Səninlə qürur duyuruq

 

 

Baş leytenant Rəvan Həsənzadə Nəriman oğlu

 

 

 

Bəşəriyyətin ictimai həyatı başlanan gündən insanları məhv etməyə, insanlar arasındakı dostluğu pozmağa,qardaş qanı axıtmağa, abad məskənləri erməni vəhşiləri kimi xarabazara çevirməyə yönəlmiş müxtəlif cür insanlardan, dövlətlərdən istifadə olunub. Özgə torpaqlarına göz tikən erməni kimi mənfurlar cah-cəlal axtaran qüdrət sahiblərinin əllərində oyuncaq kimi toplanmışlar. Ermənilər həmişə olduğu kimi bu gün də öz mənafelərini təhlükəyə düşdüyünü görərək hər cür yalana, qeyri-insani cəhədlər göstərməyə başlayırlar. Hətta onlar dindən də öz mənafeləri üçün istifadə edərək əxlaqsızcaına alver edirlər.

 

Əsrə bərabər 44 gün!  30 illik həsrətin sevincini, şirinliyinin vüsalını bəxş etdi bizə Azərbaycan Ordusu. Bu döyüş Kərbəla döyüşü idi. Haqla haqsızın amansız mübarizəsi idi. Nəhayət ki, haqq qələbə qazandı. Bu bütün günahsız şəhidlərimizin, əsarətda inildəyən torpaqlarımızın intiqamının alınması idi. Bu XXI əsrin ilk müzəffər qələbəsi idi.

 

Vətən müharibəsində Ermənistan ordusuna qarşı vuruşan qalib igidlərimizdən biri də baş leytenant Rəvan Həsənzadə üçün Böyük Qələbənin ikiqat əhəmiyyəti olub. İlk öncə torpaqlarımızın yağı düşməndən qorunmasında və əks - hücum əməliyyatlarının icrasında uğurla iştirak edib, ikincisi isə Qarabağ müharibəsində şəhid olanların qisasını alıb.

 

Rəvan Həsənzadə Nəriman oğlu 22 noyabr 1994- cü ildə Bakı şəhərində anadan olub. R. Həzənzadə 2010 - 2013 -cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2013 - 2017 - ci illərdə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017 - ci ildə leytenant, 2020 - ci ildə baş leytenant rütbəsi alıb. İlk xidmətini ön xəttə - Füzuli rayonundan başlayıb. Cəbrayıl, Qubadlı, Laçın rayonlarının işgaldan azad olunmasında iştirak edib. Baş leytenant Bölük komandirinin Şəxsi Heyətlə İş üzrə müavinidir. Xidməti dövrü ərzində o, dəfələrələ komandirinin tapşırıqlarını yerinə yetirb. Mənfur düşmənlərdən torpaqlarımızın, şəhidlərimizin  intiqamını alıb.

 

Bir vətənpərvər oğul,  igid döyüşçü, qəhramanlıq tariximizin davamçısı olaraq yeni qələbə tarixinə müzəffər ordumuzun zabit və əsgərləri kimi öz imzasını atdı. İkinci Qarabağ döyüşlərinin ilk günündən Rəvanın xidmət etdiyi hərbi hissə cəbhə bölgəsinə yollandı. Bölük komandirinin müavini olan Rəvanın bölüyü Füzuli istiqamətində mövqe tutdu və bu istiqamətdə də hücuma keçdi. Şərəfsiz düşmənin doğma torpaqlarımızı işğal etməsi, Xocalı faciəsi hərbi hissənin taborunun qan yaddaşından silinməmişdi. Odur ki, nə lazımdırsa onu etdilər, necə etdilər onu biz bilirik. Bu qanlı döyüşlərdə bir çox qələbələrdəşanlı Ordumuz öz tarixi imzasını qoydu.

