Azərbaycanın enerji ixracı potensialı ildən-ilə
artır
Ümumdünya
İqtisadi Forumunun hesabatında
Azərbaycanın elektrik enerjisinin əlçatanlıq
indeksinə görə dünyada ikinci yerdə olması enerji
sektorunda aparılan kompleks tədbirlərin nəticəsidir
İqtisadiyyatın
bütün sahələrində,
məişətimizdə elə bir sahə yoxdur
ki, orada enerjidən istifadə olunmasın. Buna görə də iqtisadi inkişafın sütunu adlandırılan enerji ilə təchizat məsələsi daim gündəlikdə duran aktual məsələdir. Müstəqillik illərində həyata keçirilən layihələrin
tətbiqi ilə respublikamızın ən
ucqar bölgələri belə
fasiləsiz enerji ilə təchiz olunub.
Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına
və qarşıda
duran vəzifələrə
həsr olunan iclasında bütün sahələr kimi, enerji təhlükəsizliyinin
təminatı istiqamətində
aparılan islahatlardan, həyata keçirilən layihələrdən də söz açıldı, mövcud
vəziyyət
barədə ətraflı danışıldı. İclasda
ölkənin enerji sektorundakı dəyişikliklərlə
bağlı
görülən işləri
dəyərləndirən Prezident İlham Əliyev onu da vurğuladı
ki, biz əvvəlki
illərdə
ancaq neft yanacağı ixrac edirdik. Neft, qaz, elektrik enerjisi
ixrac etmirdik: «Biz son illər ərzində ölkəmizin enerji təhlükəsizliyini təmin
etdik və bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir
ki, neft, qaz, deməli yanacaq və elektrik enejisini ixrac edir.»
Enerji sektorunda genişmiqyaslı layihələr
həyata keçirilsə
də bu sahə yenilik, aktuallıq, diqqət tələb edən vacib strukturdur. Ölkəmizdə enerji potensialının daxili tələbatı ödəyə
biləcək səviyyədə
olmasına baxmayaraq, bu sahədə nəzərdə
tutulan layihələr davam etdirilir, köhnə stansiyalar yenidən, müasir tələblərə
uyğun qurulur, əlavə bloklar işə salınır. Ötən illərdə Mingəçevir
İstilik Elektrik Stansiyasının
bəzi qurğularında baş verən qəzanın yaratdığı
çətinliklər aradan qaldırıldıqdan,
aparılan yenidənqurmadan sonra 2400 meqavat gücündə olan
stansiyada 800 meqavat həcmində itirilmiş güclərin bərpa olunması enerji ilə təchizatda əlavə imkanlar yaratdı. Son günlərdə
enerji sisteminin daha da təkmilləşdirilməsi
naminə görülən
işlər təchizatda
əlavə ehtiyat mənbəyi yaradılması
baxımından böyük əhəmiyyətə
malikdir.
330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün
mühüm əhəmiyyətə
malik 330/220/110 kilovoltluq
«Qobu»” yarımstansiyasının
inşası ilə ölkədə
enerji ilə təminat daha da yaxşılaşdırılacaq.
Generasiya
mənbəyi
kimi mühüm əhəmiyyətə
malik, 385 meqavat gücündə «Qobu”» Elektrik Stansiyasının
tikintisinin başa
çatdırılması isə yaxın illərdə respublikada fəaliyyətə
başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin,
o cümlədən Ələt
qəsəbəsinin yaxınlığında yaradılacaq
Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq.
Stansiyasının təməlqoyma mərasimində
iştirak edən Prezident İlham Əliyevə bildirildi ki, «Qobu»” Enerji
layihəsi, «Qobu”» Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı
aradan qaldırmaqla Bakı şəhərinin,
Abşeron yarımadasının
elektrik enerjisi ilə təchizatının
dayanıqlılığını və etibarlılığını
maksimum səviyyədə
təmin edəcək. İstifadəyə verildikdən
sonra bu qurğularda 120-dən artıq
insanın işlə
təminatı
dövlət siyasətinin
əsas istiqamətlərindən
olan məşğulluğun
artırılmasına töhfə
verəcək.
2022-ci ilin əvvəlində
tam istifadəyə veriləcəyi planlaşdırılan
bu stansiya ölkəmizin enerji potensialının gücləndirilməsi
istiqamətində atılan çox önəmli addımdır və əhəmiyyəti
ilə seçiləcək.
