LƏTİFƏLƏR

Balaca Fərəh atasından soruşur:

- Ata, nə üçün deyirlər ki, "atalar üçəcən deyib"?

- Çünki analar dördəcən deməyə atalara imkan verməyib.

***

İki bacanaq həmişə zarafatlaşırdılar. Bir gün onlardan biri cırnayır. Yana-yana deyir: - Səfi, Səfi, görüm molla Usuf sənin qabağında getsin!

Səfi: - deyirəm, molla Usuf qabağımda getsin, sən çiynimdə!

***

Məzəli əhvalatlar

Bir qardaş Həcc ziyarətindən qayıdan qardaşını qonaq çağırıb təbrik etmək, müqəddəs yerdən sağ-salamat qayıtmasına görə gözaydınlığı verib sevincini bildirmək istəyir. Hacı qardaş Həccdən gətirdiyi təsbehləri, muncuqları da götürübqardaşıgilə gəlir. O, ziyarətindən ağızdolusu bəhs edir, gördüklərindən, şeytana daş atmaqlarından, Qara daşı öpməklərindən s. şirin-şirin, xoşbəxtcəsinə danışır, əlindəki təsbehi oynada-oynada səfərdən çox məmnun qaldığını izhar edir. Nəhayət, hacının şərəfinə düzəldilmiş süfrəyə əyləşirlər. Qardaş hacıya deyir:

- Bir yüz-yüz vuraqmı?

- Küfr danışma! Mən hacıyam, haram işlərlə məşğul olmuram!

- Tut arağıdır ey!

- Həə, tut arağıdırsa olar!

 

***

Qayınana ilə gəlin küçə ilə gedirdilər. Bir darvazanın yanında iki gənc oğlan onları saxlayıbnəzakətlə dedilər:

- Bağışlayın xanım, sizi yoldan eləyirik. Sizə bir əziyyət verəcəyik. Bu həyətdə bir cavan oğlan ölüb, heç kimi yoxdu ki, onu ağlasın. Ölünün şöhrəti ağlamaqdır. Gəlin bu yazığa bir-iki ağız ağı deyin, sonra gedin. Qayınana gəlinə deyir:

- A gəlin, gəl gedək rəhmətliyə dil deyib ağlayaq. Anası, bacısı olmamaq belə şeydi bax! Allaha da xoş gedər.

Onlar həyətə girirlər. Cavanlar hərəsi birini ayrı-ayrı otaqlara salıb "arvad-kişi" münasibətlərini həll edəndən sonra üzrhaxlıq edə-edə onları yola salırlar. Darvazadan bir az aralanandan sonra gəlin biabır olduqlarını deyib, cavanların qarasınca deyinməyə, söyüb qarğış eləməyə başlayır. Qayınana deyir:

- A gəlin, səni bilmirəm, mən bu rəhmətliyin üçündə , yeddisində gələcəyəm. Hələ bacarsam qırxında da.

 

***

"Qırmızı körpü"yə gedən avtobusda yaşlı bir qadın sürücüyə dedi:

- Dərdin ürəyimə, Kürdəmirə çatanda maaxavar elə!

- Baş üstə, arxayın ol!

Qobustanda sürücü avtobusu saxlayıb sərnişin götürəndə qadın qadın dilləndi:

- Çatdıqmı, dərdin alem?

- Yox hələ, narahat olma, özüm deyəjəm.

Ələtə çatanda qadın yenə:

- Dərdiş, çatdıqmı?

... Hacıqabulda "xala" bir soruşdu. Sürücü başını bulayıb "yox" dedi.

Hacıqabulla Kürdəmir arasındakı irəmədə qadını mürgü basdı. Sürücü arxasındakı xanımla mırt vurmağa başladı. Bir ayılanda gördü ki, Ucarı keçiblər. Köməkçisinə qışqırdı:

- Ağzını ayırıf oturufsan, arvadı Kürdəmirdə düşürəsiydik.

Köməkçi ikiəlli başına qapaz vurub dedi:

- Gəl ayrı bir maşına mindirib yola salaq.

- Əə, sən danışırsan? Maşının-zadın altında qalar, zivilə düşərik.

Avtobusu geri döndərib sürətlə Kürdəmirə tərəf sürməyə başladılar. Sərnişinlər narazılıq etmək istəyəndə sürücülər yalvar-yaxar onları sakitləşdirdilər. Kürdəmirə çatanda sürücü qadını ayıltdı: Xala, çatmışıq, Kürdəmirin harasında düşəcəksən?

Qadın gözünü ovxalaya-ovxalaya:

- Allah köməyin olsun, - deyib çantasını eşələməyə başladı, - düşmörəm ölüm, Kürdəmirdə dərman atasıydım.

- Öyünü Allah yıxmasın sənin , - deyib sürücü avtobusun "ağzını" geri döndərdi.