 

Rəvan deyir ki, komandirimiz Elsevər Paşayev taborun hər bir müvəffəqiyyətini yüksək qiymətləndirməklə yanaşı, komandanlığın təşəkkürünü bizə çatdırırdı.  Elsevər Paşayev Qubadlının Muradxanlı kəndində gedən döyüşlərin birində şəhid oldu.  E. Paşayev bütün döyüşlərdə özünün qəhrəmanlığı, hərbi biliyə malik olması ilə fərqlənirdi.  Bu da onun ağıllı və düşüncəli tədbirləri, yiyələndiyi hərbi bilikləri inamla tətbiq etməsi, hiyləgər düşmənin yəqin etmədiyi yerdən yeni döyüş mövqeyi tutmağa nail olmuşdu.

 

O, hər bir əsgərə anlatmaq, izah etməklə yanaşı, onları Vətən qarşısında borclarını imtahan olaraq nümunə göstərməyə ruhlandırırdı. Rəvan o günləri xatırlayaraq deyir:  

 

 "Ruh yüksəkliyimiz böyük idi. Əsgərlərimiz yaralı halda belə döyüşürdülər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qayğısı, rəhbərliyi, dəmir yumruğu, özünə inam ruhu bizi də ruhlandırırdı. Odur ki, qarşımızda qoyulan tapşırığa əsasən bütün şəxsi heyyət o məsuliyyəti hiss edərək canla-başla, qorxusuz yerinə yetirirdi.   Vətənimizin azadlığı uğrunda canımızı fəda etməyə getmişdik. Döyüşlərdə hər an hər şeyi gözə alan döyüşçü olurduq.  Hətta valideynlərimin, yaxınlarımın şəhid olandan sonra yaşayacaqları ağrı-acını gözə alırdım.

 

Bu döyüşdə sağ qalanımız da olduy, şəhid olanımız da. Bütün döyüşlərdə ermənilər bizdən qorxurdular, döyüş zamanı özlərini itirirdilər, hətta bir-birlərinə bilmədən güllə atırdılar. Ən qızğın döyüşlərdə belə düşməndən fərqli olaraq nə şəhid olanımızı, nə də yaralı silahdaşlarımızı orada atıb getmirdik. Hər döyüşdən sonra bir-birimizə baxıb qürur duyurduq".

 

Özünün müharibə xatirələrini yada salıb baş leytenant deyirdi  ki, düşmın minaatanlardan tez-tez istifadə edirdi. Bu da açıq ərazidə, çökəkliklərdə, dərələrdə və başqa yerlərdə yerləşən canlı qüvvəni məhv etmək, atəş vasitələrini susdurmaq üçün istifadə edilir.Belə minaatanları kəşfiyyat və hücum zamanı atəş dəstəyini məhf etmək üçün istifadə olunur. Biz də düşməni cavabsız qoymurduq, vaxtında qabağını  alırdıq.

 

Rəvanın dediklərindən: "Neçə dəfə ölümlə üzbəüzə gəlmişəm. Dəfələrlə olub ki, qarşıma raket mərmisi düşüb, ancaq xoşbəxtlikdən partlamayıb. Cəbrayılın Dağtumas kəndi uğrunda gedən döyüşlərin birində bir komikazenin düz mənim üstümə qaça-qaça gəldiyini gördüm. Tərslikdən gülləm qurtarmışdı, onu doldurmaq üçün yerə uzandım, elə bu an əsgərim  arxadan onu yerə sərdi, amma bu dəfə də xoşbəxtlikdən üzərindəki partlayıcı qumbaralar partlamadı. Hər dəfə kəşfiyyata gedəndə bir nəfər də olsa erməni tutub gətirirdik. Qubadlının Muradxanlı kəndinin Həkəri yolunda mənfur ermənilər körpünü partlatdılar. Hərbi texnikanı Laçın yolunda azca ləngitdik və buna baxmayaraq çayın içi ilə keçməli olduq.  Axşamın soyuğunu, səhərəcən yaş paltarda qalmağın nə olduğunu kəşfiyyatçilar yaxşı bilir. Buna baxmayaraq bir əsgərimiz də xəstələnmədi, öz yolumuza davam etdik. Bizim haqq işimizə Allah da kömək edirdi. Komandirimiz mayor Elsevər Paşayev həmişə bizi döyüşə həvəsləndirirdi.

