“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı
– 2018” kitabı nəşr
edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsidir
ki, bu gün
doğma diyarımızda
alim və tədqiqatçılar, eləcə
də yaradıcı insanlar üçün hərtərəfli fəaliyyət
şəraiti yaradılıb,
müasir avadanlıqlarla
təchiz olunan nəşriyyat və mətbəələr istifadəyə
verilib. Həmçinin
diyarımızın qədim
tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri
və müasir sosial-iqtisadi inkişafı
barədə yeni kitabların nəşri diqqətdə saxlanılır,
hər il
üçün nəşr
planı tərtib olunur. Bu sahədə
görülən işlər
ötən ildə də davam etdirilib.
Məlumdur ki, 2018-ci il üçün Naxçıvan şəhərinin
İslam Mədəniyyətinin
Paytaxtı olması ilə əlaqədar ötən il bir çox tədbirlər həyata keçirilib. "İslam Mədəniyyətinin
Paytaxtı Naxçıvan
– 2018” loqotipi və suvenirlər hazırlanıb,
üzərində loqotip
əks olunmuş döş nişanları,
zərflər, poçt
markaları buraxılıb.
Eyni zamanda albom-kataloqlar, jurnallar, İslam dini və onun
dəyərləri ilə
bağlı kitablar nəşr olunub.
Belə nəşrlərdən biri
də "Naxçıvan
İslam Mədəniyyətinin
Paytaxtı – 2018” kitabıdır. Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
yanında Bilik Fondu tərəfindən hazırlanmış kitabın
ilk səhifələrində Azərbaycan Respublikası
Prezidentinin Naxçıvan
şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması
və Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
"İslam Mədəniyyətinin
Paytaxtı Naxçıvan
– 2018” loqotipinin hazırlanması
haqqında sərəncamları
yer alıb.
Təqdim olunan nəşrdə görkəmli şəxslərin
Naxçıvanın İslam
mədəniyyəti ilə
zənginliyi, bu mədəniyyəti layiqincə
qoruyub yaşatması
ilə bağlı dəyərli fikirləri
verilib.
Yeni nəşrdə "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış və bağlanış tədbirləri, bununla bağlı yaradılmış Təşkilat Komitəsinin iclasları və konfranslar haqqında məlumat verilir. Həmçinin burada keçirilən tədbirlərə aid fotoşəkillər yerləşdirilib.
Kitabda diqqətçəkən nüanslardan biri də "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn qonaqların – İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Dusen Kasseinov, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Azzedine Mihoubi, Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Abbas Mustafa Ahmet Abdullanın qədim diyarımızla bağlı dəyərli fikirləri və təəssüratlarıdır. Kitabda il ərzində bununla əlaqədar keçirilən tədbirlər, konfranslar, sərgilər, konsert proqramları barədə də ətraflı məlumat verilir. Kitabın son səhifələrində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı nəşr olunan kitabların, həmçinin bununla əlaqədar hazırlanan zərfin, poçt markalarının, döş nişanı və gümüş medalların fotoşəkilləri də əks olunub.
Yeni nəşrin sonunda isə "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı –
2018”in bağlanış tədbiri
işıqlandırılıb. Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif
Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının
Baş direktorunun müavini Amina Əl-Həcri,
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev
və TÜRKSOY-un Baş
katibinin müavini
Fırat Purtaşın iştirak etdiyi, milli musiqi və rəqslərimizin
təqdim olunduğu tədbir geniş təfsilatla oxuculara
çatdırılır.
Ədalət.-2019.-29 yanvar.-S.8.