Ömür boyu kirayələrdə sürgün həyatı yaşayan
türk şairi
Türk şeirinin üsyankar, ələ-ovuca
sığmayan
şairi Cəmal Sürəyanı çox sevirəm.
Türk şeirinə fərqli bir yol gətirən Cəmal Sürəyanın
şeiri kimi özü də çox fərqlidir. Möhkəm
durun! Şairin həyatını pazllar kimi yavaş-yavaş
sizin üçün
yığmağa çalışacam.
Amma bu yazının sonunda şair ölməyəcək.
Şairlik duyğusunun ən başlıca səbəbi
olan Gülbəyaz Səbər şair şeirə ilk addımını
anasının ona danışdığı "Əsli və Kərəm” hekayəsindən
sonra atıb. Gülbəyaz ağbəniz bir qadın, Cəmaləddinin
"qar dənəsi”
idi. Cəmaləddin
hələ uşaq ikən anasını itirir və uşaq qəlbi səssizliyə qərq olmuşdu: "Kiçik qəlbimdəki quş ölmüşdü”.
İbtidai məktəbdə bir jurnalda çap olunmağa qərar verir. Ancaq çap maşınlarının
azlığı, əldə
olan maşınların
da keyfiyyət cəhətdən kəmliyi
buna mane olurdu. O,
yenə də bezmədi, yaxın dostu olan Altan
Günalp ilə birlikdə əllə yazdığı yazılarını,
rəsmlərini çəkdiyi
məktəb junalını
çap etdirdi. Jurnalın ən sıx izləyiciləri ona heyran olan məktəbdəki
qız dostları idi.
Saatın neçə olduğunu beşinci sinifdə öyrənir. Cəmaləddin demək olar
ki, bütün sinfin rəsm tapşırıqlarını özü
çəkərdi.
Ədəbi xarakteri ilə bərabər onun bir də idmançı
tərəfi var idi. Futboldan ötrü sinov
gedirdi. Ən sevdiyi futbolçu
isə Lefter idi. Fənərbaxça azarkeşi olan
Cəmaləddin Mətin
Oktaya da böyük hörmət bəsləyərdi.
Orta məktəbdə
100 metrə qaçış
marafonuna qatılır. Yarışmada birinci yeri tutan
Cəmaləddinə qələm
hədiyyə edirlər.
Beləcə o, ilk doldurma qələmə
sahib olur.
Kiçik qəlbindəki quş ölən Cəmaləddin
Əsma adlı bir ögey anaya
məhkum olur. Bacılarını və onu tez-tez
döyən Əsma bir dəfə onu zəhərləməyə
də cəhd edir. Yeməyinə şüşə qırıqları qarışdırdığı
da deyilir.
Bənzərsiz bir oxucu idi. Hələ
üçüncü sinifdə
oxuyarkən "Cinayət
və Cəzanı” dəfələrlə, "Karamazov qardaşları”nı isə beş dəfə təkrarən
oxumuşdu.
Şair hələ uşaq ikən bir şeyi
kəşf etmişdi
– bütün böyük
yazarlar üç ada sahibdir. O da qərar verdi
ki, adını qısaldıb Cemal, yanına da Sürəyya əlavə
edəcək. Daha sonra
"y” lardan biri bir mərc ucbatından
itəcək və Cəmal Sürəya Səbər olacaqdı.
O, telefon nömrələrini
unudub-unutmayacağı üstündə
mərcə girmişdi.
Bufetdə yazmağa başladığı
əsərləri onda
qəribə bir vərdiş yaradacqdı. Artıq yazı
yazarkən səs-küy
axtaracaqdı. Sırf buna
görə evdə yazı yazarkən televizorun, radionu açıb səsini yüksəltəməyə başladı.
O kürd idi. 1937-38-ci illərdə Türkiyədə
"Dersim” üsyanı
çıxır, dövlət
hakimiyyətini bərpa
etmək üçün
Türkiyə Silahlı
Qüvvələri tərəfindən
hərəkat başlanır
və hərəkat nəticəsində təxminən
13 mindən çox adam, 110-a yaxın
əsgər ölür,
12 minə yaxın insan sürgün edilir. Və bütün bunlar
Cəmaləddinin uşaqlıq
dövrünə təsadüf
edir.
Məktub yazmağın xəstəsi
idi, hətta o qədər xəstə idi ki, qadınların
dilindən özü-özünə
məktub yazardı.
Onun sevdiyi qadınlar çox idi. Bu qadınları da hamının sevməyini istəyirdi.
