Hidayət Qarabulaq
ONDA
DEMƏRƏM
Bəxti atıb ilk sevgidən yapışmaq?
Daha gecdir, daha gecdir, daha
gec.
Xəyal adlı sərtatlıyla çapışmaq?
Daha gecdir, daha gecdir,
daha gec...
Ötən ömür qaralmış
daş kitabə,
Pozub yazmaq olan işmi,
əcabə...
Ürəkdə min arzu. istək ləbaləb,
Daha gecdir, daha gecdir,
daha gec...
Yağıların bəndi- bərəsi möhkəm?
Sel olsa el gücü tablaşar bəyəm?
Dünya-aləm gəlsə, onda
demərəm
daha gecdir, daha gecdir, daha
gec...
ANNA AXMATOVANIN ÜRƏYİ
İnanmayan inanmasın,-
Zərif
bir qadın, şairə
beş dəfə infarkt keçirə
yaşaya, yarada, sevə.
Əslinə qasa, burada
nə möcüzə
var, nə də sirr,-
Türk
qanıyla suvarılan
ürək hər olmaza qadir...
SƏN MƏNİ SEVMƏDİN
Sən məni sevmədin, sevə bilmədin,
Sənin
nə günahın, mənim suçum nə...
Sevgiyə köklənən bir
kaman idin,
Yad nəğmə
çalmağa yaddı
kəmanən.
Gözüm səndə idi hayana baxsam.
(Yenə də səndədir, niyə gizlədim?)
Səhv
saldın ünvanı
bir sərsəm axşam,
Səhv düşdü o gündən
mənim də səmtim.
...Yenə qarşılaşdıq,
gəldik üz-üzə.-
Axır ki inandım bu Yer fırlanır.
Ayrılıq həşyəli bu
vüsal gözəl,
Kədərlə dopdolu bu sevinc
ağır.
Qarğışa bükürsən kür
taleyini,
Gözüyün yaşını ikiəlli
boğub.
Allahın altında sevəydin
məni,
Görərdin,
görərdin analar nə oğul doğub...
SARILIQ
Bağ kədər içində,-
Bağ xəzəl
içində.
Cığıra sərilib sarılıq,
Ağaca sarılıb sarılıq.
Budaqdan qoparaq sarılıq
quş olub uçur,bax, sarılıq.
Təbiətlə qohumuq,simsarıq.
Yenə
də, yenə də...
Onun öz qanunu, ahəngi,-
Təbiətin yas rəngi
Sarılıq, sarılıq,sarılıq...
COKONDA
Yanaqların neyləyib ki
Kipriklərlə hey döyürsən?
Qaşların gen düşüb nədi,
Cütləyib tez-tez düyürsən?
Şaxıdın Güntək quzeyə,
Könül təşnə tərtəzəyə.
Cokondasan
bu "muzeyə",
Bunu özüün
də duyursan.
Nə olsun cavandır ürək,
Saç
tökülüb, gözdə
eynək...
Bəyənmisən məni, neynək,
Bə xoş üzə nə deyirsən?
YAĞIŞ TANIŞLIĞI
Yağış bizi qovub saldı
yolqırağı duracağa.
Hər ikimiz də cumculuq,
Nə ehtiyac bura daha?
Məğmun-məğmun gülümsədik,
Göz qoyub bir-birimizə.
Bizi yağış tanış etdi
görünməzə- bilinməzə.
Ədalət 2019.- 18 yanvar.-
S.8.