Heydər Əliyev Fondu nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da humanist ideyalarını gerçəkləşdirir

 

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:

 

- Jalə xanım, bildiyimiz kimi, Heydər Əliyev Fondu humanitar layihələrinin miqyasını genişləndirir. Bu layihələrin əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanın ictimai, sosial, mədəni həyatında önəmli rola malik olan artıq tarixə çevrilən-16 illik uğurlu fəaliyyətini geridə qoyan Heydər Əliyev Fondu qurum olaraq humanitar layihələrinin miqyasını genişləndirir. Fond səhiyyə, mədəniyyət, təhsil, sosial sahələrdə bir sıra layihələri reallaşdırır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədini həyata keçirən Fond nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da humanist ideyalarını gerçəkləşdirir.

Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə - Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə ABŞ-da nümayəndəliklər yaratmaqla Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə nail oldu. Bütün bunlar Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməli fəaliyyətində özünü təsdiqləyir. Onun bu genişmiqyaslı layihələri təkcə Azərbaycanda deyil, dünya miqyasında yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva dünya miqyasında maraq doğura biləcək, beynəlxalq mahiyyət daşıyan layihələrinə imza atır. Onun təşəbbüsü ilə dünya ölkələrində silsilə humanitar tədbirlər həyata keçirilib. Əbəs yerə deyil ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun Xoşməramlı səfiri adını daşıyır.

- Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin sırasında təhsil sahəsi mühüm yer tutur. Bu barədə deyə bilərsiniz?

- Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram layihələri uğurla icra olunur. Təhsil sistemini təkmilləşdirmək onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi iləYeniləşən Azərbaycana yeni məktəbProqramı təhsil sahəsində saysız-hesabsız nailiyyətlərə gətirib çıxarıb. Heç təsadüfi deyil ki, Fondun təşəbbüslərinə hər zaman dövlət tərəfindən yaxından dəstək verilib, ümumilikdə, son 16 il ərzində 3 min 200-dən çox məktəb tikilib, təmir edilib bu istiqamətdə işlər bu gün uğurla davam etdirilməkdədir. Bunlar heç adi məktəb tikintisi ya bərpası deyil, bunlar həm Azərbaycan təhsilinin inkişafı, gələcəyidir, böyüməkdə olan bizdən sonra gələn, gələcək nəsillərin, gələcək davamçıların parlaq, işıqlı sabahıdır. Çünki təhsil olmadan inkişaf mümkün deyil, təhsilsiz cəmiyyətin gələcəyi yoxdur. Çox sevindirici mütərəqqi haldır ki, fəaliyyətinin elə ilk günlərindən Heydər Əliyev Fondu Fondun yaradıcısı, qurucusu Mehriban xanım məhz bu istiqaməti-Azərbaycan təhsilinin inkişafını başlıca hədəflərdən, prioritetlərdən biri olaraq, seçib, müəyyənləşdirib. Uğurlu nəticələr göz qarşısındadır.

Ümumiyyətlə, bu istiqamətdə gerçəkləşdirilənTəhsilə dəstəklayihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə həyata keçirilir. Fondun layihələri çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblərin sayı günü-gündən artır. Elmə, təhsilə göstərdiyi diqqətin nəticəsidir ki, fondun təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada Rumıniyada məktəblər tikilib ya təmir edilib. O cümlədən Leql şəhərindəki musiqi məktəbinin zalı, Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmir olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya Herseqovinanın paytaxtı Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar gənclər üçün mərkəz istifadəyə verilib. Bu görülən işləri sadalamaqla bitmir. Həmin müəssisələr Avropa standartlarına uyğun bir şəkildə təşkil olunub.

- Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin təbliği istiqamətində genişmiqyaslı fəaliyyəti xüsusi vurğulanmalıdır...

