İlahi vaxta doğru
gedirdi… (İstedadlvı şairə Nisəbəyimin
ölümündən təsirlənərək)
XX əsrin sonlarıydı. Dünyanın
çarpaşıq, «iti bazarında atından baha» bir
zamanıydı. Əsrin ziddiyyətləri hələ bitməmişdi,
dünyada dərdlərin sayı bəlkə insanların
sayı qədərdi. Belə bir gündə içi göylər
qədər təmiz, dənizlər kimi təlatümlü
bir şairə üzünü Tanrıya tutdu və dedi:
Bir çiçək ömrünü
qıymadın mənə,
Qıymadın dağların küləyi olum.
Barı, bu torpaqda daş da olmadım,
Elin dar günündə gərəyin olum.
Neynirəm
başıma yığılan qəmi,
Neynirəm qan ilə dolu ürəyi?
Yaxşıdı,
ey Vətən, yaxşıdı məndən
Süfrənin bir qırıq qara çörəyi.
Bu nejə
taledi, bu nejə bəxtdi,
İlahi, səsimi eşidirmisən?
Könlümə
bu qədər azadlıq odu
Özümə bir kölə ömrü vermisən.
Bu
şairə Tanrının ona bəxş elədiyi
ömrün cəfasını çəkə-çəkə
Vaxtın, Zamanın axarında dünyanı dərk etməyə
can atırdı. Dynyanı dərk etməyin
yolu özündən, öz taleyindən başlayırdı.
Öz ürəyindən başlayırdı.
O, Tanrının ona bəxş edəjəyi İlahi Vaxta
qovuşmaq istəyirdi. Könlündəki
azadlıq odu ilə ömrünün, taleyinin
acılıqları arasında amansız mübarizə gedirdi
və get-gedə o, İlahi vaxta doğru uçurdu. Müasir Azərbayjan şeirində sufilik
anlamına gəlib çıxan ilk qadın
yazarlarımızdan biri oldu.
NİSƏ BƏYİM. İndi o, haqq
dünyasındadır. Sabirabadda
yaşayırdı və heç qaynar ədəbi mühitə-Bakıya
köçmək haqda da fikirləşmirdi. Orta məktəbdə müəllimdi.
.XX əsrin sonlarıydı. Sabirabaddan Bakıya, bizim redaksiyaya qəşəng,
sarıbəniz bir qız gəldi. Şeirlərini
o zaman curnalın baş redaktor müavini İsa
İsmayılzadəyə təqdim etdi. Baş
redaktor Yusif Səmədoğlu da hələ sağdı.
Bu iki adam Nisəbəyimin ədəbi
taleyində böyük rol oynadılar. Sonralar etiraf edəcəkdi
ki: «Tale elə gətirdi ki, mənim ədəbiyyata gəlişim
«Azərbaycan» curnalı ilə bağlı oldu. 2000-ci ildə
bu curnalda çap olunmuş ən yaxşı poeziya nümunələrinə
görə İsa İsmayılzadə adına
mükafatın mənə verilməsini
yaradıjılığım üçün ən dəyərli
qiymət hesab edirəm. Mənim poetik
uğurlarımın təməli məhz o vaxtdan-«Azərbaycan»
curnalında ilk dəfə çap olunduğum vaxtdan qoyulub.
Jurnalın baş redaktoru Yusif Səmədoğlu
və redaktor müavini İ.İsmayılzadə
yaradıcılığıma ürək genişliyi, diqqət
və qayğı ilə yanaşaraq, çap olunmağım
üçün həmişə şərait
yaradırdılar».
Nisbəyimin ilk şeirlər kitabı- «Yerə, Göyə,
Tanrıya»- 1997-ci ildə çap olundu. O vaxtdan bəri Nisə Bəyimin
daha on iki kitabı işıq üzü görüb və bu
kitabların hər biri ədəbi aləmdə etinasız
qarşılanmayıb. Bir neçəsinin «Natəvan»
klubunda təqdimatı olub. Amma etiraf edək
ki, hələ Nisə Bəyim adlı bu orijinal, bənzərsiz
şairəmizin poeziyası barədə bu sətirlərin
müəllifinin bir-iki yazısı istisna olmaqla heç bir məqalə,
resenziya ilə qarşılaşmadıq.
«Yerə, Göyə, Tanrıya» şeirlər kitabı
bizim fikrimizcə Nisə Bəyim ədəbiyyata uğurlu gəlişi
oldu. Mən bir oxucu-tənqidçi-ədəbiyyat
adamı kimi bu şeirlər kitabını indi də o
dövr üçün ədəbi hadisə hesab edirəm.
