YALANLA DOĞRUNUN KƏSİŞMƏ NÖQTƏSİ

 

 

Kamal Abdullaya görə, bu, Füzulidə hətta üst-üstə düşür

 

 

 

 

Diqqətli oxucuların yəqin ki, yadındadı. Mən çox böyük maraqla oxuduğum müəllifi Kamal Abdulla olan "Mənim Füzulimkitabı barəsində bir neçə yazı yazmışam. Daha doğrusu, kitabdakı bütün esselər barəsində bir oxucu olaraq fikirlərimi ayrıca yazı şəklində ifadə etməyə çalışmışam. Bu, həmin esselərin sonuncusu olan "Məndə Məcnundan füzun aşiqlik istedadı varbarəsində düşüncələrimdi. mən onu digər yazılarımdan fərqli olaraq daha çox özümlə söhbət kimi qəbul etdim. Yəni hörmətli Kamal müəllimin dediyi paradoksa istinad edərək mən hardasa Füzulinin bir zərrəsi olmaq fikrinə düşdüm.

 

Bu boyda iddiadı? Onu kənara qoyub demək istəyirəm ki, bu elə həm Füzulidən əxz elədiyim "Şair sözü, əlbəttə, yalandırfikrinə birbaşa güvənməyimin nəticəsidir. O güvəncdən çıxış edərək mən bu qənaətə gəlmişəm ki, bütün şairlərin sözlərini təkcə şah damarı deyil, elə nöqtə-vergülü hardasa yalandır. Elə ona görə şairə, şairliyə bir az fərqli münasibət var, olsun...

 

Bəli, qayıdıram mətləb üstünə. Yəni Füzulinin Məcnundan da artıq, böyük Məcnun olmasına. demək istəyirəm ki, burada söhbət məcnun-dəli yozumu yox, məhz Məcnun, yəni aşiq, sevdalı olan birisindən gedir. Həmin o Məcnun da sevənlərin, sevgilərin əlçatmazıdı. Necə ki, Leyli zərif cinsin sevən sevginin qurbanı olan inanc yeridisə, Məcnun da bütün dövrlərdə öz zirvəsinə yüksələ bilmiş sevgi Tanrısıdır mənimçün. Amma mənim həmin sevgi Tanrım Füzulinin qələmiylə mənə sevdirildiyi kimi, Füzulinin özünün sevə-sevə tanrılaşdırdığı sonda da bununla barışmayıb özünü onun kölgəsindən daha yüksəyə qaldırmasıdır - bütün o məcnunluğun ifadəsi, təntənəsi. Yəni mən bir oxucu olaraq Kamal Abdullanın təqdimatında dərk etdim ki, Füzuli son məqama qədər Məcnunla ya yanaşı dayanır, ya özü Məcnunu kənardan izləyir. Yalnız Məcnin Leylinin anası vasitəsilə göndərdiyi məktubu oxuyub ona qovuşmaq üçün Ölümü seçib qəbul edəndən sonra Füzuli bir şair kimi sanki silkələnir. Hiss edir ki, Məcnun onu üstələdi, özünü sevgisinə qurban verdi. Leyliyə qovuşmaq üçün ölüm ona vüsal yolu oldu. Bax, burda Füzuli dözmür. Özünü artıq Məcnunu yaradan, idarə edən, təqdim edən müəllif hüququndan istifadə edərək vurğulayır ki, "Məndə Məcnunda füzun aşiqlik istedadı var”! ardınca da vurğulayır ki, aşiq elə mənim özüməm, Məcnunun isə adı var. Deməli, Füzuli bu etirafıyla həm müəllif hüququnu qorumuş olur, həm özünün bir sevdalı qısqanclığını dilə gətirir. Oxucunun Məcnuna olan sevgisini özünə yönəldir, diqqəti özünə çəkir.

 

Bu yerdə yadıma Kamal müəllimin həmin essenin əvvəlində dediyi "Füzuli paradoksuqədim yunanlardan gələn özü yunan olan Enimendisin bir fikrini salır. Bu yunan alimi vurğulayırdı ki, bütün yunanlar yalançıdır”. Əslində burda müəyyən mənada təhqir var, həqarət var, düşünməli məqam da. Ona görə ki, fikri səsləndirən milliyyətcə, əslən yunandı. Əgər bu onu dilə gətirirsə, deməli, yalanla həqiqəti üz-üzə qoyur, qarşılaşdırır. Bu, mümkün olmayan bir gerçəklikdi. Yəni bir millət bütünlüklə yalançı ola bilmədiyi kimi, bir millət bütünlüklə dürüst ola bilməz. Bax, paradoks da burdan ortaya çıxır. Fikri dinləyən düşünməyə məcbur olur. Doğrudanmı, bütün yunanlar yalançıdır yaxud əksinə?

 

Təbii ki, bu sualın özü uzun-uzadı müzakirələr tələb edən, fərqli yanaşmalar ortaya çıxaran bir fikrin sambalını göstərir. Elə Füzuli məhz "İnanma, şair sözü yalandırdeyəndə yaxud da "Məndə Məcnundan füzun aşiqlik istedadı var, söyləyəndə həmin o paradoksu o qədər incə bir şəkildə bizə təqdim edəndə istər-istəməz hamı sualın ətrafında birləşir düşünür. Doğrudanmı, Füzuli kimi nəhəng bir şair bu fikri deyir bütün şairlərin sözünü yalana yozur. yaxud özünü Məcnundan üstün tutur?

 

Bəli, mən Kamal Abdullanın "Mənim Füzulimkitabındakı son esseni dərk etdiyim səviyyədə həzm edərək bütövlükdə bu qənaətə gəldim ki, böyük sevgi maraqla mütaliə etdiyim əsər mənə Füzulini bir daha tanıtdı. Onun bilmədiyim bəzən barəsində düşünmədiyim elə çalarlarını, elə qatlarını açıb göstərdi ki, bunun üçün ancaq ancaq müəllifə minnətdar oldum.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2020.- 21 aprel.- S.5.