LƏTİFƏLƏR
Balaca Fərəh atasından soruşur:
- Ata, nə üçün deyirlər ki, "atalar üçəcən deyib"?
- Çünki analar dördəcən deməyə
atalara imkan verməyib.
***
İki bacanaq həmişə zarafatlaşırdılar. Bir gün
onlardan biri cırnayır. Yana-yana
deyir: - Səfi, Səfi, görüm molla Usuf sənin
qabağında getsin!
Səfi:
- Nə deyirəm, molla Usuf qabağımda
getsin, sən də çiynimdə!
***
Məzəli əhvalatlar
Bir qardaş
Həcc ziyarətindən
qayıdan qardaşını
qonaq çağırıb
təbrik etmək, müqəddəs yerdən
sağ-salamat qayıtmasına
görə gözaydınlığı
verib sevincini bildirmək istəyir. Hacı qardaş
Həccdən gətirdiyi
təsbehləri, muncuqları
da götürübqardaşıgilə
gəlir. O, ziyarətindən
ağızdolusu bəhs
edir, gördüklərindən,
şeytana daş atmaqlarından, Qara daşı öpməklərindən
və s. şirin-şirin,
xoşbəxtcəsinə danışır,
əlindəki təsbehi
oynada-oynada səfərdən
çox məmnun qaldığını izhar
edir. Nəhayət, hacının şərəfinə
düzəldilmiş süfrəyə
əyləşirlər. Qardaş hacıya deyir:
- Bir yüz-yüz vuraqmı?
- Küfr danışma! Mən hacıyam, haram işlərlə məşğul olmuram!
- Tut arağıdır ey!
- Həə, tut arağıdırsa
olar!
***
Qayınana ilə gəlin küçə ilə gedirdilər. Bir darvazanın yanında iki gənc oğlan
onları saxlayıbnəzakətlə
dedilər:
- Bağışlayın xanım,
sizi yoldan eləyirik. Sizə bir əziyyət
verəcəyik. Bu həyətdə bir cavan oğlan ölüb, heç kimi yoxdu ki,
onu ağlasın.
Ölünün də şöhrəti
ağlamaqdır. Gəlin
bu yazığa bir-iki ağız ağı deyin, sonra gedin. Qayınana
gəlinə deyir:
- A gəlin, gəl gedək rəhmətliyə
dil deyib ağlayaq. Anası, bacısı olmamaq belə şeydi bax! Allaha da xoş gedər.
Onlar həyətə
girirlər. Cavanlar hərəsi birini
ayrı-ayrı otaqlara
salıb "arvad-kişi"
münasibətlərini həll
edəndən sonra üzrhaxlıq edə-edə
onları yola salırlar. Darvazadan bir az aralanandan sonra gəlin biabır olduqlarını deyib, cavanların qarasınca deyinməyə, söyüb
qarğış eləməyə
başlayır. Qayınana
deyir:
- A gəlin, səni bilmirəm, mən bu rəhmətliyin üçündə də,
yeddisində də gələcəyəm. Hələ bacarsam
qırxında da.
***
"Qırmızı körpü"yə
gedən avtobusda yaşlı bir qadın sürücüyə
dedi:
- Dərdin ürəyimə,
Kürdəmirə çatanda
maaxavar elə!
- Baş üstə, arxayın ol!
Qobustanda
sürücü avtobusu
saxlayıb sərnişin
götürəndə qadın
qadın dilləndi:
- Çatdıqmı, dərdin
alem?
- Yox hələ, narahat olma, özüm
deyəjəm.
Ələtə çatanda qadın
yenə:
- Dərdiş, çatdıqmı?
... Hacıqabulda
"xala" bir də soruşdu. Sürücü başını
bulayıb "yox"
dedi.
Hacıqabulla Kürdəmir arasındakı
irəmədə qadını
mürgü basdı. Sürücü də arxasındakı xanımla mırt vurmağa başladı.
Bir də ayılanda gördü ki, Ucarı keçiblər.
Köməkçisinə qışqırdı:
- Ağzını ayırıf
oturufsan, arvadı Kürdəmirdə düşürəsiydik.
Köməkçi ikiəlli başına
qapaz vurub dedi:
- Gəl ayrı bir maşına mindirib yola salaq.
- Əə, sən
nə danışırsan? Maşının-zadın altında qalar, zivilə düşərik.
Avtobusu geri döndərib sürətlə
Kürdəmirə tərəf
sürməyə başladılar. Sərnişinlər narazılıq etmək istəyəndə sürücülər
yalvar-yaxar onları sakitləşdirdilər. Kürdəmirə
çatanda sürücü
qadını ayıltdı:
Xala, çatmışıq,
Kürdəmirin harasında
düşəcəksən?
Qadın
gözünü ovxalaya-ovxalaya:
- Allah köməyin olsun, - deyib çantasını eşələməyə başladı,
- düşmörəm ölüm,
Kürdəmirdə dərman
atasıydım.
- Öyünü Allah yıxmasın
sənin
, - deyib sürücü
avtobusun "ağzını"
geri döndərdi.
