1987-1992-ci illərdə Azərbaycanın
Dağlıq Qarabağ regionunda nələr baş verirdi?!
(Bizim
çoxlarımızın bilmədiyimiz həqiqətlər...Xankəndi)
(əvvəli ötən saylarımızda)
- 08 May 1992-ci ildə ermənilər tərəfindən
işğal edilən Şuşanın alışıb-yanan
mənzərəsinə baxanda:
Kaş ki, ürəyimə güllə dəyəydi,
Ölüb Qarabağda qalaydım Allah!..
demişəm...
(Bax: Ə.Şırlanlı:
"Vətən kişiliyə
çağırır bizi" - 2000-ci il, "Vətən
yaraları, Vətən harayı" - 2003-cü il, "Dərdimin
üsyanı" - 2006-cı il, "Qarabağın
harayları" - 2009-cu il, "Dağlar
çağırır məni" - 2017-ci il).
Hansı elin-obanın, hansı
gülün-çiçəyin, hansı dağın dərənin,
hətta adicə bir qara daşının da adı yaddan
çıxıbsa, torpağa diz üstə çökərək:
"Bəs necə deyim sənə, məni
bağışla, Vətən!", - demişəm.
Hörmətli oxucular, Qarabağla bağlı
sadaladığımız zəngin tarixi faktlara Roma-Yunan
müəlliflərinin qeydlərini, Strabonun: "Bərdə
torpağı qovrulmuş buğda dənəsini bitirməyə
qadirdir" - fikrini, VII-XIX əsrlərdə
yaşamış coğrafiyaşünasların, səyyahların,
şairlərin, həmçinin, fars dilində
yazılmış "Hüdud-əl-aləm" əsərində
ərəb müəlliflərindən Əbu-Dulfətin, Məsudinin,
Əl-Fəqihin, İbn Ruştanın, İstəxrinin,
İbn-Hövləqin, Müqəddəsinin,
Yaqut Əl-Həməvinin, Əl İdrisinin, Həmdullah Qəzvininin,
XII əsrdə yaşamış dahi Azərbaycan şairi
Nizami Gəncəvinin və digərlərinin Qarabağın
(dağ və aran olmaqla bütünlükdə) qədim
türksoylara məxsus yaşayış məskəni
olması barədə verdikləri mükəmməl və
maraqlı məlumatları da əlavə edə bilərik. Bu
faktlar tariximizin qızıl səhifələrindəndir. Bax:
Ə.Ş: "Vətən kişiliyə
çağırır bizi". (Bakı-2000-ci il, səhv.
240-254.)
Adların çəkdiyimiz bu tarixi şəxsiyyətlər
həm də Qarabağ regionunun toponimləri, sakinləri,
coğrafiyası, əraziləri, təbiəti, bitki aləmi,
iqtisadi və ticarət həyatları ilə bağlı
geniş məlumatlar da vermişlər. Bir sözlə,
Qarabağın və onun tarixi ərazisi sayılan
Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu
böyük iftixarla öz əsərlərində göstərmişlər.
Heç şübhəsiz ki, erməni
tarixçiləri də bu həqiqətlərdən xəbərdardırlar
və 1828-1830-cu illərdə Çar Rusiyasının
işğal etdiyi Azərbaycan torpaqlarına: qədim İrəvan
xanlığına, Zəngəzur, Göyçə və Dərələyəz
mahallarına, Naxçıvan və Qarabağ xanlıqlarının
ərazilərinə İran və Türkiyə ərazilərindən
köçürülüb gətirildikləri tarixi hadisəni
yəqin ki, unutmayıblar. Bir sözlə, dünyanın
savadlı və ədalətli insanları yaxşı bilirlər
ki, indiki Ermənistan adlanan ərazi də bütünlükdə
Azərbaycanın qədim, əzəli torpağıdır -
azərbaycanlıların doğma yurdudur. Bu, danılmaz tarixi
fakrdır. Ermənilərin İranın Marağa şəhərindən
Dağlıq Qarabağın Ağdərə rayonuna
köçürülüb gətirildiklərinin 150 illiyi ilə
əlaqədar 1978-ci ildə öz əlləri ilə tikdikləri
abidə tarixin canlı şahididir. Lakin ermənilər
Azərbaycanın Dağlıq Qarabağ adlı ərazisinə
köçürülüb gətirildiklərini təsdiq edən
bu abidəni (1988-1992-ci illərdə azərbaycanlılara
qarşı törətdikləri hadisələr zamanı)
sökməyə - izi itirməyə çalışsalar da,
buna nail ola bilməmişlər. Həmin abidə
hazırda bizim əlimizdədir. Necə deyərlər:
"Cidani çuvalda gizlətmək olmaz!"