- Bəli, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği ilə yanaşı, elm təhsilin inkişafını təmin edən layihələrini reallaşdıraraq, bəşəri ideyalara söykəndiyini beynəlxalq aləmə əməlləri ilə bəyan edir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib. Mehriban xanım Əliyeva öz fəaliyyətində bu strateji istiqamətlərdə möhtəşəm layihələri uğurla davam etdirir. İstər ictimai-humanitar fəaliyyətində, istərsə siyasi-dövlət həyatındakı fəaliyyətində Mehriban xanım çox uğurlara imza atıb, elə bir sahə, elə bir məsələ yoxdur ki, orada birinci xanımın xətti, imzası olmasın. Öz titanik yorulmaz fəaliyyəti ilə Mehriban xanım nəinki Azərbaycan xalqının, bütövlükdə dünyanın sülpərvər, tərəqqipərvər insanlarının sevimlisinə, rəhmə, mərhəmətə, şəfqətə ehtiyacı olan insanların həmdərdinə, könül sirdaşına, himayədarına çevrilib. O, bu gün dünyanın rəhm, mərhəmət şəfqət simvollarından biridir bu, Mehriban xanımın timsalında bizim, bütün Azərbaycan xalqının uğuru, baş ucalığıdır. Hər birimiz fəxr iftixar hissi keçiririk, dünyaya, bəşəriyyətə nəhənglər, böyük zəkalar, dühalar bəxş edən Azərbaycan xalqının belə bir övladı, qızı var. Bu, həm varislik ənənəsinin davamı, davam etdirilməsidir. Bu, kökdən, ruhdan gələn bir məsələdir. Atalar məsəlində deyildiyi kimi, ot kökü üstə bitər.

Bəli, Mehriban xanım əsrlərdən, qərinələrdən gələn, bizlərə ərməğan edilən ənənələrimizin, ruh dünyamızın yaşadıcısı, davamçısı, qoruyucusu, himayəçisi, cəfakeşi, fədakarıdır. O, həm Ulu Öndərimizin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin ən böyük, ən yaxın silahdaşı, çiyindaşı, ömür-gün, yol yoldaşıdır. hər ikisi birlikdə Azərbaycan dövləti, Azərbaycan xalqı naminə böyük fədakarlıqlara imza atmaqdadır. Bugünkü inkişaf, tərəqqi edən, çiçəklənən Azərbaycan məhz onların birgə şah əsəridir.

Avqustun 26-sı Mehriban xanımın doğum günüdür. Bu əziz əlamətdar gündə ona Azərbaycan naminə fəaliyyətində növbəti uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Arzu edirik ki, Mehriban xanımın da yaxından iştirakı ilə tezliklə Azərbaycanın ərazi büyövlüyün, suverenliyinin bərpa edilməsinə, Qarabağda, digər işğal altındakı yurd yerlərində üçrəngli bayrağımızıən dalğalandırılmasına, Qələbə, Zəfər marşlarının çalınmasına nail olaq. Bu, təkcə arzu, niyyət deyil, bu, həm uzaq olmayan gerçəklik, reallıqdır. Tovuz hadisələri göstərdi ki, Qələbə, Zəfər günü uzaqda deyil. Biz Ali Baş Komandanımız onun ən yaxın, ən sadiq silhadaşı Mehriban xanımla birlikdə o günü görəcəyik, o günün əbədi sevincini yaşayacağıq. Buna inanmayanlar isə bizlərdən, Azərbaycan xalqından deyil.

Hamımız, bütün Azərbaycan xalqı bunu gözləyir, buna qəti əminliklə, tərəddüdsüz inanır. Həm Ali Baş Komandanın, həm birinci xanımın daim ucadan, ürəkdən şövqlə dediyi kimi, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!

Əziz hörmətli Mehriban xanım, bir daha Sizi doğum gününüz münasibətilə təbrik edirik! Özü nəinki bizlər, bu gün Azərbaycanda onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını təşəkkürlərini çatdırır. Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!

 

İki sahil.- 2020.- 27 avqust.- S.15.