Dostları sevdiyi qadını
bəyənməliydi. Buna görə sevdiyi
qadını bəyənməyən
dostları ilə küsüşərdi.
Qızı Ayçə ilə münasibətləri elə
də yaxşı deyildi. O qədər ki,
qızının nigahında
belə iştirak etmədi. Çünki ona xəbər
verilməmişdi.
Parisdə olanda heç görmədiyi Qars haqqında "Qars” adlı şeirini yazır və şeirdə Qarsdan bəhs edir. Düşünürdü ki, Turqut Uyar
və Edip Cansevər onu Türkiyədə unutdurmağa
çalışır.
Tomris onun ən böyük eşqi idi. Bu eşqin hirsi də böyük idi. Bir mübahisədən sonra əsəbiləşdilər,
bir-birilərinə yolladıqları
bütün məktubları
cırdılar. Və bu
məktublardakı eşq
günümə gəlib
çıxmadı. Tomrislə münasibətini
kəsdikdən sonra onunla getdiyi yerlərə ayağını
belə basmadı.
Bir yemək
süfrəsində tanınmamış
bir şair olan Sürəyya Kapınak soyadını dəyişdirmək istədiyini
deyir və oradakılardan məsləhət
istəyir. Cəmal Sürəya da
orada idi. O, Sürəyyaya "Bərfə”
deyə məsləhət
verir. O, bu sözü Əhməd Arifin dilindən eşitmişdi. Əhməd Arifdən "bir
qızın olsa, adını nə qoyardın?” deyə soruşmuşdu və
"Bərfə” cavabını
almışdı. Bu sözün kürdcə mənası "qar” deməkdir. Bu məsləhəti bəyənən
Sürəyya soyadını
dəyişib Bərfə
qoyur.
Qız uşaqlarına
heyran olan Cəmal iki qız övladının
olmağını istəyirdi. Birinə
"Kelime”, birini də "Elif” adını vermək istəyirdi. Olmadı...
Cəmalın işdən başı açılmadığı üçün
bərbərə getməmişdi
və saç-saqqalı
çox uzanmışdı. Vaxt edib
bərbərə gedir.
Bərbər ondan "qardaş,
səfərdən gəlirsən?”
deyə soruşur.
Bu suala əsəbiləşən
Cəmal stuldan qalxar və bir də bərbərə
getməz. Saçlarını ancaq evləndiyi qadınlar kəsirmiş.
Həyatının bir dövrü sürgündə keçib,
elə həyatı da sürgün kimidir Cəmalın. Tez-tez ev dəyişdirmək məcburiyyətində qalan
Cəmal 29 fərqli evə köçüb.. Sonuncu evə Kadıköydə
"Cəmal Süreya”
küçəsində yerləşir.
O heç vaxt qumarxanada olmayıb.
Şair siqaretə çox bağlı idi. Bir gün
onu şorba içərkən görənlər
təəccüblənir. Çünki o, şorbadan bir
qaşıq içib
sonra siqaretdən bir qullam vurardı.
Bir qaşıq şorba, bir qullam siqaret...
O, əmisini atasından da çox sevərdi.
Əmisi öləndə
pulqabısından iki
adamın şəkli
çıxır... Biri Cəmalın
idi. Cəmal ona olan sevgini qarşılıqsız
qoymur və oğluna "Memo” adını
verir.
Qadınlara çəkinmədən evlilik təklifi edən Cəmal özünə güvənən
adam idi.
Yalnız alış-verişdə bu güvən əriyib yoxa çıxardı. Əgər bir
şeyi bəyənib
qiymətini soruşdusa,
vəssalam, onu almaq məcburiyyəti hiss
edərdi. Ən qəribəsi
isə aldığı
ərzaqların yarım
kilo olmamasıdır. Elə bilirdi ki, nədənsə
yarım kilo istəyəndə
satıcı hirslənəcək.
Cəmal köhnə həyat yoldaşının evlənməyini
bilir və onun nigah şahidi
olmağı istəyir. Təəssüf
ki, Zühalın evlənəyi adam
çox qısa zamanda dünyasını dəyişir və onun nigah şahidliyi
reallaşmır.
Türk şeirinə
adını yazdıran şairin həyatı
da şeirləri kimi
"surreal” idi. Sevdi, aşiq oldu, həsrət çəkdi, əzablara
dözməyə çalışdı, ağladı və
bənzərsiz şeiri də bütün bunlarla doldu. Amma hamısı başqa, çox başqa bir aləm idi.
Ədalət.-2019.-29 yanvar.-S.8.