Məni həyata bağlayan qüvvə kamançadır

 

Hər gün Allaha şükür edirəm. qədər şükür etsəm, azdır. Allaha bir ömür boyu minnətdaram. Kamançaya təkcə alət kimi baxmıram, ona möcüzə kimi baxıram. Həmişə deyirəm ki, kamança mənim möcüzəmdir. Doğrudan da, bu belədir. Allah hər bir bəndəsinə istedad bəxş edir. Sadəcə olaraq insanlar o istedadı özlərində tapıb üzə çıxarmalıdırlar”. Ədalətqəzetinin qonağı kamança ifaçısı Pərviz Əliyevdir.

 

-İncəsənət nümayəndələri duyğularla yaşayan olurlar. Duyğularla yaşayan insanların isə canları daha çox ağrıyır. Bu sizdə belədir?

 

-İncəsənət nümayəndələri, həqiqətən, duyğularla yaşayan insanlar olurlar. Deyərdim ki, tam fərqli insanlar olurlar. Əsl incəsənət adamlarından danışırıqsa, söyləyərdim ki, onların duyğularsız yaşamaları mümkünsüzdür. Çox həssas olurlar, hər bir şeyə həssaslıqla yanaşırlar. Düzdür, bu insanın canını çox ağrıdır. Əlbəttə, məndə belədir. Fikirləşə bilmirəm ki, həmin duyğular məndə olmasaydı, musiqiləri o dərəcədə ifa edə bilərdim. Yəni o duyğular var ki, onların vasitəsilə musiqimi ifa edə bilirəm.

 

Kamança məni gözəl başa düşür

 

-Allah sizi çox sınağa çəkib?

 

-Deyərdim ki, Allah sevdiyi hər bir bəndəni sınağa çəkir. Sevilən hər bəndə Allahın sınağına bir dəfə deyil, bəlkə, on dəfə çəkilir. Yaşım o qədər çox deyil, amma sınaqlarla üz-üzə qalmışam, onlardan keçmişəm. Allah bilir, bizi qarşıda qədər necə çətin sınaqlar gözləyir. Allah, təbii ki, o sınaqları hər bir bəndəsinə göndərmir. Əsas olan odur ki, o sınaqlardan alnıaçıq çıxasan. Üsyan etmədən, Allaha qarşı çıxmadan o sınaqların öhdəsindən gəlmək lazımdır.

 

-Adətən deyirlər ki, vaxtında, hər şey vaxtında olsa, daha yaxşıdır. Heç nəyəsə gecikdiyiniz olubmu?

 

-Əlbəttə, hər şey vaxtında olsa, daha yaxşıdır, daha gözəldir. Amma elə anlar var ki, gec olsa, tez olsa, fərq eləmir. Nələrəsə gecikdiyim anlar olub, lakin gecikdiyim üçün onları boş verməmişəm. Deməmişəm, gecdir artıq. Əksinə mücadilə etmişəm, mübarizə aparmışam. Ki, o gecikdiklərimi əldə edə bilim.

 

-Sizin üçün mücadilə nədir?

 

-Fikrimcə, mücadilə aparmadan əldə olunan xoşbəxtliklər tez əldən çıxır. Mücadilə mənim üçün böyük  bir xoşbəxtlikdir. Mücadilə aparırsan bilirsən ki, o mücadilənin sonunda elə bir xoşbəxtlik dayanır ki, elə bir sevinc dayanır ki. Ona görə o mücadiləni aparmağa dəyər.

 

-Yaratmaq qabiliyyəti dayanırmı?

 

-Mənə elə gəlir ki, yaratmaq qabiliyyəti əngəl tanımır. Deyərdim ki, elə incəsənət adamları, bəstəkarlar doğulub ki, görmə qabiliyyətləri, yaxud eşitmə qabiliyyəti olmayıb. Buna baxmayaraq yenə yaratmağa davam ediblər. Düşünürəm ki, elə bir əngəl yoxdur ki, yaratmaq qabiliyyətini dayandıra bilsin. Əgər yaradıcılıq sənin ürəyində, qəlbində varsa sən, həqiqətən, yaradırsansa, insanların ürəyinə yol tapa bilirsənsə, o heç bir halda dayana bilməz.

