"ÇOVDAR ÇÖRƏYİ"

Əlibala Məhərrəmzadə. Bəlkə də oxucuların əksəriyyəti onu yaxşı tanımır. İxtisasca iqtisadçıdır, elmlər doktorudur, prpofessordur, amma o, bir yazıçı kimi də Azərbaycanda tanınmağa başlayır, "Kitab evi"ndə onun "Çovdar çörəyi" romanının təqdimatı keçirilib.orada məlum oldu ki, Əlibala Məhərrəmzadə Rəsul Rza mükafatı laureatıdır, "Bakı üçbucağı" adlı detektiv əsəri RusiyaUkraynada kifayət qədər oxucu auditoriyası torlayıb.

Yazıçı, gözəl hekayələr, romanlar müəllifi Varis Yolçuyev müzakirədən bir gün əvvəl "Çovdar çörəyi"ni mənə göndərmişdi. Vaxt az idi, bir günə 200 səşifəlik bir romanı necə oxuyub bitirə bilərdim?

Qərara aldım ki, o romandan bir neçə səhifə ocuyum, xoşuma gəlməsə, heç o müzakirəyə getməyə dəyməz. Və başladım oxumağa.

Roman məni elə tutdu ki, 200 səhifəni üç-dörd saat ərzində, hətta başqa işim-gücüm, yazım-pozum iolmasına baxmayaraq, oxuyub başa çatdırdım. Əlbəttə, "birnəfəsə" oxunan romanlara, povemtlərə çox ciddi ədəbiyyatda heç təsadüf olunmaz. Yalnız detektiv romanları belə "birqəfəsə" oxumaq olar. Amma Əlibala Məhərrəmzadənin "Çovdar çörəyi" romanı süjet xətti, hadisələrin yetərincə bir-birindən maraqlı olması, təqdim olunan obrazların həm fərdi, həm də ümumi cizgilərinin dolğunluqla əks etdirilməsi etibarilə yeni, müasir romandır.

Romanda iyirmi dörd yaşlı Cəılil adlı gənc avtomobil qəzasına düşərək həlak olur. Bu, necə baş verir, onu kim qəzaya salıb? Atası-nazir müavini bu qəzanın səbəblərini araşdırmağa başlayır, çünki onun fikrincə bu qəzanı kimsə törədiö, o, ağlına belə sığışdıra bilmədiyihadisələrlə üz-üzə qalır.

Hər bir romanda müəllifin məqsəd və məramından asılı olaraq çoxsaylı obrazlar təqdim edilə bilər, yaxud bir romana beş-altı obraz da kifayət edər. Əsas odur ki, sayından asılı olmayaraq o romanda təsvir edilən insan obrazları bütövlüyü,xarakterinin əsas cizgiləri ilə diqqəti cəlb etsin, həm də bu obrazlar hadisəçilik içində itib-batmasın, hadisələr obrazlara tabe edilsin.

"Çovdar çörəyi"ndə diqqəti cəlb edən ilk belə obraz Atadır. Bütün roman boyu, onun hər bir fəslində və hətta hər bir səhifəsində nazir müavini olan bu atanı görürük, o, şübhəli bildiyi hər kəslə görüşür: arvadı Nazlı, müstəntiq, oğlunun dostu Rəşad, kriminalist Dördbarmaq, Zemfira, Əsədzadə, qoca bomj, Çaqqal-çuqqal, Seyid qadın, Turalgbu obrazların hər biri öz fərdi xüsusiyyətləri ilə təqdim olunur, təbii ki, onların hər birinin öz həyat tərzi, həyata münasibəti var.

Ata oğlunun qəzaya düşməsini Türkiyədə eşidir. "Hotel nömrəsinin, Egey dənizinə baxan eyvanındakı həsir oturacaqda oturub sərin meh vura-vura mineral su içərək düşünmək,hovuzda və dənizdə çimdikcə çimmək, qaralmaq,rejimlə yemək, içki qəbul etməmək, gecə tam səkkiz saat yuxu yatmaq, günortalar kiçik ormanda dincəlmək,arada televizora baxa-baxa mürgüləmək, təsadüfən yerlilərlə rastlaşanda tanışlıqdan qaçmaq,hətta xidməti personala belə yalnız kəskin ehtiyac duyulanda danışmaq-bunlar bu dörd təkrarsız gününün yaşantıları idi".

