AY Bəniz
Əliyar
EŞQ OLSUN
SƏNƏ
Daha mənimçün də adiləşirsən...
Sadədən sadəsən, adidən adi.
Yaşıl otlar üstə sarı xəzəl tək,
Gülüşün, baxışın ümid deyildi.
Bir vaxt gözlərimdə vüqarlı dağdın,
Başına qartal da qona bilməzdi...
Təəsssüf! Təəccüb! O vüqarı da
Həyat
səhifəndən bir
varaq əzdi...
Mən səni sevməyə gəlmişdim, adam,
Daş da tab etməzdi düşdüyüm günə.
Salmaq istəyirdin özünü
gözdən,
Arzun gerçəkləşir, eşq
olsun sənə!
Zarafat deyil bu, nağıl
deyil bu,
Qalxdığın pillədən yerə düşürsən.
Kimə
sadiq idin belə, bilmədim,
Daha mənimçün də
adiləşirsən...
BU ELƏ AĞRIDIR
Bu, elə ağrıdır, canım,
Bunu sənə
necə qıyım?
Ürəyimə gömdüyümü,
Gözlərimdən hara qoyum?
Kim kəc baxdı,
kimə güldük?
Bu yerəcən necə
gəldik?
Bax, ayağım didik-didik,
Bax, əllərim
oyum-oyum.
Hara gedim, harda qalım?
Ey mənim könül xəyalım..
Kiriməyə yox macalım,
Göz yaşımı
içim, doyum.
Nə şirin ölümdür
həyat,
Mən sağ gedim, sən salamat.
Gəl,
üstümə torpaq
da at,
Gəlişinə qurban deyim.
KEŞKƏ
Keşkə bir Şeir yazasan,
Bütün işlərin düzələ...
***
Alnındakı qırışları
Silə, ata, sevinəsən.
O Şeirdən misra-misra
Dada-dada sevinəsən.
Yarpaq-yarpaq sola payız,
Uça isti əllərindən.
Yenə
bu soyuq əllərim
Aça isti əllərində.
Ağ vərəqlər yağış
ola,
Sətirlər üstünə cuma.
Qəmi,
kədəri yox edə,
Sevincin keçə
hücuma.
Şeirdən bir ev
tikəsən,
Şeir
ola üstü,
damı.
Qızınmağa od olmaya,
Yandırasan, yana hamı.
Yazdığın o Şeir ilə,
Bildirəsən bitdiyini.
Anlayasan
yoxluğunu,
Anlayasan getdiyini.
ƏLİNDƏNMİ YAĞIR
Daha üşütmədi bu gecə məni,
Sübhədək yağsa da lopa-lopa
qar.
Son dəfə adınla çağırdı səni,
Həsrət yangısıyla gülən
dodaqlar.
Gizləndi xəyalın gözdən
düşərək,
Çəkildi göydəki ağ buludlara.
Əlinin
işığı Ay işığı
tək,
Qondu saçımdakı
ağappaq qara.
Yağdı dayanmadan, hey yağdı
elə...
Doldurdu yenə
də yolu, küçəni.
Əlindənmi yağdı bu qarlar belə?
Bəlkə ona görə üşütmür məni?
QADINAM
Mən qonaq sevmirəm, adam,
Sən də gec gələn
qonaqsan,
Süfrəm boş, gözüm
yuxulu,
Çıx get, peşman olacaqsan.
Gecə
qara, yollar yalın,
Niyə arzuladın məni?
Nədir ki, fikrin, xəyalın?
Nə çəkib
gətirib səni?
Döymə qapımı, amandı,
Onsuz da qarışıb yuxum.
Dayan bir ətrimi sürüm,
Dayan bir saçıma
baxım.
Hələ də qadınam
axı,
Baxma özümdən
qaçağam.
Gözlə bir əynimi geyim,
Dayan od atım
ocağa.
Zeyvədə gördüyüm palıd
sən nə boydasan, ay Palıd,
neçə yaş məndən böyüksən?
səndəmi özünə
küskün,
səndəmi özünə
yüksən?
sənə baxıram
heyy, belə,
mamır tutubdu hər yanın.
neçə dama dirək çıxar,
neçə ev qızdırar canın?
mən bitib bura düşmüşəm,
səndəmi bitmisən
özün?
kəsiblər yelləncəyini,
qız-gəlin görməyir
üzün.
sən bəlkə də bu torpağın
ən igid, qorxmaz oğlusan.
Köklərin yerdən su içir,
sən də özüncün haqlısan.
buludların başında
bol,
ətəyində qəbirstan...
toyuna yetmirmi gücün,
çıxa bilmirsənmi
yasdan?
mən sənə qucaq açmışam,
demə ki, mənə, dəlisən.
sən indi bir dağ kəndinin
məzarına kölgəlisən.
BİR ÖMÜR
"Nə olsun, sən onu bəyənməmişdin,
Vardı,
o qızın da sevəni vardı..."
Kimsə
zəng edir yenə,
Düd,
düüüd,
məşğuldu urək...
Bir həsrətə ağadı,
Bir eşqə quldu urək...
Necə
oyatsın onu
qəfil zəngin
gəlişi?
Asılıb qulağından
dəstəyi son görüşün.
Yenə...
yenə gəlir zəng,
adam coxmu umidli?
