Ramiz İsmayıl Xırdalan.ş.
İncələr
İncələrdən incə-incə danışaq
İncələr də incə-incə incələr.
Bənövşədir incələrin-incəsi
Şəbnəm düşər,incə
boynu incələr
İncələrin bir balası laləmi,
Lalələrin nəğmələri naləmi,
Nalə
çəksə ahı
tutar aləmi,
Qara xallar al
yanağı incələr.
Göz yaşlarım inci-inci süzülər
Kipriyimdə muncuq kimi düzülər,
Bu fani dünyadan əlim üzülər
Dərdə düşüb incəldikcə-incələr.
Ramiz deyər:Dürdanəyəm
,incəyəm
Qəlbi
incə incələrdən-inciyəm,
Ulu Tanrı,qoyma məni inciyəm
İncə könül incidikcə incələr.
Gileyim
Dönüb baxdım ömür
adlı bir yola
İzimdəndi,İzimdəndi gileyim.
Yarı
yolda kəsilibmiş taqəti,
Dizimdəndi,dizimdəndi gileyim.
Bu sevdaya tuş olandan bəridi,
Ömrüm,Günüm gilə-gilə
əridi,
Bəlkə yarım cadulanmış pəridi.
Gözümdəndi, gözümdəndi gileyim.
Çırpınıram qol-qanadsız quş kimi,
Çatdırmadım boya-başa eşqimi,
Danlamaram,qınamaram heç
kimi,
Özümdəndi,özümdəndi gileyim.
Quzu kimi yetim-yetim mələrəm,
Göz yaşımı kipriyimdən
ələrəm,
Bu hicrana dözənmərəm,ölərəm
Dözümdəndi,dözümdəndi gileyim.
Üşüdür məni
Cavanlığa əlim yetməz
Bu çağım üşüdür
məni.
Dərd
sinəmdə lövbər
salıb,
Qucağım üşüdür məni.
Çaşıb qaldım nə
gizləyim,
Kimi sevim,əzizləyim?
Ölü vaydan nə gözləyim
Qoçağım üşüdür məni.
"Pərvazlanıb"uçdu ömür,
Əvvəl-axır puçdu ömür,
Tüstülənib yandı kömür
Ocağım üşüdür məni.
Ramizin qayğısı çoxdur,
Ölümdən qorxusu yoxdur,
Yaxınım buzdan soyuqdur
Uzağım üşüdür məni.
Özümüz
Bizim bizdən güclü düşmənimiz yox
Tayı
özümüzük, babı
özümüz,
Yol ötəni əziz tutduq,"can dedik"
Açdıq yağılara qapı, özümüz.
Sapand da bizimdi,daş
da bizimdi,
Cəllad
da bizimdi,baş
da bizimdi,
Zəhər qatdığımız aş da bizimdi,
Tuluğu
özümüz,qabı
özümüz.
Bir həsirik,bir də Məmməd nəsirik,
Boş cib ilə lovğa-lovğa
gəzirik,
Ramiz,daha pambıq ilə kəsirik,
Çapan baltamızın
sapı, özümüz.
Ədalət.-2019.-26 yanvar.-S.12.