Şüşə qəsr - Şahnaz Şahin yazır
Çox sevirəm
film seyr etməyi, amma gərək zövqümü
oxşamaqla yanaşı
həm də bir az real
hadisələrdən qaynaqlana.
Həm də bu qədər internetə açıq olduğumuz dövrdə filmi televiziyadan seyr etməyi xoşlayıram... Bu dəfə ekran qabağında yerimi rahatlayıb lazımı kanalın düymənsini
basıram və səyahətim başlayır...
....Şüşə qəsr..! Filmin adı belədi, hə, bir şakərim
də var, uzağı bir neçə dəqiqə
bəs edir mənə, ya seyrə davam ya da tamam
deyəm... Elə ilk dəqiqələrdən
bu film məni
özünə çəkir
və ...başladıq..
Həyatda hamı
arzularla yaşayır,
adi məişət çatışmazlığından tutmuş ta mümkünsüz olana-göydən
ulduz qoparmağa qədər.. Hə deyəcəksiz nə var ki, burda,
arzudu də, pulla, para ilə
deyil ki...Olar yaxşı, olmaz da olmasın.
Filmin qəhrəmanı
bir çoxuşaqlı
ailədir. Kasıb yaşayan bu ailədə ağıllı,
tərbiyəli uşaqlar
böyüyür. Onlar
ailə büdcəsini
bilir və buna görə də addım atırlar. Uşaqdırlar,
heç olmasa ad günlərindəsə
sevinmək, hədiyyə
almaq istəyirlər,
amma buna imkanmı var..! Ailənin başçısının
içki aludəçisi
olması uşaqların
ən xırda istəklərini də ürəklərində qoyur.
Həmin gecə o, göydə ulduzlar yanmağa başlayanda qızını da götürüb həyətə
çıxır , göy
çəmən üstə
uzanıb birlikdə səmanı seyr edir, ulduzlar haqqında bilgilər verir və :
"Bax qızım, hansını istəyirsənsə
seç götür..Uşaq ağlına sığışmır axı,
necə götürsün..,ata isə əlavə
izahat verib tələsdirir ki, tez götür,yoxsa kimsə səni qabaqlaya bilər !..” Hələ seçimə kömək
də edir, ”bax məncə bu daha gözəl
və parlaqdır, bunu götür”...
Amma atanın
gələcək üçün
bəzi planları da var, o, şüşə
qəsr tikmək arzusundadır, amma...Qızlar beləcə göydən ulduz dərə-dərə böyüyürlər..
Amma içdən bir nisgil var
hər birində, çünki nəinki şüşə qəsr
tikə biliblər, heç ev-məişət
şəraitlərini də
yaxşılaşdıra bilməyiblər!
Qızlar artıq valideynlərdən kömək
gözləmir, özləri
həddi-büluğa çatıb
həyatlarını dəyişdirməyi
düşünürlər... Uzan müddət köçəri həyat
keçirdiklərindən uşaqlar
məktəbə belə
getməyiblər. Ona görə də əvvəlcə təhsil
almağa, sonra müəyyən pul vəsaiti toplayıb evdən getməyə qərar verirlər. Böyük qızda bu uğurla alınır, imkanlı bir gənc oğlanla
tanış olub evdən gedir, işə başlayır və ailə qurur. Ortancıl qız da özü
üçün pul yığır və xəlvət bir yerdə gizlədir. Onun da istəyi
lazım olan məbləği toplayanda
evdən getməkdir. Amma bir gün..
, pul ilə bərabər həm də arzuları oğurlanan qızı ağlamaq tutur . Atasının sərxoş
halda otağa daxil olaraq , son ümidlərinin də puç olduğuna ağlayan qızını ələ
salması pulun yerini bəlli edir...Göz yaşlarını silən
qız bu anda daha güclü
görünür :”Sən,
məni saxlaya bilməyəcəksən, ata,
mən onsuz da gedəcəm!” deyir. ..
Fikrim filmi
başdan ayağa sizə danışmaq deyil,amma bəzi detalları deməsəm olmaz. ..Böyük
qızın toyuna gələn valideynləri
kürəkənlərinin imkanlı olduğunu bilib qızlarından böyük bir məbləğ istəyirlər.