O zaman yazmışdım ki: «O şeirləri ki, sən
yazmısan, o misralar ki, sənin duyğularını ifadə
edir, bunları sənin kimi bir kimsə yaza bilməz». Bu sətirlərdən
sonra Nisə Bəyimlə Xurşudbanu Natəvan arasında
bir doğmalıq axtarmışdım: «Bu nejə taledi, bu nejə
bəxtdt, İlahi, səsimi eşidirmisən? Könlümə
bu qədər azvadlıq odu, özümə bir kölə
ömrü vermisən». Bu elə bir dərddi,
yanğıdı, ağrıdı ki, Məhsətidən, Heyran
xanımdan, Natəvandan üzü bəri yol gəlir və
Nisəbəyimin şair taleyində yaşayırdı..Bir neçə əsr keçib. Dərdin, ağrının rəngi,
çalarları, çevrəsi dəyişsə də,
mahiyyəti, məzmunu dəyişməyib. O dərd, o
ağrı dünyanın ən həssas barometri olan şair
ürəyinə çox asanlıqla yol tapır. İllah da kövrək qadın ürəyinə».
Mənə
ürəyimdən yol verin gedim,
Yarpaqdan, çiçəkdən, daşdan
ayrılım.
Torpaqdan
yol verin, göydən yol verin,
Bahardan, payızdan, qışdan ayrılım.
Gecədən,gündüzdən yol verin mənə,
Yol verin, ruhumu çəkib aparım.
Açıq
gözlərimdən göz yaşlarımı,
Dərdimdən ahımı çəkib aparım.
Mənə
ölümümdən yol verin, göylər,
Ən böyük sədləri uçura bilim.
Ən
çətin sınaqdan yol verin mənə,
Yoxdan var olmağı bajarı bilim.
O zaman biz
bu şeiri Nisə Bəyimin «proqram» şeirlərindən biri
kimi qələmə vermişdik. Sonda qeyd
etmişdik ki, onun şeirlərində ifadə olunan mənəvi
sarsıntılar, qəm, kədər motivləri ancaq və
ancaq şəxsi, subyektiv hallardan irəli gəlmir, həmişə
fərdin əzablarına dünya kədəri qovuşmalıdır,
daha doğrusu, şəxsin iztirablarında dönyanın da nəbzi
döyünməlidir.
Nisə Bəyimin
«İlahi vaxt», «Ulduz səsləri», «Ayla, günlə bərabər»,
«Mənə dünyanı sorma» şeir kitablarında artıq
ilk kitabındakı potensial enercinin gücünü, təsirini
hiss etdik. Yaradıcılığın
yönünü, axarını müəyyənləşdirmək
həmişə şairlər üçün bir qədər
çətin olur. «Yoxdan var olmağı»
arzulayan bir şairin get-gedə var olmağı göz
qabağında idi. Nisə Bəyim istər
öz fərdi duyğularını, istərsə də zaman,
həyat, gerçəklmk və dünya ilə bağlı
hisslərini, düşüncələrini bir spektr ətrafında
birləşdirməyi bajardı. Və
sübut elədi ki, bu dünyada yalnız öz qəminə,
kədərinin içinə sığınmaqla yox, həm də
bir huşyar gözüylə dünyaya boylanmaq da
lazımdır. Sən özünü
dünyada, dünyanı da özündə dərk edəndə
İlahi Vaxta qovuşa öilərsən. Çünki
dünya sirlərlə, möcüzələrlə doludur.
Şair də ona görə bu dünyaya gəlir ki, bu sirlərə,
möcüzələrə vaqif ola bilsin.
VAXT
AXARINDA DÜNYANI DƏRK ETMƏK…
Dünyayla
aramda bir sirr var mənim,
Nə gözdən oxunar, nə dilə gələr.
Kimin
ürəyinə daha yaxındır
Nə mən deyə billəm, nə dünya bilər.
Bu sirr
dolandırır bizi başına,
Hərdən başını da itirir dünya.
Çıxarıb
atıram hərdən başımdan
Hərləyib başıma gətirir dünya.
Dünyanın
ürəyi sirlə doludur,
Taleyin sirridir sevinc də, qəm də.
Hər
şeyi dəyişən vaxtın hökmünə,
Dünyanın gözüylə baxıram mən də.
Öz
ömrünün vaxt axarını tapmağa, onun arxasınja
arzularına qovuşmağa can atan lirik qəhrəman
ağrılarla üzləşir, dərdlər əl çəkmir
ondan. «Vaxt etüdləri», «Vaxt duyğuları», «Vaxt majəraları»,
«Vaxt ağrıları» və b. silsilələr də bu
ovqatlardan üaranır. Çoxçalarlıdır
bu vaxt duyğuları.