Göründüyü kimi, nə
Qarabağın, nə də onun ayrılmaz üzvi hissəsi
olan Dağlıq Qarabağın bəşəriyyət
üçün sağalmaz bəlaya çevrilmiş yadelli,
vətənsiz, dilənçi, mədəniyyətsiz, vəhşi,
işğalçı ermənilərə heç bir
aidiyyatı yoxdur!
Təəssüf hissi ilə qeyd etməliyik
ki, ermənilərin kimliyini, hansı əqidə sahibi
olduqlarını bilə-bilə onları yenə süfrəmizin
yuxarısında oturtmağa çalışanlar vardır.
Elə burdaca ermənilərin kim olduqlarına
aid bir-iki faktı misal çəkəcəyəm. Uzun illər
Xankəndində cərrah həkim işləmiş Mixail
Atayeviç Asiryan anasına demişdi: "Ana, işlədiyim
illərdə sənin saçının tükləri qədər
əməliyyat vaxtı azərbaycanlı
öldürmüşəm..."
Başqa bir misal: Xankəndində həkim
işləyən Edik Adamyan azərbaycanlı ailələrində
doğulan oğlan uşaqlarını necə
öldürdüyünü qürur hissi ilə dilə gətirmişdir.
Və yaxud: Azərbaycanın bir çox rayonlarındakı xəstəxanalarında
özlərinə yer eləmiş erməni qadın
ginekoloqları azərbaycanlı anaların doğduqları
oğlan uşaqlarının göbəklərinə zəhər
yetirməklə öldürmüşdülər. Bir
çox erməni qızları ali məktəblərdə azərbaycanlı
gənclərə sonsuzluq yaradan tabletkalar (həblər)
paylamışlar...
Anası erməni olan bir rəssam isə
çəkdiyi portretdə Şuşada yanan azərbaycanlı
evini anasına göstərərək deyir: "Bax, ana, qoy
ürəyin sakitləşsin!.." Yeri gəlmişkən
qeyd edək ki, Dağlıq Qarabağda ermənilər tərəfindən
tikilən evlərin əksəriyyəti erməni
antropologiyası əsasında bəzədilirdi. Evlərin
tavanlarındakı naxışlar, dəmir çərçivələrə
vurulmuş xaç işarələri fikrimizə sübutdur.
Ermənistanın prezidenti olmuş Robert
Koçaryan və Serj Sarqisyan Avropanın ən yüksək
kürsülərində Dağlıq Qarabağda,
Şuşada, xüsusilə Xocalıda azərbaycanlıların
kütləvi şəkildə öldürülməsində
şəxsən iştirak etdiklərini dəfələrlə
lovğa-lovğa dilə gətirmişlər. Çox təəssüf
ki, bu canilər barəsində Beynəlxalq Təşkilatlar tərəfindən
heç bir tədbir görülməmişdir... Əksinə,
onlara havadarlıq etmişdilər.
Burda fateh Əmir Teymurun bir müdrik kəlamını
yada salmağa dəyər: "Gələcək xalqlar ermənilərin
kökünü yer üzərindən silmədiyim
üçün ya mənə lənət oxuyacaqlar, ya da
qınayacaqlar". Bax: Nizaməddin Şami: "Zəfərnamə"
(1401-1402). Əsəri türk dilindən Azərbaycan dilinə
mərhum akademik Ziya Bünyadov çevirmişdir. Bu əsərdə
bir çox hadisələrdən söhbət gedir. Bizim başımıza gələn müsibətlərin
çoxusu qonaqpərvərliyimizdən, humanistliyimizdən irəli
gəlir. Əslində biz Beynəlxalq kürsülərdən
Dağlıq Qarabağda və onun ətrafındakı ərazilərimizdə
azərbaycanlıları kütləvi şəkildə
qıran, ərazilərimizi işğal edən, lovğa-
lokvğa danışan ermənilərin bu vaxta
qədər dillərini kökündən qoparmalı idik... Səhvlərimizin
ən böyüyü tarixi düşmənimiz olan ermənilərin
azərbaycanlılara və türklərə qarşı
daxili nifrətlərini unutmağımızdır. Biz
uşaqlarımızı düşmənə qarşı
kin-küdurətli böyütməmişik... Biz irqindən,
cinsindən, millətindən asılı olmayaraq bütün
millətlərə və xalqlara hörmətlə
yanaşmışıq.
