Burulğanlı tariximiz

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Azərbaycanın hər yerində, hələ bolşevik təşkilatı və qrupları olmadığı halda "Müsavat" partiyasının, demək olar ki, bütün Azərbaycan qəzalarında yerli təşkilatları var idi (19). Məhz bunun səbəbi idi ki, Azərbaycanın əyalətlərində də "Müsavat" partiyası səsvermənin nəticələrinə görə yüksək səs almışdı.

Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin önündə gedən "Müsavat" partiyası Azərbaycan torpağına və xalqına sahib çıxmalı idi və belə də oldu. Başqa cürola bilməzdi. Çünki əks təqdirdə torpaqxalq sahibsiz qalar, başqa millətdən olanlar ona sahib çıxardılar. Bu da, nəticə etibarı ilə, gələcəkdə Azərbaycan xalqı üçün faciəyə çevrilə bilərdi. Ona görə də ziyalılarımız və onların yaratmış olduqları siyasi təşkilatlar, o cümlədən "Müsavat" partiyası xalqın önündə getməyi özünün vətəndaşlıq borcu hesab edirdi. Xalq da onlara inanırdı. Əhalinin tərkibi beynəlmiləl olan Bakı şəhərində belə bir qələbə "Müsavat" partiyasının hegemon qüvvə olduğunu sübut edirdi.

Ziyalılarımız və onların yaratmış olduğu siyasi təşkilatlar, o cümlədən "Müsavat" partiyası xalqın önündə getməyi özünün vətəndaşlıq borcu hesab edirdi. Xalq da onlara inanırdı. Bütün bu hadisələr erməni təşkilatlarını, xüsusən, S. Şaumyanı çox narahat edirdi. Bu narahatlığın da əsas səbəbi onların Azərbaycan torpağı hesabına erməni dövləti yaratmaq, eləcə də, Azərbaycanı Sovet imperiyasının ərazisinə qatmaq planlarına mane olması idi.

"Daşnaksütyun" partiyası da bolşeviklər kimi "Müsavat"ın simasında müsəlmanların təşkilatlanmasından və real qüvvə kimi siyasi meydana çıxmasından çox narahat olmuşdur.

Rusiya imperiyasında baş vermiş növbəti bir hadisə, yəni 1917-ci il oktyabr ayında bolşeviklərin hakimiyyətə gəlməsi ilə bəşəriyyətin çox sürətlə dəyişən, bir-birini əvəzləyən siyasi və dövlətçilik sistemlərini, ideoloji əsaslarını yaratmış oldu.

Rusiyada silahlı üsyan yolu ilə hakimiyyətə gələn bolşeviklər ilk əvvəl, imperiyanın əsarətində yaşayan xalqları öz tərəfinə çəkmək və imperiyanın dağılmasına yol verməmək üçün bir-birinin ardınca qanunlar qəbul etməyə başlamışdı.

Belə ki, 1917-ci il noyabrın 2-də RSFSR hökuməti "Rusiya xalqlarının hüquq Bəyannaməsi"ni qəbul etmişdi. Həmin bəyannamə bütün xalqların bərabərliyini və müstəqilliyini, onların öz müqəddəratını təyin etmək, hətta ayrılmaq və müstəqil dövlət təşkil etmək hüququnu, bütün və hər cür millimilli-dini imtiyazların və məhdudiyyətlərin ləğv edilməsini elan edirdi. Lakin sonradan Leninin başçılıq etdiyi RSFSR hökumətinin xalqlara verdiyi vədlərin yalan olduğu üzə çıxdı. Çünki Rusiya bolşevik hökuməti keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etmək niyyətində idi.

1917-ci il noyabrın 22-də elan edilmiş başqa bir sənəddə isə - "Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə" adlı müraciətnamədə Sovet hökuməti müsəlman zəhmətkeşlərinə öz həyatlarını azad və sərbəst olaraq qurmaq hüququ bildirilirdi. Lakin Azərbaycanda fəaliyyət göstərən bolşeviklər həmin dövrdə milli məsələnin həllinə lazımi diqqət verməmişdilər. Onlar Sovet respublikasının federasiyakeçmiş çar Rusiyası ərazisində məskunlaşan bütün xalqların, o cümlədən, türk-müsəlman xalqının öz müqəddəratlarını azad təyin etmək prinsiplərini zəhmətkeşlərə kifayət qədər izah etmirdilər.

