"ÖLÜM QOXUSU"

Ötən il hüquqşünas-yazıçı Əlisəfa Azayev üçün bir söz adamı olaraq uğurlu sayıla bilər. Belə ki, 2018-ci ildə "Təknur" nəşriyyatı Mustafa Çəmənlinin redaktorluğu ilə Əlisəfa Azayevin "Ölüm qoxusu" povest və məhkəmə hekayələrindən ibarət kitabını çap edibdi. Bu kitabda verilmiş "Ölüm qoxusu" povestində müəllif yaşadığımız cəmiyyətin reallıqlarını və bu cəmiyyətdə baş verən qüsurları, cinayətləri, milli dəyərlərə yad elementləri qələmə almaqla bu cür ünsürlərin Azərbaycan xalqına nə qədər zərər vurduğunu ifadə etməyə çalışıbdı.

Müəllif özünün hekayəsində həm də cəmiyyətimiz üçün bir nümunə ola biləcək qəhrəman obrazını da yaratmaqla povestin oxucu tərəfindəm maraqla qarşılanacağına nail ola bilibdi. Ümumiyyətlə, hüquqşünas-yazıçının həm povest, həm də məhkəmə hekayələrində yaşanmış, özünün şahidi olduğu, araşdırmalarını apardığı gerçəkliklər bədii sözün gücüylə oxucu önünə çıxarılıbdı. Düşünürəm ki, hər iki kitab oxucular tərəfindən maraqla qarşılanacaq. Biz isə öz növbəmizdə müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2019.-24 yanvar.-S.6.