"Şuşa" xəyalım...
Durub gedəsən
birbaş Yevlaxa,
Oradan Bərdəyə.
Bərdə avtovağzalında qulağına
Taksi sürücülərinin
qarışıq səsi
gələ:
- Ağdama bir
nəfər, Ağdama...
- Xocalı, Xocalı..
Gedən var Xocalıya?
- Ağcabədiyə yer qalmadı ha...
- Tərtərə on manat adama...
- ...
Bu səs-küydən yox,
Həyəcandan hava gələ başına.
Heç
kimə və heç nəyə baxmadan
Qaçıb əyləşəsən
Ağdama gedən maşına.
Ahın
köksünü deşə,
Ürəyin çıxa yerindən.
Yol haqqını qabaqcadan verəsən
Tələsdiyindən...
Yol boyu heç yana baxmayasan
-
Nə dağ-daş,
Nə də bir ağac
görəsən...
İçin özündən qabaq
yetişə
Ağdamdakı "Cay evi”nin qarşısına.
Çat-çat ola dodaqların
Yadına
çay düşməyə,
Unudasan yeməyi
də.
Unudasan
Sürücüyə "sağ ol" deməyi də.
Düşüb yüyürəsən
Bir az aralıdakı
boş taksiyə tərəf...
Gözün dola...
Dodağın əsə...
Boğa
səni qəhər...
Özünü toparlayıb birtəhər
Salam-kalamsız
Titrək
səslə soruşasan:
- Şu...şa...ya apararsız?..
lman Tovuz
Ədalət.- 2020.-
30 aprel.- S.1.