Labirint... Minotavr...
Ariadnanın yumağı...
- İradə TUNCAY yazır
Birinci şəkil
Olimpin döşündə
Zevsin iqamətgahı.
Sarayda Olimpiya sakitliyi hökm sürür. Zevs qarşısındakı daşlarda
gündəlik xəbərləri
oxuyur. Birdən nəyisə xatırlayır:
- Dedal layihəni
gətirdi?
(Sükut)
- Niyə cavab
vermirsiz? Ona tapşırıq vermişdim.
- Tanrılar Tanrısı (nə deyirlər Zevsə bilmirəm -müəllifdən),
Dedalın bir narahat oğlu var. Başı ona qarışıb.
- Mən neynim?
Hirslənərəm onun
oğlunu da çevirərəm Tsiklopa.
Ya da nə
bilim... Nəyə çevirim?
- Əlahəzrət, siz onu nəyə
çevirsəniz də
narahat olacaq. Yaxşısı
budur elə tanrı qalsın... Belə ayıb olar rəiyyətdən.
- Rəiyyəti düşünüb
edirəm də... Krit çarına Afinadan 7 oğlan, 7 qız göndərirlər . Onun da baş bəlası
bir oğulluğu var.
Adamyeyən. Rahat
yeməsi üçün
bir zirzəmi lazımdı... Dedal tikməliydi. Axtarın tapın onu.
... Xəbərlərdə də mənə
tərifi yetərincə
yazmayıblar.
***
İkinci
şəkil
Krit adası. Minosun sarayı.
(Minos – Zevsin nigahdan
kənar oğlu. Avropanı oğurlayıb
və bu oğurluğun nəticəsi
Minosdu. Avropa ərazi adı
deyil bu halda. Qədim yunan mifologiyasında
Avropa Finikiya çarı Aqenorun Zevs tərəfindən oğurlanıb Krit adasına aparılmış
qızıdır. Həmin bu
oğurlanma süjeti bir çox məşhur rəssamların
yaradıcılığında istifadə olunub. Və təbii ki, Minosun istəkləri Zevsə doğmadır.
Afinadan göndərilən gənc
insanlar da qurban verilirdi. Kimə? Deyim də...
Dəniz
tanrısı Poseydon Minosa yaraşıqlı buğa hədiyyə göndərir. Qurban kəsilmək
üçün. Minos
Poseydonu aldatmaq istəyir və buğanı dəyişir.
Poseydonu haa... Tanrını haa... O da qəzəblənib Minosun
arvadı Pasifayanın
ürəyinə buğaya
ehtiras göndərir.
Vəssalam. Pasifaya buğadan övlad
dünyaya gətirir.
Və bu övlad Minotavr
adlanır. Yarı insan-yarı
buğa. Adam yeyirmiş. Hər ilin müəyyən
günlərində yemək
üçün 7 oğlan,
7 qız göndərirlər
Minotavra. İndi Afina camaatı buna etiraz edir.
Şəhəri narazılıq bürüyüb.
Amma Tanrılar Tanrısı oğlunu da pis vəziyyətdə qoymaq istəmədiyindən Dedaldan
gizli bunkerin tikilməyin xahiş edib. Dedal haqqında nəsə
bilirsiz? Bizim dildə
desək, öz dövrünün mahir ixtiraçısı, mühəndisi
imiş. Hakim elitanın qızlarının
şıltaqlıqlarına xidmət edirmiş. Amma sonra o da qəzəbə gəlir, qaçır və Kritdə Minos himayə edir onu. Dedalı ilk aeronavt hesab eləmək də olar. Oğlu İkarla Günəşə
uçmaq istəyiblər.
)
- Dedal, o tapşırığın
aqibəti nə oldu?
- Minos həzrətləri, hazırdı
demək olar. Ariadna xanıma da göstərmişəm
layihəni. Labirint adlanır.
- Labirint? İkibaşlı balta?
- Belə də demək olar. Amma həm də dolanbac, dolaşıq, yolu tapılmayan bir yer. Ölüm yeri. Elə balta kimi...
- Ariadna bəyənibsə,
əminəm yaxşı
balta olacaq.
- Biz danışdıq onunla. Bu günlərdə Afinadan gələn qurbanları ora atacağıq. Minotavr rahat
olsun. Ariadna qardaşını çox
sevir... Adam yesə də... Labirintdən çıxış yolunu da ancaq ona anlatdım. Ariadna bilir.
***
İnsanlar balaca bir cəmiyyət
formalaşdıran kimi
özlərinə lider
axtarırlar. Ya da bir tapınaq.
Nümunə. Kiməsə oxşamaq, kimdənsə
imdad diləmək arzusu var insan
oğlunun içində.
Fərq eləməz necə oldu, necə gəldi - qalibləri mühakimə eləmirlər
axı. Əsas odu ki, bir
nəfər tapıb ona sitayiş edəsən (ola
bilər ki, bu sitayiş obyektini sabah ayaqlar altında əzərsən də). Bu gün varmı?
Off, nə gözəl
rahat yatmaq da olar, səhər dinc yaşamaq da olar - obraz var...
Yunan mifologiyasından gəlir söz - HERO... İndi bunun
ətrafında fırlanım
bir az. HERO tapmışkən...
Kimdi bu axı? Niyə lazımdı insanlara?
Tanrı
yaratdıqları kimi
onu da yaradıb başına dönürlər.