 

-Tez-tez Allahla danışırsınız?

 

-Hər gün Allaha şükür edirəm. qədər şükür etsəm, azdır. Allaha bir ömür boyu minnətdaram. Kamançaya təkcə alət kimi baxmıram, ona möcüzə kimi baxıram. Həmişə deyirəm ki, kamança mənim möcüzəmdir. Doğrudan da, bu belədir. Allah hər bir bəndəsinə istedad bəxş edir. Sadəcə olaraq insanlar o istedadı özlərində tapıb üzə çıxarmalıdırlar. Allahla da danışanda, var, dövlət istəyirəm, bu günümüzə şükür. Allah mənə bu cür möcüzə bəxş edib. Başqa istəyə bilərəm ki?! Çox şükür.

 

-Sizi həyatda saxlayan qüvvə nədir?

 

-Hər insanı həyata bağlayan qüvvə var. Bəzilərində bu sevgidir, bəzilərində ümiddir, bəzilərində isə nəsə gözlənti. Məni həyata bağlayan qüvvə kamançadır. Kamança məni o qədər gözəl başa düşür. Onu ifa edəndə elə bilirəm ki, ürəyimdəkiləri çatdırıram. Elə bilirəm ki, kamança dərdimi çəkir. Dərd deyəndə böyük bir dərdim yoxdur. Biz duyğulardan danışdıq, bax o duyğuların acısını sanki o çəkir.

 

Həyatımızda çox şey adiləşib

 

-Nəyin həsrətindəsiniz?

 

-Biz, azərbaycanlıların bir həsrəti var idi ki, o da Qarabağ həsrəti idi. Allahın bu gününə şükür olsun ki, Qarabağımız işğaldan azad olundu. Allahdan Şəhidlərimizə rəhmət diləyirəm. Allah Ordumuzu qorusun, Azərbaycanımızı qorusun. Allah qismət eləsin, Qarabağımızda konsert verək. Mənim dostum tarzən Samir Səlimovla hər zaman arzumuz olub ki, Qarabağda konsert verək. Yenə deyirəm, Allah qismət eləsin.

 

-“Kaş ki bunu etməyəydimdediyiniz  anlar çox olub?

 

­-Elə çox olmayıb. Deyərdim ki, heç olmayıb. Kaş kisözündən heç xoşum gəlmir. Bir növ peşimançılıqdır. Çalışmışam, həyatımda peşimançılıq yaşamayım dilimə gətirməyim ki, kaş ki bunu etməzdim.

 

-Açmadığınız sirriniz varmı ki, yalnız onu özünüz bilirsiniz?

 

-Bu suala qısa cavab verəcəm, bəli, açmadığım sirrim var onu özüm bilirəm. Həmişə özümdə qalacaq.

 

-Sizin üçün adiləşib?

 

-Əslində həyatımızda çox şey adiləşib. Bunu özümüzdə görə bilirik. Müqayisə edəndə görürük ki, qədər şey adiləşib. Bu, insanlardan asılıdır. Bilirsiniz, bəzi hisslər var ki, onlar toxunulmazdır, bax o hissləri adiləşdirməməyə çalışıram.

 

-Sədaqətli insansınız?

 

-Tam əminliklə deyə bilərəm ki, çox sədaqətli insanam. Ən çox da sədaqətli insanlara qarşı beləyəm. Xarakterimdə var. Olub ki, sadəqətsiz insanlara qarşı da sədaqətli olmuşam.

 

-İnsanı necə tanımaq olar?

 

-Musiqiçi olduğum üçün insanları musiqi seçiminə, tərzinə görə tanıya bilirəm. Düşünürəm ki, hansı tərzdə musiqiyə qulaq asdığını öyrənməklə onun necə insan olduğunu bilmək olar. Musiqi ruhun qidasıdır. Biz o qidadan elə istifadə etməliyik ki, daxilimiz gözəlləşsin.

 

Rövşən Tahir

Ədalət.0 2020.- 8 dekabr.- S.8