Vüsal Hicranoğlu
Nələri görmədim bu dünyada mən,
Bəzən doğmalar da mənə yad oldu.
Əqidəm, məsləkim, andım,
ilqarım
Həyat yollarıma qol-qanad oldu.
Bir zaman üstümü unlu görənlər
" Dən, Koroğlu "
deyib... çağırdı
məni.
Vurdu ürəyimdən amansız
həyat,
Küt gedən
kündətək yoğurdu
məni.
Üzüm gülər oldu,
qəlbim pərişan,
Ancaq ürəyimdə
ağladım, anam.
Sirri bölüşməyə adam tapmadım,
Sirrimi içimdə
saxladım, anam.
Sözümdən istəyim göyərdi
mənim,
Dalğatək köksümü döydü
məhəbbət.
Deyirdim...
əyilməz dağlar
kimiyəm,
Görürəm qəddimi əydi məhəbbət.
Səadət atlıdır, mənsə
piyada,
Yüyürdüm ardınca ... çata bilmədim.
Uçurdum əlimdən tale quşunu,
Hey qovdum... hey qovdum...
tuta bilmədim.
Nələri görmədim bu
dünyada mən,
Bəzən doğmalar da mənə yad oldu.
Əqidəm, məsləyim, andım,
ilqarım
Həyat yollarıma qol-qanad oldu.
MÜŞFİQİN SON
ŞƏKLİNƏ
Necə
qəribədir insan həyatı,
Bəzən an deyəni il deyə bilmir.
Xəyanət dilinə bir möhür vurur.
Gözlər söyləyəni dil deyə bilmir.
Şəklinlə durmuşam indi üz-üzə,
Həyat əzabıyla qandırır
məni.
Məşəqqətlə dolu üzgün baxışlar
Qəlbimə od salır, yandırır məni.
Ahınla
titrədi Azərbaycanım,
Ahınla buludlar saldılar kölgə.
Ahınla
yanıbdır Xızı
dağları,
Ahınla qırmızı boyanıb
bəlkə.
Yaram köz bağlamır, nakam Müşfiqim,
Bu da bir qismətdir yaşayıram
mən.
Yurdundan
Müşfiqlər pöhrələnibdir,
Qəm yemə,
ruhunu daşıyıram
mən.
DAĞLARIN
Bulud sığallayır ağ saçlarını,
Bilmirəm neçədir yaşı
dağların.
Çarpışır, vuruşur qarla, boranla,
Nələr çəkməyibdir başı
dağların.
Yorulub yadları əzizləməkdən,
Yenə ayrılmayıb əsildən,
kökdən.
Üzgün insan kimi yol gözləməkdən
Yaman çatılıbdır
qaşı dağların.
Keçmişi sirr dolu, təlatüm dolu,
Rahat keçməyibdir
bu sonsuz yolu.
Elə bil dil açır
ağacı, kolu,
Bir tarix danışır daşı
dağların.
Ey Vüsal, bu dağlar səni əzizlər,
Zirvələr əl elər, yolunu gözlər.
Bürüyər qəlbini duyğular,
hisslər,
Anlamaz dilini naşı dağların.
BU MƏNZİLDƏ
Sinə
daşı, baş daşları
Qarşılayar sirdaşları.
Daşlaşdırar yaddaşları,
Susar zaman bu mənzildə.
Halallığı seçən ömrün,
Gül əkib, gül biçən ömrün,
İbadətlə keçən ömrün
Olmaz peşman
bu mənzildə.
Həyata düz aç gözünü,
Gecə sanma gündüzünü.
Ölməmişdən bir özünü
Düşün, bir an bu mənzildə.
Haram işə qursan tədbir,
Şeytan
ilə olsan əlbir ,
Bil ki sənə İnkir, Minkir
Tutar divan bu mənzildə.
Ədalət 2019.- 23 yanvar.- S.7.