Tanrıdan gələn nəğmələr
Layihənin istiqaməti:
Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
(əvvəli ötən sayımızda)
Axı söhbət
ondan, onun aid olduğu millətdən, onun vətəndaşı olduğu
məmləkətdən gedir.
Millətə, vətənə,
dilə isə laqeyd qalmaq ancaq
milləti, vətəni,dili
olmayanlara məxsus keyfiyyətdir. Deməli, Şahmar Əkbərzadə
deyəndə ki, sən iki hecalı
sözsən Vətən!
- Onda mütləq düşünmək lazımdır:
Sui-qəsd ediblər
şan-şərəfinə,
Edam olunubdu
beşcə hərfin
də.
"Və" keçib Arazın o tərəfinə,
"Tən" qalıb Arazın bu tərəfində.
Ortadan tikanlı
sətirlər keçir,
Pozanım olsa
da poza bilmirəm.
Qərinələr ötür, əsrlər keçir,
Mən səni
bitişik yaza bilmirəm.
Sən iki
hecalı bir sözsən, Və - tən,
Sətirdən sətirə keçirilmisən.
Təsəvvür edin ki, Şahmar Əkbərzadə
bu şeiri 1966-cı ildə Sovet imperiyasının dünyada
at oynatdığı
bir zamanda yazıbdı. Azərbaycanın
bütövlüyünü sözün hərfləri,
hecaların bölgüsüylə,
düzülüşüylə diqqətə çatdırıbdı.
Vurğulayıb ki, bütöv Azərbaycan, bütöv Üzeyirbaycan olması üçün vətənin
hecaya bölünməsi
qrammatik mənadan qurtulmalı, həqiqi, tanıdığımız, bildiyimiz
coğrafi mənanın
üzərinə köçürülməlidir.
Burda yeri
gəlmişkən xatırlatmalıyam
ki, xalq şairi Söhrab Tahir də vurğulamışdı
ki:
İki bölünməkdən
elə qorxmuşam,
Çöpü də ikiyə bölə bilmirəm!
Deməli, Vətənin
bütölüyü, Vətənin
bütövlüyünə gedən yol, onu parçalanmaqdan xilas etmək döyüşlərdən, savaşlardan,
şəhidlikdən keçir.
O şəhidlik təkcə insan oğluna, Azərbaycan vətəndaşına aid
deyil. O həm də bu torpağın,
bu məmləkətin
tarixinə, o tarixin təmsilçisi olan abidələrə ünvünlanır.
Heç
kimə sirr deyil ki, bu
gün girovluqda olan, əsirlik məşəqqətlərini yaşayan,
şəhid olan yetərində abidələrimiz,
müqəddəs ünvanlarımı,
meşələrimiz, bulaqlarımız,
bütövlükdə təbiətimiz,
mədəniyyətimiz var.
Ölkə coğrafiyasının
bu çalarlarına,
bu cizgilərinə diqqət yetirəndə göz
önünə Ağdam
məscidi, Şuşa
məscidi, Azıx mağarası, Tağlar mağarası, Quruçay
mədəniyyəti, Xocalı
mədəniyyəti, Qaraköpək
təpə, Məngələnata,
Ziyarət dağı,
İlanlı dağ, daha nələr, nələr gəlir.
Elə bu girov abidələr, dağıdılan məktəblər,
mədəniyyət evləri,
bütövlükdə bir
xalqın, bir millətin soyqırımına,
düşmənin imza
atması deməkdir. Yaxşı ki, söz adamları, elm adamları bu abidələrin varlığını əsərlərində,
kitablarında yaşadır
və təbliğ edirlər, dünyaya göstərirlər. Bu məqamda Şahmar Əkbərzadənin "Girov
məscidləri" yada
düşür.
Həddi olmalıdır
müsibətin də,
Dinmir dinimizin
mömin divləri.
Qalıb gavurların
əsarətində,
Ağdamın, Şuşanın Allah evləri.
Girov götürülüb
azan səsi də,
Quranı,
minbəri əsir alıblar!
Allah evlərinin minarəsində,
"Allahu-Əkbər"i əsir alıblar.
... Düşür əsarətə
Allah evlərin,
Ümid sənə qalıb, qaçırt onları.
Dözmür qiyamətə Allah evləri,
Ya rəbbim,
göylərə uçurt
onları.
Tariximizin elə bir dönəmi
var ki, onu
ağır bir yük kimi hələ
öz çiynimizdə
daşıyırıq.
Bu, Qarabağım işğalı,
bu, torpaqlarımızın
itirilməsi və bunların da hələ ki, yük olaraq
çiynimizdə qalmasıdır.