Kimsənin
duymayacağı bir həyəcənla,
Oxu
duaların ən gözəlini!
Kimsənin
eşitməyəjəyi bir səslə
Danış
nağılların ən gözəlini!
Kimsənin
bilməyəcəyi bir dillə
Ağla
sevənlərin ən gözəlini!
Kimsənin
ağlamayacağı sevda ilə
Aç
ölüm qapısını!
Kimsənin
duymayacağı bir həyəjanla
Yaşa
ölümlərin ən gözəlini!
Nisə Bəyimin
vaxtla bağlı poetik monoloqları onun sonrakı
kitablarında da («Qürub rəngləri», «Günəşdən
yağan yağışlar», «Aran fraqmentləri», «Yeddinci
kitab») davam edir. Deyə bilərik ki, Vaxtla, Zamanın
gedişatıyla, özünün Vaxta, Zamana, Dünyanın
bu halına münasibətiylə bağlı fikir və
düşüncələrini bir az da
genişləndirir.
Nisəbəyim çağdaş qadın yazarlar
arasında təkcə şeirlərinin fəlsəfi ahənginə
və məzmununa görə deyil, həm də poetikasına
görə xüsusilə seçilir, fərqlənirdi. Vaxtilə biz onun belə bir
şeirini füzuliyanə düşünüş tərzinin
ifadəsi hesab edib alqışlamışdıq:
Eh,
dünya özü him-jimsə,
Biləmməz
sirrini kimsə,
Onu sevə
bilmədimsə,
Bu, mənim günahım deyil.
Varmı
göydə, yerdə həyan,
Olmadı
haqq mənə əyan,
Bəndəsini
tanımayan,
Haqq mənim allahım deyil.
Qəm
buludları qat-qatsa,
Dağılajaq
ahım çatsa,
Hələ
göylər salamatsa,
O ah mənim
ahım deyil.
Böyük
Füzulinin belə bir beyti var: «Deyil bihudə gər yağsa
fələkdən yağsa başıma daşlar, Binasın
tişeyi-ahımla viran etdiyimdəndir». Şair deyir ki, əgər
göydən başıma daşlar yağsa, əğəs
deyil, ahımın külüngü ilə
özülünü dağıtdığımdandır bu.
Nisə Bəyim də elə bunu deyir: «Əgər göylər
salamatsa, O ah mənim ahım deyil». Demək, hələ
ah çəkməmişəm, çəksəm, göylərin
ulduzları parçalanıb yerə tökülər.
Nisə Bəyimdə belə obrazlı, poetik
düşüncə tərzinin universallığını
nümayiş etdirən şeir parçaları çoxdur. O, şeirlərində qəfil,
gözlənilməz obrazlar yaratmağa o qədər də
meyl eləmir, çünki obrazlılıq elə ibtidadan
onun şeirlərinin canındadır.
Məni
dinləmədən qapanma mənə,
Məni dinləmədən ötmə yanımdan.
Qulaq as,
gör ruhum nejə çırpınır,
Gör necə ayrılır janım qanımdan.
Gör
nejə yaxındır olumla ölüm,
Biri o birində nejə dincəlir.
Hansı
gün xeyirdir, hansı gecə şər,
Biri digərinə nejə tən gəlir?
Ayıra
bilməzsən məni kədərdən,
İçimin, çölümün
işığı dərddi.
Görüb
görmədiyin vaxt yaddaşında
Nə varsa Allahdan aşağı-dərddi.
Bu şeir başdan-ayağa təzadlar üzərində
qurulub. Üçüncü bəndə Şair və Dərd
çözümü ilə qarşılaşırıq.
Onun bütün «dərdli» şeirlərinin
başlanğıcıdır bu misralar. Çox
qəribədir ki, Nisə Bəyimin Dərdlə bağlı
şeirlərini oxuyanda səni dərd yox, işıq seli
bürüyür. Çünki onun
söhbət açdığı DƏRD sufiyanı dərddir,
ilahiyə qovuşmağa doğru yol gedən haqq
adamının dərdidir. Və istedadlı Azərbayjan
şairəsi Nisə Bəyim haqda söhbətimizi də ona
rəhmət diləməklə elə bu haqqa doğru yol gedən
bir Tanrı bəndəsinin sözüylə bitirək:
Mən bu
əyri dünyanın,
Əyilməmiş üzüyəm.
Əvvəlindən sonuna
Deyilməmiş sözüyəm.
Vaqif Yusifli
Ədalət.- 2020.- 1 dekabr.- S.6.