Son vida
Azərbaycan şair-publisistləri cərgəsində dəsti-xətti
ilə seçilən
alim, jurnalist, AR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərman ilə təltif olunmuş Davud Əmrah oğlu Dəmirli 19 Yanvar 2019-cu il saat 10 tarixdə əbədiyyətə qovuşdu.
"Qızıl qələm",
"H.Z.Tağıyev", "Araz" Ali ədəbi mükafatlar laureatı, D.Dəmirli "Azərbaycan
pioneri", "Sovet kəndi", "Azərbaycan
məktəbi", "Azərbaycan
Kommunisti" redaksiyalarında
uğurla çalışmış,
"Kənd həyatı"
jurnalının baş
redaktoru olmuşdur. 1991-ci ildən "Açıq söz" qəzetinin baş redaktoru olan D.Dəmirli həmçinin
Texniki Universitetdə müəllim (1978 - 1982) və
Azərbaycan Beynəlxalq
Hüquq Universitetinin Elmi Şurasının fəxri üzvü, "Fəzilət" qəzetinin
təsisçisi və
baş redaktoru idi. Onun qələmə aldığı 10 (on) əsər,
satirik və uşaq hekayələri, felyetonlar, elmi-publisistik məqalələri maraqla
qarşılanmışdır. O, həyatının son anına
qədər Azər.KİVİHİ-nin
H.Z.Tağıyev adına Xeyriyyəçiliyin
təbliği Mərkəzinin
məsul katibi vəzifəsini ləyaqətlə
aparırdı.
Davud Əmrah oğlu Dəmirli 15 iyun 1937-ci ildə Şəmkir rayonunun Düyərli əkndində anadan olmuş, ADU (DBU)-nun Jurnalistika
fakültəsində ali təhsil almış və Aspiranturanı bitirərək,
namizədlik dissertasiyasını
uğrula müdafiə
edən fəlsəfə
elmləri namizədi
- Alim idi.
Mərhum Davud Dəmirli kamil qələm sahibi, nüfuzlu jurnalist, alim, şair olmazdan öncə əsil insani dəyərləri ilə ehtirama layiq bir şəxsiyyət
idi.
Alim, şair,
juranlist Davud Dəmirli fəth etdiyi məqama öz yüksək keyfiyyətli insaniyyətliliyi,
elmi bilikləri, peşəkar juranlistlik qabiliyyəti, istedad və bacarığı ilə pillə-pillə qalxmışdır. Ədəbi işçi, xüsusi
müxbir, şöbə
müdiri, redaktor və Təsisçi - Baş redaktor vəzifələrini uğurla
icra edən Davud Dəmirli fəaliyyəti boyunca rəhbərlik etdiyi və çalışdığı
kollektiv tərəfindən
hörmətlə, məhbbətlə
qarşılanmışdır. İlahi o şəxsə elə bir ruh bəxş
etmişdi ki, onun qüdrəti ilə bütün janrlarda yazmaq qabiliyyətinə malik idi Davud Dəmirli.
Yazıb
bu xalqa yadigar etdiyi əsərlərin, povest və hekayələrin, yüzlərlə məqalələrində
işıqlandırdığı aktual məsələlərin
hər biri gələn nəsillərə
örnək yolu, həyat dərsidir.
Azərbaycan Nəşriyyatında çalışan yazıçı-jurnalistlər,
Yazıçılar İttifaqının
şair-yazarları, redaktorlar
və bütün Davud Dəmirlinin şəxsiyyətinə hörmət
bəsləyənlər:
- Məkanı cənnət,
torpağı nur olsun, - deyir.
D.Dəmirlinin həyat yoldaşı Svetlana xanıma, oğlu İdrak bəyə və qızı Arzu xanıma, nəvəsi Əqidəyə və əzizlərinə Allahdan səbr diləyirik və dərin hüznlə baş sağlığı veririk.
Allah rəhmət eləsin!
Mahirə Qarayeva
"İctimai fikir" qəzetinin
baş redaktoru
Ədalət.-2019.-30 yanvar.-S.8.