Fuad Cəfərli
Heç kəs inanmırdı...
Heç kəs inanmırdı,
nə atam, nə anam.
Nə də kürək-kürəyə verib
savaşdığım dostlar,
heç
kəs...
Bircə
sən inanırdın mənim şair olacağıma,
misralarda yox olacağıma.
Üç rəngli bayrağım
kimi
o yoxluğun içindən
yenidən ucalacığıma...
Heç
kəs inanmırdı,
bir sən inanırdın, bir də mən!
Gecəmizi güdüzümüzə qatdıq,
oturub ölümü
gözlədik.
Fəqət, qaçmadıq.
Arımız yad baxçadan
gəldi deyə,
o şanını, o balı
nemətimizə qatmadıq.
Hamı bizi ağılsız xəyalpərəst bildi.
Yalnız
biz inanırdıq vətənin
azad,
mənimsə şair
olacağıma,
yalnız biz.
Axı Şəhriyar, Məmməd
Araz
elə-belə keçməmişdi
ki,
illər də elə-belə keçə.
Səhv
salma şair,
bənzəməzlər onlar günlərini yaşayan heçə.
Vətənimizin bütün, mənimsə
şair olmağım
üçün
arzularımızı qurban etdik seçə-seçə...
Heç
kəs inanmırdı,
nə atam, nə anam,
nə də kürək kürəyə
verib
savaşdığım dostlar –
heç kəs...
Sən bilirsən kimsən?!
Sən bilirsən
kimsən?!
Bilmirsən, suya and olsun, bilmirsən.
Yoxsa Teymur Bəyazidə gülən
kimi gülərsən.
Sən bilirsən
kimsən?!
sus, mən deyim:
-Qorxma, yalan sussa
da güzgülər,
uzaqlardan aydın
görünər şəkillər.
Yox, sən şəkil deyilsən,
bu dünyada şəkillərin də
heç bəxti gətirməyib.
Kaş bütün şəkillər
sən olaydı,
sənin kimi
öz boyasıyla yuyulaydı,
qırılmadan fırçaları...
Sən
– Venesiyada
yar qoynunda sol,
Troyada isə dost boynunda
sağ qolunu itirən kişisən.
Sən
– Paqanini axtaran
kimsəsiz skripkasan
Sən
– Məmməd Arazın
"uçan qalacığı”san.
Sən ağcaqayın ağacısan
Sibir çöllərində,
qatarlar nəfəs dərəndə
qızların sarılıb
hönkür-hönkür ağladığı.
Sən insanların anlamadığı
Puşkini qucaqlayan o gülləsən.
Gecələr
üzünü aya tutan səssən.
Sanma ki, səni kimsə
görmür,
eşitmir, duymur.
Demə
ki, onları buna əclaflıq qoymur…
Hərçənd əclaflığın boyu
o qədər də bəstə deyil.
Bir vaxt qayıdacağımız Tumas
da gedəcək.
Sən də gedəcəksən, mən
də gedəcəyəm.
O zaman səni gizli tarix qaldırıb
çiyinlərə,
dirək edəcək
göylərə -
ahlar yerə düşməsin deyə…
Sən bilirsən kimsən?!
Bilmirsən, oda and olsun, bilmirsən,
yoxsa, çoxdan
qanad olmuşdun
tüstülərə...
Ədalət 2019.- 22 yanvar.- S.8.