Bununla bağlı M.Ə. Rəsulzadə yazırdı ki, millətlərin tabe olduqları bir dövlətdən ayrılmağa belə haqlı olduqlarını elan edərkən, bolşeviklər, şübhəsiz ki, səmimi deyildilər. Onlar bu haqqı millətin təbiətindən doğan bir qiymət kimi dəyərləndirməyir. Zamanın ən təsirli bir şüarı olan bu fikri öz məqsədlərinə xidmət etdirmək üçün hiyləgər bir manevra ilə istifadə edirdilər.

Bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, Azərbaycan xalqının milli maraqlarına cavab vermirdilər. Bu hərəkatın rəhbərliyində ifrat bolşeviklərin və ermənilərin çoxluq yaratması isə Azərbaycan xalqının milli mənafeyinə qarşı daha kəskin mövqe tutmasına zəmin yaradırdı. Şaumyanın başçılığı altında ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan xalqına sonsuz qırğınlar və faciələr "bəxş" etdiyini hadisələrin sonrakı gedişi bir daha göstərmiş oldu.

Ümumiyyətlə, 1917-ci il fevral burjua inqilabından sonra Bakıda erməni-rus bolşevik ittifaqına toxunmadan hadisələrin əsl mahiyyətinin açılması çətin olardı. Çünki S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni silahlı dəstələrindən istifadə etməsəydi və "Daşnaksütyun", "Hnçaq" və digər mürtəce - terrorçu erməni təşkilatlarının mənafeyini təmsil edən erməni Milli Şurası ilə ittifaqa girməsəydi, Moskvadan hərbi, maliyyə yardımı və direktiv tapşırıqları almasaydı Bakıda, eləcə də Azərbaycanın digər qəzalarında dinc türk-müsəlman əhaliyə qarşı soyqırımlar nəinki törədə bilməzdi, ona heç gücü də çatmazdı. Bütün bunlara baxmayaraq Azərbaycan ziyalıları Cənubi Qafqazda ilk demokratik Respublika quraraq torpaqlarının ermənilər tərəfindən tamamilə işğal olunmasına və türk-müsəlman əhalinin sahibsiz qalmasına imkan verməmişdir.

Beləliklə, 1917-ci ilin fevral inqilabından sonra Şimali Azərbaycanda baş vermiş siyasi hadisələri təhlil edilərkən gəlinən nəticə ondan ibarətdir ki, bəhs olunan illərdə Bakıda siyasi təşkilatların yaranması, fəaliyyəti və hakimiyyət uğrunda mübarizə dövrüdür. Xüsusilə, partiyalar hakimiyyətə iddialı olan Bakı Sovetində, İctimai Təşkilatların İcraiyyə Komitəsində və Şəhər Dumasında söz sahibi olmaq uğrunda mübarizə aparırdılar. Bu dövrdə Bakıda hakimiyyətə iddialı olan bir neçə orqanın - Müvəqqəti hökumətin hakimiyyətini təmsil edən İctimai Təşkilatların İcraiyyə Komitəsinin, şəhər Dumasının, fəhlə və hərbi deputatları Sovetinin, ayrı-ayrı millətləri təmsil edən Milli Şura və partiyaların mübarizə apardıqlarını görmək mümkündür. Bu siyasi təşkilatlar içərisində "Müsavat" partiyası və Müsəlman Milli Şurasının xüsusi yeri olmuşdur.

Hər iki təşkilat Azərbaycanın türk-müsəlman əhalisinin hüquqları uğrunda mübarizə aparmışdır. Hər iki təşkilatda birləşən Azərbaycan ziyalıları yaranmış tarixi şəraitdən istifadə edərək 1918-ci ilin may ayında Şərqdə ilk müstəqil və demokratik Respublika qurmuşdur.

Əbülfət Mədətoğlu

Ədalət.-2019.-24 yanvar.-S.7.