Ömrünün ən
xoş günündə
valideynlərinin istəyi
onu pərt edir, arada yaşanan
gərginliyi yenib onlara pul verir,
amma toya buraxmır və bütün gələcək
əlaqələrini kəsir !
Amma zaman
keçir,ata xəstələnir,ana
yenidən qızına
üz tutur...Bu zaman qızı
artıq cəmiyyətdə
yeri olan, tanınan bir şəxsdir, anası ilə söbəti qısa olur :”Nə qədər?!” deyə soruşur.. , xəstə atasını
yoluxmaqdan isə imtina edir...Amma sonradan fikrini
dəyişir, bütün
uşaqlıq xatirələrini
ələk-vələk edib
ordan atasına aid bəzi kövrək
anlar tapır, xüsusən ad günü hədiyyəsi
olaraq atasının göydən dərdiyi ulduzları dönə-dönə
xatırlayır və
göz yaşlarını tuta bilmir...
... Şüşə qəsr tikə bilməsələr də
ailə güc tapıb sonda bir yerə yığıla
bilir, ata ilə qızın son görüşü isə olduqca həyəcanlı və təsirlidir...
...Filmin bir
mesajı da var , o da ailənin
şüşədən olması
anlamına gəlir və onu sınmaqdan
qorumağın yolları
göstərilir. Filmdə
əsasən qərb adət-ənənəsi üzərində
qurulsa da ümumi bölüşəcək
məsələlər çoxdur.
Ailə dəyərləri
milli-mənəvi dəyərlərin
tərkib hissəsidir,
insan mənəviyyatının
formalaşmasında sosial-mənəvi
mühit necə vacibdirsə, ailə dəyərləri də
o qədər əhəmiyyətlidir.
Qadın və kişi ailənin sütunlarıdır, ortada
qarşılıqlı sevgi,
hörmət, əfv,
diqqət və qayğı olanda ailə dayaqları möhkəmlənir. Uşaqların
doğulması normal ailənin bağlarını
bir az da
möhkəmləndirir. Ailə
daxilində ər və arvadın hər birinin üzərinə müəyyən
vəzifə düşür.
Uşaqların böyüməsi,
təhsili, sağlamlığı
üçün hər
iki valideyn məsuliyyət daşıyır.
Bu gün ailə məsuliyyətini
anlamadan,sadəcə hisslərə
aldanıb evlənənlər
çoxdur. Nəticələr
isə acınacaqlıdır.
Bizim ailə cəmiyyətində böyük
sözü, nəsihəti
də əsas tutulur. Yaş artdıqca təcrübə
də artır, çox təəssüf
ki, bir çox
ailələrdə yersiz
konfliktlərin baş
verməsi də qaçılmazdır.. Ailədə
övladlara fikir azadlığı, sərbəstlik
verilməsi, özünü
ifadə üçün
şərait yaradılması
şəxsiyyətin formalaşmasında
aparıcı xətlərdəndir.
Valideyn özü övladına yaxşı mənada canlı örnək olmalı, üzərində
nəzarəti də özünə bildirmədən,
yumşaq şəkildə
, sanki hiss olunmayan kölgə kimi həyata keçirməlidir. Əslində
Azərbaycan ailəsində
"hər şey övlad üçün”
prinsipi götürülür
ki, bu da
hədsiz sevgidən doğur. Amma sevgi kor
olmaya gərək, əks halda fəsadı ağır olur... Bir sözlə
ailə elə şüşədəndir ki,var!..Qalır onu xarici mənfi təsirlərlə yanaşı,
daxildən də qorumaq.! Məncə elə ən vacibi də bu ikincisidir...
Bir tikə
sevgidi
sahibsiz pişiyə
verdiyim çörək...
Xəstə köpəyin
boğazına qoyduğum kompresdi
ən böyük
savabım..
Sevindirə bildiyim
bir yetim
uşaqdı xoşbəxtlik..
Vəssalam..bax
belə!..
Şahnaz Şahin yazır
Ədalət.- 2020.-
28 aprel.- S.6.