"FƏDAKARLIQ ANI"
"Qanun" nəşriyyatə tərəfindən oxuculara təqdim olunmuş 240 səhifəlik bu kitab eyni adlı povestdən ibarətdir. Kitabın müəllifi hüquqşünas-yazıçı Əlisəfa Azayevdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutuluş kitabda ötən əsrin 90-cı illərində baş vermiş ictimai-siyasi hadisələrdən bəhs olunur.
Müəllif bu əsəri ilə öz oxucularını bu günümüzdən ayıraraq həmin qarışıq zamana, o zamanın bir kino lenti kimi göz önündən gəlib keçən hadisələrinə aparmaqla həm oxucunu şahidə, həm də iştirakçıya çevirir. Sanki povestin ovqatı oxucunun ovqatına çevrilir. Bununla da oxucu hadisələrdən yararlanır, onun dəyərli anlarını yaddaşına köçürür, həm də doğulduğu məmləkətin dəyərini özü üçün müəyyənləşdirir.
Ümumiyyətlə, "Fədakarlıq anı"
bir bədii əsər olmaqla
yanaşı, özündə həm də zamanı ifadə
edən əsər təsiri də bağışlayır. Və
oxucu olaraq belə bir qənaətə gəlirsən ki, hər bir anın
içərisində fədakarlıq var.
Onu görmək, duymaq
və yaşamaq lazımdır.
Ədalət.-2019.-24 yanvar.-S.6.