***
"Qara bayram"
dediyimiz bayramda ərinin qəbrini ziyarət etməyə gələn qadın qəbrin böyür-başını
otdan-alaqdan təmizləyib,
molla çağırmağa
getdi. Xeyli aralıda bir neçə adam
görünürdü. Yəqin elədi
ki, orada molla olar. Yaxınlaşdı, molla var idi. Molla dodağının altında
bir az
mızıldanıbqurtarandan sonra ucadan dedi:
- Mərhumə filankəsin
ruhuna bir salavat çevirək!
Çevirdilər.- qurban olduğum peyğəmbərimizin
ruhuna bir salavat çevirək. Çevirdilər. Qarabağ, Xocalı, 20 Yanvar şəhidlərinin ruhuna
bir salavat çevirəndən sonra
molla "cəmi ölənlərin" də
ruhuna salavat çevirtdirib qəbrin ətrafında olanlara müraciətlə: "Zəhmətinizi
məhruməyə (məhz
belə dedi) halal edin" deyib ölü sahiblərinin üzünə
baxdı. Qohumların əlləri mollanın
cibinə "girib-çıxdı".
Molla ardınca gələn qadın aranın sakitləşdiyini görüb
mollaya yaxınlaşdı:
- Molla qardaş, gedək bizim rəhmətliyə də
bir "Quran oxu"!
- Hardadı?
- Bir az o
tərəfdədi.
Molla yaxınlıqdakı "nağd"
müştəriləri qoyub
getmək istəmədi:
- Yox xanım, ora uzaqdı, gedə bilmərəm.
Xanım
da "elə-belə
xanım" deyildi:
- Neynək, sən ora gedə bilməzsən,
mən ölünü
sənin yanına gətirərəm, - deyib
aralandı.
Yəqin ki, molla bir
şey başa düşmədi.
***
"Qəbiristanlıq makleri"
dil-boğaza qoymurdu:
-Süzə məsləhətli
yer vericiyəm. Axar-baxarlı, torpağı yumşaq,
hündür gözəl
ponoraması olan, səhərdən-axşamacan gündöyən,
suyu, havası təmiz, şəhər ayağıvın altında,
yanlar zaborlu, day cənnət-məkan, istəyirsən
gül-çiçək, istəyirsən ağac ək. Qiyməti də məsləhətdüdü,
üç min manatdan
başlıyır.
Qəbir
yeri istəyən adam lap darıxdı:
- Ay kişi, bir
daya görək. Biz villa yeri istəmirik,
ölümüz üçün
qəbir yeri istəyirik.
- Verək dəə! Nöşün hirslənirsən?!
***
Bir yaşlı kişi
növbədəkiləri də
itələyib hirslə
həkimin otağına
girdi. Salamsız-kalamsız
əsib-coşmağa başladı:
- Tez ol mənim
beş yüz
manatımı qaytar!
Həkim
çaşıb qalmışdı:
- Nə beş yüz manat, ağsaqqal? Dayan, sakit ol
görüm nə olub?
- Nə olacaq? Oğlumu aprasiya eləmisən, uşaq ölüb! Tez ol mənim pulumu
qaytar!
- Nə vaxt eləmişəm?
- Bir il bundan qabaq!
- A kişi, sən
nə danışırsan,
bir il bundan
qabaq eləmişəm,
indi ölüb, bunun mənə nə dəxli var?
- Var, var! Bir
il əvvəl
oğlumu gimaroydan aprasiya eləmişdin. Üç gün əvvəl küçədən keçəndə
maşın vurub.
- Maşın vurub, mənim nə günahım var?
- Sən pis eləməsəydin,
o küçədən keçəndə
gimaroy olan yeri geyişməzdi. Onun başı qaşımağa
qarışmasaydı, maşın
gəldiyini görərdi.
Polisi bura tökməmiş pulumu qaytar!
- A kişi, sən
mənə heç pul verməmişdin. Vicdanın olsun! Gəldin dedin ki, kasıb adamam,qaçqınam. Dedin əllicə manatım var. İndi utanmırsan, beş
yüz manat istəyirsən?
- Sən utan ki,
aprasiya eləyə bilmirsən! Yaxşı həkim olsaydın
yaranın yeri geyişməzdi. Tez ol, pulumu qaytar. Yoxsa aləmi bura tökəcəyəm!
- Gözlə gəlirəm,
- deyib həkim otaqdan çıxdı. Hara getdiyini Allah bilir.
***
İki qohum toyda görüşürlər. Yaşlı
kişi xanımı ilə gəlmişdi, cavan qadın isə tək idi. görüşdülər, öpüşdülər, hal-əhval
tutmağa başladılar.
Yaşlı kişinin sanki sevincdən gözləri də yaşardı, cavan qohumdan evdəkilərin də hal-əhvalını soruşdu. Təbii
ki, cavan qohum da "cavab qayğısı"
göstərdi:
- Sən necəsən, əmi, yaxşısanmı?
- Ölürəm, oğul,
ölürəm, - deyə
qoca səhhətindən
gileylənir. Xudahafizləşib
ayrılandan sonra əmisinin xasiyyətini bilən qadın deyir:
- Sən daha ölməzsən.
O qədər "ölürəm,
ölürəm" deyibsən
ki, Allah elə bilir sən doğrudan ölmüsən.
Təqdim etdi:
Ramiz
İSMAYIL
Ədalət.-2019.-24 yanvar.-S.6.