Sən demə, bunun əsası varmış
- mifologiyaya görə,
HERO - yəni qəhrəmanlar
tanrıların yerdəki
fanilərlə sevgisindən
doğulan insanlardı
(sevgi məsələsi
var hər halda). Tanrılar ölməzdi, amma
onlardan doğulanların
belə imtiyazı yox. Miflərdə Ölməz valideynin
fani övladına əbədi həyat vermə cəhdləri süjet kimi keçir. Fetida oğlu Axillesi
yeraltı Stiks çayında çimdirir,
dabanına su dəymədiyindən zəif
yeri qalır. Axillesin dabanı. Məşhur Troya müharibəsi
- burda da Fetida hər vəchlə oğluna yardım etməyə çalışır,
hətta Olimpdəki bütün əlaqələrindən
(indiki dillə desək) də istifadə edir. Döyüşün yunanlar
üçün uğurlu
olmasını Zevsdən
xahiş edir (Burda da tanışlıq və əlaqə faktorları var gördüyünü kimi ). Amma əlahəzrət
Təsadüf və ya Zərurət işə qarışıb
artıq. Daban zəifdi.
Məşhur döyüş və
Axilles həlak olur (dabanından aldığı yara öldürür) döyüşdə.
İlahə Fetida oğlunu
ölümsüz edə
bilmir. Ya da belə yanaşsaq,
bəlkə edir ölümsüz. Neçə əsrdi insanlar bu əfsanəni yaşadırlar. Axillesin öldüyü
gün olmayıb məncə. Fetida istəyinə
çatıb. Fiziki
ölümlər çox
adidi... Heroizm insanı əbədiləşdirən
bir məfhum... Deməli, fani (sözün bütün çalarlarında)
insanların əbədiyyət
arzularına bir cığırdı qəhrəman.
Antik ədəbiyyat
bu obrazlarla çox zəngindi. Homerin"İliada"və"Odisseya"sı ilk baxışda satrapların, çarların
tarixini əks etdirsə də, eposun əsas qəhrəmanları yenə
elə Qəhrəmanlardı.
Maraqlıdı eləmi, əsərlərdə,
hadisələrdə, gündəmdə
də əsas fiqurlara qəhrəman deyirlər. Şah, çar, xan,
lider-filan yox, elə Qəhrəman.
Bütün dillərdə belədi,
deməli, insan təfəkküründə öndə
gələn obraz budu. Bəlkə də insanlar
Qəhrəmanı Tanrıya
bərabər tutduqlarından
bütün möcüzələri,
qeyri-adilikləri onlardan
gözləyirlər Hökmdarlardan
yox, Qəhrəmanlardan,
Heraklından tutmuş
Teseyinə qədər.
Antik yunan mifləri öz yerini Roma reallıqlarına verəndə
də eyni mənzərə görünür.
***
Tesey Afinadan qurban gələn 14 gəncdən biridir. Ariadna xanədan
mənsublarından biri.
Bir sözünü iki eləyən olmayıb indiyə qədər.
Nə istəsə onun olub... Və təbii
bu hal darıxmaq
yaradır, adrenalin çatışmır
həyatında. Qəhrəman lazımdı ona. Teseyi seçir və çar atasını, adamyeyən
qardaşını unudur...
Tesey onu bu yeknəsəklikdən qurtaracaq... güman edir... Amma əvvəlcə Ariadna onu Labirintdən
çıxarmalıdı. Bunu isə Dedal öyrədib ona. Qarışqaya sap bağlayıb
yuvanın bir tərəfindən o biri tərəfinə sapla gedib. Labirintin dolanbacından bir yumaq iplə çıxmaq olar....
Və zaman gələndə Labirintdəki
gənclər Ariadnanın
yumağıyla qurtulurlar.
***
Labirint...
Minotavr... Ariadnanın
yumağı... Labirint hər
zaman mövcuddur.
Minotavr(lar) da həmçinin. Qalır Ariadnanın yumağı.
Axtarmaq lazımdı. Həm də
xanədan mənsublarının
içindən. Olimpdə
tanrılar da orda darıxırlar və yerə enirlər zaman-zaman .
Və bu enişlərdən yeni yarım insan, yarım tanrılar doğulur... Seçim
var...
***
Baxıram və anlamıram, niyə belə həşirdi. Qəhr olsun... sakitləşin bir az, cənablar. Ayın yeri Günəşlə tərs düşməyib,
okeanlar gölə sığdırılmayıb, göydən
yerə bircə alma da düşməyib. Hər şey öz axarında, hər zaman necəydisə elə gedir. Yanan yanır, dağılan dağılır,
artan artır, yıxılanın da vaxtı
gələndə yıxılır...
Zatən,
başqa cür gördüyümüz olmuşmuydu?
Qəhr olsun... Zəif yerlər var bu olayda – bitməmiş
müharibə və formalaşmamış insan
cəmiyyəti. Axillesin
dabanı... Uzaqdakılar yaxınlaşdı və bu anda
insanlar arzuladıqları
yaxınların nə
qədər əlçatmaz
olduğun dərk etdilər elə bil. İnsanlar yeni qəhrəmanları
müzakirə edirlər.
Fərq eləməz bu qəhrəmanlar müsbətdi,
ya mənfi. Amma müzakirə konusu var yenə...
Göstərilənlər görünən
olmadı... İnam yoxdu... Yalan isə...
İradə TUNCAY yazır
Ədalət.- 2020.-
25 aprel.- S.1;3