O yükün altında qalmaq üçün Şuşanın Topxana meşəsində kəsilən
ağac üçün
Azadlıq meydanına
axışan yüz minlərlə insan yenə ayağa qalxmalıdır. Yenə bütün
məmləkət Qarabağdan
əsən yellərə
doğru getməlidir.
Onda birlik olacaq, həmrəylik olacaq və üçrəngli bayrağın
Şuşada dalğalanmasının
şəhidinə və
şahidinə çevriləcəyik. Və
biz bu həsrətdən,
bu tamarzılıqdan xilas olacağıq... Və deməyəcəyik
ki, "Dara düşmüş torpaqlarım
necəsiz?".
Ey Vətəni ana Vətən sananlar,
Yerə, yurda dildə, sözdə yananlar.
Yaylaqları yaydan yaya ananlar,
Ay Vətəndə qonaqlarım,
necəsiz?
Dildənpərgar qanıqlarım necəsiz?
Biz damarıq, Vətən
çarpan ürəkdi.
Ona yanan mərd oğullar gərəkdir!
Boş-boş "Vətən!", "Vətən!" demək
hənəkdi!
"Vətənpərvər" dodaqlarım, necəsiz?
Qızarmayan yanaqlarım, necəsiz?
Bu yerdə bir daha düşünməli
olursan:
- Şairin haqlı
iradının, ironiyasının
önündə nə
deyə bilərəm?
Təbii
ki, cavab susqunluqdu...
Azərbaycan ədəbiyyatında da bu
mövzunun oxucuya aşılanması üçün
kifayət qədər
nümunələr var. İstər
folklorumuzda, istər klassik ədəbiyyatımızda,
istərsə də bugünkü ədəbi
nümunələrimizdə döyüşən oğullarımız,
qızlarımız, milli
qəhrəmanlarımız, şəhidlik zirvəsinə
yüksələnlərimiz haqqında bir-birindən dəyərli nümunələrimiz
mövcuddur. Burada yenə xatırlatmaq
istətirəm ki, həmin əsərlərin
qəhrəmanları üçün,
həmin şəhidlər
üçün göz
yaşının axıdılması
müəlliflər tərəfindən
hər zaman birmənalı ifadə olunmayıbdı. Məsələn,
Şahmar Əkbərzadə
şəhid anasına
yazıb:
Ana, ana ağlama,
Yana, yana ağlama.
Torpağını, daşını,
Göz yaşınla
dağlama.
Ürəyinin başını
Nahaq boran, qan alıb.
Oğul
dağına məlhəm,
İki ürəyin
qalıb.
Ana, ana ağlama,
Yana yana ağlama.
Torpaq ana deyilmi,
Sənin
nakam oğluna!
Zənnimcə, şəhid anasına bundan gözəl təsəlli, bundan səmimi başsağlığı
vermək mümkünsüzdür. Axı, şəhid
torpağa - anasına
qovuşubdur. Elə analarımızın
özü axı bizlərə torpağın
Ana olduğunu aşılayıblar.
Bu gün kiçik
bir şeir parçasında, dörd
misrada Azərbaycana sevgini, Azərbaycanın ana olduğunu ifadə etmək və onu yaddaşlara
yazmaq qüdrəti var Şahmar Əkbərzadə qələmində.
O, yazır:
Ölüm ayağının altında,
İtim ayağının altında.
Bir qom bənövşə
olum -
Bitim ayağının
altında.
Hər bir şairin sözü, yaradıcılığı həm
zamanın, həm də insan yaddaşının
səhifələrinə bu
və ya digər formada köçür, hopur. Və nəsillər
bir-birini əvəz etdikcə, illər bir-birini qovduqca o səhifələr saralsa
da, öz budaqlarında
qopub düşmür.
Çünki halal sözdü, ehtiyac duyduğumuz sözdü. Bizi yönəldən və bizim arzu etdiyimiz
sözdü! Bax, bu mənada Şahmar Əkbərzadə poeziyasının
gücü də, vüsəti də, onun yaşam ömrü də bizim ehtiyacımızla ölçülür. Bu gün Azərbayca oxucusunun Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz və digər
böyük söz ustadları kimi Şahmar Əkbərzadə
şeirinə, sözünə
ehtiyacı var!
Düşünürəm ki, hər zaman sözlə yaşayan, sözlə nəfəs alan Azərbaycan
oxucusu özünə
dönüş yolunda
məhz Dəyərli,
Yaşayan və Yaşadan sözlərin sorağında olacaqdı.
Əbülfət MƏDƏTOĞLU
Ədalət-2020.- 17 dekabr.- S.7