Bu urəyin qapısı
bir istəyə kilidli...
Zənglər gəlir aramsız,
nə dərindir bu yuxu?!
Dud, duuud...
məşğuldu urək,
Bir ömür məşğulluğu!
***
Böldüm, topladım yenə,
vurdum, çıxdım
özümü.
Özüm öz gözlərimdən
axır yıxdım özümü.
Qalxdım, gözüm yoxuşda,
Bəxtim tənbəl qarışqa.
Götürüb bu vuruşda
yerə çaxdım özümü.
Yolu yoldan saxladım,
durub bivaxt ağladım.
Bir eşqə sancaqladım,
ipə taxdım özümü.
Dizim kündə, gözüm şiş,
Ollam buna da vərdiş.
Özüm baxtıkəsməmiş,
Kəsdi baxtım özümü.
***
Zaman yenə durmuşdu,
yuxlayırdı daş saat,
Şair
olmaq kimiydi
adını bilmədiyin
biri üçün
darıxmaq...
Qapı
bir cür susurdu,
pəncərə də bir sayaq...
Sanki həmin gün idi,
Div cırtdandan soruşur,
"De, kim yatıb, kim oyaq?".
Adam ruh aynasıdı,
ruh aynadakı kölgə.
Sərxoşluq nəydi görən?
Özünü aldatmağa
vaxt qazanmaqdı bəlkə?
Saatın
əqrəbləri
içki düşkünü
kimi
vərdişlərə alışqan...
Bir fənər işığına
sahib çıxa bilmirdi
küçədəki asılqan.
Sərsəriydi bu gecə,
iştahını yumuşdu
yarıboş bir badədə.
Şeir
ilə Qadını
qarışdıran kişilər,
çox xoşbəxt
olmuşdular
bax, elə bu vədədə...
***
Yenə
girmişəm qəlbinə,
dərdimdimi, kefimdimi?
Bir sual var ortalıqda,
bu qəlb mənim evimdimi?
Sevin, deyirsən,
bağışla,
Unutmuşam sevinməyi...
Evin, deyirsən,
bağışla,
bu qəlb mənim evim deyil.
Bu qəlbin divarı daşdı,
şəklimi asma, nəm tutar.
Hava o qədər nimdaşdı,
burda adam vərəm tutar.
Demirəm, sevgin yalandı,
demirəm, qəlbin
soyuqdu.
Sadəcə sənin qəlbində
bu qadın üçün yer yoxdu.
Unutmusan
unutmağı,
yaddaşını ver mən geyim.
Məndə axı o üz yoxdu,
qəlbini kirayələyim.
***
Uçmaq - sənə qovuşmaq
olardı,
bacarsaydım,
Göylərin qapısında
dilənərdim sevgini,
Zamanın əllərindən
ala bilməkçün səni.
Uçmaq - sənə qovuşmaq
olardı,
bacarsaydım,
bacarmadım...
Hardasa uzaqlarda
mənim adım
dilində,
zümzüməsi gizli,
pıçıltısı oğrun,
deyilsə şübhə,
qışqırılsa xəyanət...
Adım
dilində,
xəyanətinin astanasında...
Basıb
keçə bilsən
addımlarını,
adlayıb keçərsən
bütün günahlardan...
Uçmaq - sənə qovuşmaq
olardı,
bacarsam,
bacaracağam mütləq!..
***
Körpəm təzə diş
çıxarır,
axır ağzının
suyu.
Gecələri ayıq yatır,
yaman dəyişib huyu.
Dəyişirəm yaxalığın,
yenə sudur yaxası.
Yenə
axır gözlərimdən
gecələrin yuxusu.
Barmaqların sayır bir-bir,
tutub yenə işığa.
Mən də gecə keşikçisi,
bu "mühasib"
uşağa.
Durub yenə tər içində,
dəyişirəm köynəyin.
O yupyumşaq əlləriylə
əl çalmağı
öyrənir.
Yatır
durur, yeyir içir,
dünyadan yox xəbəri.
Oturmağı bilir, amma
iməkləmir dəbərib.
Körpəm təzə diş
çıxarıb,
baxın, hazırdı
şeiri...
Paylamışam yeddi evə
hədiyini bişirib...
***
Keçib bütün sevgilərdən,
bütün əyləncələrdən,
Oğluma
laylay çalıram
körpə beşiyində
mən.
Soyuqlayıb deyə bir az
narahatdır bu gecə.
Amma yumur gözlərini
laylamı eşidincə.
Ona
"atam" söyləyirəm,
Atam düşür
yadıma.
Canım
qurban olsun, Allah,
bu balaca adama...
Gözüm qorxub xəyallardan,
xəyal qurmuram daha.
Sanki bütün həvəslərim
büsbütün çıxıb
yoxa.
Nəğməm yəqin şirin
olub,
dinləyir gülə-gülə.
Bu nəğməmin içi
dolu
Vətən sevgisi ilə.
Deyirəm ki, yat, tez böyü,
amansızdır bu həyat.
Bir əlinə top verirəm,
bir əlinə avtomat.
Deyirəm ki, get keşik çək
Qarabağa, Şuşaya,
Şəhidlərin qisasın al,
biz də xoşbəxt yaşayaq.
Ədalət.-2019.-17 yanvar.-S.8.