«Bütövlükdə bu
stansiyanın çox
böyük əhəmiyyəti
var. Çünki bu stansiyanın timsalında biz müasir Azərbaycanın
ümumi inkişafını
görürük. Burada
ən müasir texnologiyalar tətbiq ediləcəkdir. Dünyanın
aparıcı şirkətləri
bizimlə bərabər
bu stansiyanın inşasında iştirak edəcəkdir. Eyni zamanda, çox güclü beynəlxalq nəzarət olacaq» söyləyən Prezident
İlham Əliyevin vurğuladığı kimi,
bütün beynəlxalq
ekoloji standartlara tam cavab verən
stansiya enerji itkilərini də azaldacaq.
Bəllidir
ki, ümumi inkişafı sürətləndirən yeni
generasiya güclərinin
yaradılması, enerji
sisteminin müasirləşdirilməsi
infrastruktur layihələrinin
əsas istiqamətlərindəndir.
Bu günədək həyata keçirilən
regionların sosial-iqtisadi
inkişafı Dövlət
proqramlarında
ölkənin enerji
ilə təchizatına
xüsusi diqqət yetirilməsi bütünlükdə
iqtisadiyyatın
qüdrətlənməsinə yönələn
siyasətdir. Son illərdə ölkəmizdə
yüksək gücə
malik 30-dan çox elektrik stansiyası inşa olunub. «Sumqayıt»” Elektrik Stansiyası, «Cənub»”,
«Şimal-2»” stansiyaları , «Səngəçal”»
Elektrik Stansiyası inşa olunmaqla bərabər, respublikamızın müxtəlif
yerlərində generasiya
gücü təxminən
90 meqavat olan modul tipli beş
stansiya tikilmişdir.
«Məhz elektroenergetika
sahəsinə göstərilən
diqqət və ayrılan dövlət sərmayəsi imkan verdi ki, bu
gün biz öz tələbatımızı
tam şəkildə ödəyirik. Eyni zamanda, bizdə güclü ixrac potensialı yaranmışdır.
Daxili tələbatımızın artmasına
baxmayaraq, bizim ixrac potensialımız ildən-ilə artır» söyləyən dövlət
başçımızın vurğuladığı kimi,
müasir texnologiyaların
tətbiqi nəticəsində
Azərbaycanda
əlavə generasiya gücləri yaranır, iqtisadiyyatımız, sənayemiz
inkişaf edir.
«Mingəçevir”» İstilik
Elektrik Stansiyasında
və «Cənub»” Elektrik Stansiyasında aparılan təmir işlərini ölkənini enerji ilə təminatına böyük töhfə adlandıran Prezident İlham Əliyev onu da bildirir
ki, təməl daşı qoyulan «Qobu»” Elektrik Stansiyası bütünlükdə ölkəmizin
daxili tələbatını ödəməklə,
ixrac imkanlarımızı
da genişləndirəcək. Sənayedə,
qeyri-neft sektorunda istehsalın həcminin artırılmasını şərtləndirəcək.
«Bax, budur, bugünkü Azərbaycan reallıqları.
Bu, bir daha
onu deməyə əsas verir ki, bundan sonra
da elektrik stansiyalarının tikintisi
və mövcud stansiyaların istismar müddətinin uzadılması
istiqamətində əlavə
addımlar atılmalıdır.
Biz öz enerji potensialımızdan
maksimum istifadə edirik və etməliyik» söyləyən
Prezident İlham Əliyev bütün dünya dövlətlərinin
enerji mənbəyi kimi istifadə etdiyi bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikirlərini də bildirdi. Vurğuladı ki, iki böyük beynəlxalq şirkətlə Günəş
və Külək elektrik stansiyalarının
tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalanması,
bir manat da olsun yerli
vəsait sərf olunmadan Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması
ölkəmizin sabit
gələcəyinə, inkişafına beynəlxalq inamın təzahürüdür. Azərbaycanın
xarici sərmayələr
üçün
böyük potensiala
malik və çox cəlbedici ölkə olması Davos Ümumdünya İqtisadi Forumunun hesabatında da əksini tapır. Hesabatda qeyd olunur ki, Azərbaycan
elektrik enerjisinin əlçatanlıq indeksinə
görə dünyada
ikinci yerdədir. Vaxtı ilə idxaldan asılı olan Azərbaycanın enerji ixracı etməsi, bu uğurun qazanılması aparılan kompleks tədbirlər, genişlənən beynəlxalq
əməkdaşlıq sayəsində
mümkün olmuşdur.
Xuraman İsmayılqızı
İki sahil.- 27 avqust.- S.23