Azərbaycanın xalq qəhrəmanı
Babəki erməni Səhl-Sumbat satdı, Alban hökmdarı
Cavanşiri, alban knyazı Həsən Cəlalı və onun
oğlu Atabəyi (ata və bəy sözləri təmiz
türk sözüdür Ə.Ş.) erməni fitvası ilə
öldürdülər. Qarabağın
xanı İbrahimxəlil xan isə ailə üzvləri ilə
birlikdə (Şuşanın yaxınlığında) Məlik
Şahnəzərin oğlu Cəmşidin fitvası ilə
öldürüldü. Gəncə xanı Cavad xanın
yazığı gəlib çörək verdiyi erməni
dığası Aşot Cavad xana güllə
açmışdı... Belə faktlar
saysız-hesabsızdır...
Erməni qızlarının işvə-nazına
aldanan neçə-neçə hökmdarlarımız,
iqtidar sahiblərimiz onları saraylarımızın
yuxarısında əyləşdirdilər. Vətən
torpaqların eninə-boyuna ermənilərə peşkəş
etdilər. Nəticədə baxıb gördük ki,
özümüzün ev tikməyimizə, bağ-bağat
salmağımıza, nəhayət, qəbir evlərimizə
yer qalmayıbdır. Baxıb gördük ki:
Torpağın çiçəyi, gülü
azalıb,
Çayların qovuşan qolu azalıb,
Qorqudun bayatı dili azalıb...
Niyə soruşmuruq günah kimdədir?!
- Boynumuza alaq: özümüzdədir!..
Hörmətli oxucular, 1987-1992-ci ildə
Dağlıq Qarabağ regionunda baş vermiş hadisələri
xronloji ardıcıllıqla verə bilmədiyimizə görə
bizi üzürlü hesab edin!
Ötən 32 ildə bir çox
qələm sahibləri kimi, mən də ayrı-ayrı mətbu
orqanlarda, qardaş Türkiyədə keçirilmiş
dünya türklərinin şeir və musiqi festivallarında
(2017-2018-ci illərdə) Dağlıq Qarabağın Azərbaycanın
tarixi ərazisi olduğunu, azərbaycanlıların min illərlə
bu torpaqda yaşadıqlarını,
burdakı ən qədim maddi-mədəniyyət abidələrinin
türk etnoslarına məxsusluğunu, İrəvan,
Naxçıvan və Qarabağ xanlıqlarının, Zəngəzur,
Dərələyəz, Göyçə, Şərur
mahallarının Çar Rusiyası tərəfindən
1805-1828-1830-cu illərdə işğal olunduğunu, çar
Rusiyası və İran arasında
bölüşdürüldüyünü,bədnam
"Türkmənçay" müqaviləsinin (1828-ci il), nəhayət
7 iyul 1923-cü ildə Sovet Rusiyasının əli ilə Azərbaycanın
Dağlıq Qarabağ regionunda "muxtar vilayət"
statusunun yaradılmasını, Xankəndinin adının
1923-cü ildə daşnak-quldur Stepan
Şaumyanın adı ilə Stepanakert
adlandırılmasını, işğalçı ermənilərin
Azərbaycan xalqına vurduğu sağalmaz yaraları, ermənilərin
İran və Türkiyə ərazilərindən Azərbaycan
xanlıqlarının ərazilərinə
köçürüldüklərini, Bayat, Şuşa,
Şahbulağı, Əsgəran qalalarının, Xankəndinin
və Şuşa şəhərinin Pənahəli xan tərəfindən
tikildiyini, bir sözlə, Dağlıq Qarabağın ermənilərə
heç bir aidiyyatının olmadığını elmi
faktlarla tədbir iştirakçılarına
çatdırmağı özümə mənəvi borc
bilmişəm.
Nə qədər ki Azərbaycan torpaqları
Ermənistan qoşunlarının işğalı
altındadır, nə qədər ki, azərbaycanlılar
öz doğma torpaqlarına qayıtmayıblar bu səpkidə
mövzular gündəmdə olacaqdır.
(ardı növbəti sayımızda)
Əyyub Şırlanlı, şair-publisist,
əməkdar müəllim,
AYB-nin üzvü, müharibə və
əmək veteranı
Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Şırlanlı Əyyub
Ədalət.0 2020.- 1 dekabr.- S.7.