 

***

"Qara bayram" dediyimiz bayramda ərinin qəbrini ziyarət etməyə gələn qadın qəbrin böyür-başını otdan-alaqdan təmizləyib, molla çağırmağa getdi. Xeyli aralıda bir neçə adam görünürdü. Yəqin elədi ki, orada molla olar. Yaxınlaşdı, molla var idi. Molla dodağının altında bir az mızıldanıbqurtarandan sonra ucadan dedi:

- Mərhumə filankəsin ruhuna bir salavat çevirək!

Çevirdilər.- qurban olduğum peyğəmbərimizin ruhuna bir salavat çevirək. Çevirdilər. Qarabağ, Xocalı, 20 Yanvar şəhidlərinin ruhuna bir salavat çevirəndən sonra molla "cəmi ölənlərin" ruhuna salavat çevirtdirib qəbrin ətrafında olanlara müraciətlə: "Zəhmətinizi məhruməyə (məhz belə dedi) halal edin" deyib ölü sahiblərinin üzünə baxdı. Qohumların əlləri mollanın cibinə "girib-çıxdı".

Molla ardınca gələn qadın aranın sakitləşdiyini görüb mollaya yaxınlaşdı:

- Molla qardaş, gedək bizim rəhmətliyə bir "Quran oxu"!

- Hardadı?

- Bir az o tərəfdədi.

Molla yaxınlıqdakı "nağd" müştəriləri qoyub getmək istəmədi:

- Yox xanım, ora uzaqdı, gedə bilmərəm.

Xanım da "elə-belə xanım" deyildi:

- Neynək, sən ora gedə bilməzsən, mən ölünü sənin yanına gətirərəm, - deyib aralandı.

Yəqin ki, molla bir şey başa düşmədi.

 

***

"Qəbiristanlıq makleri" dil-boğaza qoymurdu:

-Süzə məsləhətli yer vericiyəm. Axar-baxarlı, torpağı yumşaq, hündür gözəl ponoraması olan, səhərdən-axşamacan gündöyən, suyu, havası təmiz, şəhər ayağıvın altında, yanlar zaborlu, day cənnət-məkan, istəyirsən gül-çiçək, istəyirsən ağac ək. Qiyməti məsləhətdüdü, üç min manatdan başlıyır.

Qəbir yeri istəyən adam lap darıxdı:

- Ay kişi, bir daya görək. Biz villa yeri istəmirik, ölümüz üçün qəbir yeri istəyirik.

- Verək dəə! Nöşün hirslənirsən?!

 

***

Bir yaşlı kişi növbədəkiləri itələyib hirslə həkimin otağına girdi. Salamsız-kalamsız əsib-coşmağa başladı:

- Tez ol mənim beş yüz manatımı qaytar!

Həkim çaşıb qalmışdı:

- beş yüz manat, ağsaqqal? Dayan, sakit ol görüm olub?

- olacaq? Oğlumu aprasiya eləmisən, uşaq ölüb! Tez ol mənim pulumu qaytar!

- vaxt eləmişəm?

- Bir il bundan qabaq!

- A kişi, sən danışırsan, bir il bundan qabaq eləmişəm, indi ölüb, bunun mənə dəxli var?

- Var, var! Bir il əvvəl oğlumu gimaroydan aprasiya eləmişdin. Üç gün əvvəl küçədən keçəndə maşın vurub.

- Maşın vurub, mənim günahım var?

- Sən pis eləməsəydin, o küçədən keçəndə gimaroy olan yeri geyişməzdi. Onun başı qaşımağa qarışmasaydı, maşın gəldiyini görərdi. Polisi bura tökməmiş pulumu qaytar!

- A kişi, sən mənə heç pul verməmişdin. Vicdanın olsun! Gəldin dedin ki, kasıb adamam,qaçqınam. Dedin əllicə manatım var. İndi utanmırsan, beş yüz manat istəyirsən?

- Sən utan ki, aprasiya eləyə bilmirsən! Yaxşı həkim olsaydın yaranın yeri geyişməzdi. Tez ol, pulumu qaytar. Yoxsa aləmi bura tökəcəyəm!

- Gözlə gəlirəm, - deyib həkim otaqdan çıxdı. Hara getdiyini Allah bilir.

 

***

İki qohum toyda görüşürlər. Yaşlı kişi xanımı ilə gəlmişdi, cavan qadın isə tək idi. görüşdülər, öpüşdülər, hal-əhval tutmağa başladılar.

Yaşlı kişinin sanki sevincdən gözləri yaşardı, cavan qohumdan evdəkilərin hal-əhvalını soruşdu. Təbii ki, cavan qohum da "cavab qayğısı" göstərdi:

- Sən necəsən, əmi, yaxşısanmı?

- Ölürəm, oğul, ölürəm, - deyə qoca səhhətindən gileylənir. Xudahafizləşib ayrılandan sonra əmisinin xasiyyətini bilən qadın deyir:

- Sən daha ölməzsən. O qədər "ölürəm, ölürəm" deyibsən ki, Allah elə bilir sən doğrudan ölmüsən.

Təqdim etdi:

Ramiz

İSMAYIL

Ədalət 2019.- 24 yanvar.- S.6.