaycan Diplomatik Akademiyasına qəbul
olundu.
Göründüyü kimi, ailənin əvvəldən təməli
necə qoyulubsa, gənc nəsil də onu şərəflə və ləyaqətlə
davam etdirir.
Ayrıca olaraq
onu qeyd edim ki, 2016-cı ilin aprel döyüşləri
zamanı Taryelin qardaşı oğlu, MN-nin mayoru Eyvazov Anar Rəhman oğlu
möhtərəm Prezidentimizin Sərəncamı
ilə "Hərbi Xidmətdə Fərqlənməyə
Görə" medalı ilə (hazırda
polkovnik-leyteinantdır), yenə həmin ildə oğlu, polis mayoru Eyvazov Bəxtiyar
Taryel oğlu
"İgidliyə Görə" medalı ilə
(hazırda polkovnik-leytenatdır) təltif olunmuşlar.
T.Eyvazov 2005-ci ildə "Qafqaz Media" İB-nin "Qızıl Fenendoskop",
2012-ci ildə "Əsrin Ziyalısı" XİB tərəfindən
"Əsrin Ziyalısı", 2014-cü ildə İBN
SİNA adına İB "Mərhəmət Elçisi"
diplomlarına layiq görülmüşdür.
Hazırda Taryel Eyvazov Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi yanında fəaliyyət göstərən
İctimai Şuranın üzvü
və katibidir.
2014-cü ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı
ilə Taryel Əli oğlu
Eyvazov Azərbaycan Respublikasının
"Əməkdar Həkim"i fəxri adına layiq görülmüşdür.
Əzizimiz Taryel səni bütü kollektivimiz adından ürəkdən təbrk edir, uzun omür, cansağlığı, səmərəli fəaliyyət arzulayırıq və inanırıq ki, sənin növbəti ad günlərini Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə tezliklə azad olunacaq doğma Qarabağımızda keçirəcəyik.
Qalib QARAYEV
ATU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
Ədalət 2019.- 14 sentyabr.- S.12.