Bu da bir yüksək həyat tərzi keçirən məmur ömrü. Zahirən xoşbəxt ata. Pulu, var-dövləti başından aşır Ən böyük arzusu odur ki, oğlanlarıü Cəlili və Naili tez evləndirsin.

Amma oğlanlarının taleyi ilə heç maraqlanmır.Bir il qabaq Cəlil onunela danışmaq istədiyini bildirmişdi, amma vaxt eləyib oğlu ilə danışa bilməmişdi. "Görəsən, Cəlil onunla nə barədə danışmaq istəyirdi?". Ata isə vaxt tapıb "ömrünü uzatmaq naminə"özündən xeyli cavan Aytənlə sevgi macərası keçirir.

Oğlunun "qatilininin" kim olduğunu araşdırarkəın birinci arvadı Nazlıdan başlayır. Nazlı şəkər xəstəliyinə tutulub, həkim ona tapşırıb ki, çovdar çörəyiylə qidalansın. "Nazlı şəkər olmasaydı, pəhriz saxlamasaydı, çovdar çörəyi istəməsəydi,Cəlil indii sağ idi yəqin. Deməli,Cəlilin qatili Nazlıdır. Nömrə bir-Nazlı. Qatillər siyasini tutanda bilirdi ki, oğlunun qatili sayıla biləcək adam bir olmayacaq, bir neçəsi olacaq".

o, bircə-bircə şübhələndiyi adamları arayıb-axtarır. Lakin onların heç biri qəzada günahkar olmadığını söyləyir. Məlum olur ki, Cəlil kimdənsə külli miqdarda borca pul alıb. Həm də o qumar oynayır, narkotikə qurhanıb, nişanlısı bir yana, məşuqəsi də var. Bir sözlə,Cəlil istədiyi kimi yaşayır.

Ata-oğul arasında demək olar ki, heç bir mənəvi bağlaniı, ünsiyyət yoxdur.

Cəlil yalnız atasının ona verdiyi cib xərcliyi ilç dolanvır, amma bu, onu təmin eləmir. Vəzifəli ata şübhələndiyi adamlardan öyrənir ki, oğlu artıq dibsiz bir uçuruma yuvarlanmaqda idi. Onun mənən pozğun bir insana çevrilməsi isə orta məktəb illərindən başlanmışdı.

"Dayaq" psixoloji mərkəzinin əməkdaşı Zemfira xanımdan öyrənir ki, "sən demə Cəlil var-dövlət içində xumarlana-xumarlana get-gedə səhv dalınca səhv buraxmağa başlayıbmış. İlk dəfə siqaret çəkməyi, içki içməyigbunlar səkkizinci sinifdə oxuyanda baş vermişdi. Doqquzuncuda oxuyanda ilk dəfə qadnla yatmışdı, dostlarıyla qırx beş yaşlı Sərxoş fahişənin evində qonaq olmuşdular". Cəlil bəzən gizlincə anasının qır-qızılı, ev əşyalarını satır və bu "murdar nəsnədən" qurtulmaq istəyirdi. Amma gec idi. Romanda müəllifin əsas ideyası, toxunduğu başlıca mətləb Ailə tərbiyəsi məsələsidimr. Vəzifəli ata guya vaxt tapa bilmədiyindən oğlunun tərbiyəsi ilə məşğul olmağı unudur.

Əslində, günah hər iki tərəfə aiddir. Atanın özü mənən saf deyil, vəzifə pillələrindən keçsə də, əsl atalıq pilləsinə ucala bilmir. Cəlil isə Ata nəsihətini, Ata tərbiyəsini, Atanın mənəvi dərslərini mənimsəmədiyi üçün pis yola düşüp. Anası Nazlı isə bütün bunlardan xəbərsizdir. İndi Atanı o düşündürür ki ikinci oğlu Naillə söhbət eləsin. "Özünə gələndə ilk sözü bu oldu ki, Natil, sən mənimlə söhbət eləmək istəyirdin hə? Buyur, səni eşidirəm".

Roman beləcə başa çatı rvə məlum olmur ki, Cəlilin ölümünə bais kimdir? Qəza qəsdən törədilib, yoxsa bunu bir törədən olub? Məncə, müəllifin məqsədi də bu olmayıb. Sadəcə, günümüzün reallıqlarını bir ailənin timsalında oxucuya çatdırıb. Hər halda maraqlı romandır və burada Varis Yolçuyevin redaktorluğunu da təqdir edirik.

Ədalət  2019.- 23 yanvar.- S.6.