 

Atışma vaxtı xəndək döyüşünə keçdik. Üç nəfərlə döyüşürdük. Ermənilər bizim səngərdə çox olduğumuzu zən edib qacmağa başladılar. Biz də sanki dovşan ovuna çıxmışdıq. Birini də sağ buraxmadıq.

 

Hovuslu, Dağtumas kəndlərində şiddətli döyüşlər gedirdi. Düşmən tap gətirə bilməyib məhv olur, ya da qaçmaqla canlarını qurtarmaq istəyirdilər.

 

Yaralı əsgərinin son sözü indi də Rəvanın qulağından getmir: O, son nəfəsində demişdi: " Komandir, şükür Allaha ki, atamın kəndini azad etdik".

 

R. Həsənzadə Cəbrayılın Hovuslı kəndində ağır döyüşlərin birində 120 mm - lik minaatan zirehli texnikalarını vurarkən bərk yaralandı və kontuzya aldı. Buna baxmayaraq şəxsi heyəti maşından düşürərək döyüşü davam etdirdi. Qubadlı, Laçin istiqamətində hərəkət edərək döyüşü davam etdirdi. Laçında səhətinin yaxşı olmadığını görən komandir  onu döyüş meydanından çıxarıb Füzuli rayon hərbi kospitalına göndərdi. Həmin anki hissləri yadına salanda üzü gülür, deyir ki, şükür Allaha ki, zəhmətimiz, verdiyimiz qurbanlar boşa getmədi. Yağı düşmən üzərində qələbə çaldıq.

 

Müalicəsini alıb geriyə - döyüşçü yoldaşlarının yanına getmək istəyirdi. Lakin səhəti buna imkan vermirdi. Qohumu, ehtiyatda olan zabit Elçin Əliyev tez-tez ona baş çəkir, onun tez sağalmasına dua edərək döyüşə  ruhlandırırdı.

 

Çox yaxşı bilirik ki, Prezident İlham Əliyev bütün müsahibələrində bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt da olmayacaq, Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. KİV nümayəndələri ilə görüşündə dəfələrlə təkrar edib ki, Azərbaycan dövləti bu münaqişənin həmişə sülh yolu ilə həllinə üstünlük verir. Tələb isə belədir: Ermənistan tərəfi rəsmi olaraq BMT - nin qətnamələrini nə vaxt icra edəcəyinə təminat versin və qrafikdə yazılı olaraq konkret göstərsin ki, silahlı Qüvvələrini Azərbaycan ərazisindən çıxartsın. Əks halda Azərbaycan artıq nəticəsiz danışıqları davam etdirmək fikrində deyil. Belə də oldu. Azərbaycan prezidenti tarixi ədaləti bərpa etdi. Öz ordusu ilə  Qarabağ müharibəsində rəşadətli qələbə qazandı. ABŞ-nın milli müdafiə mərkəzininstratejl araşdırmalar institutunun rəhbəri, ehtiyatda olan general- leytenant Tomas Şper yazır: "Azərbaycanın Qarabağ uğrunda müharibəsi, Bakının qələbəsi, azərbaycanlıların yüksək döyüş qabliyyəti ilə yanaşı  müasir texnoloji silahlarla təmin olması idi".

 

Aildə Rəvan üç bacının tək qardaşıdır. Ailəlidir. Üç yaşlı oğlu Ayxan atası döyüşdə olanda demişdi: " Ana, dədəm ( atasına dədə deyir) nə vaxt qayıdacaq? Darıxmışam dədəmçün.

 

Rəvanın həyat yoldaşı Səma Həsənzadə:

 

- Rəvan Qarabağ döyüşlərində olanda, mən də öz düşüncələrimlə döyüşürdüm. Bu düşüncələr həyat yoldaşımın erməni faşistini öldürməsi, mənim öz qorxunc düşüncələrimin öldürməyimdən bəlkə də asan deyildi. Biz də savaşın qalib əsgərləri idik. Onlar silahla, biz də öz dualarımızla ordumuza qələbə diləyir, düşmənə lənət oxuyurduq. Bu gün zabit dostları, əsgər silahdaşları ilə yanaşı Rəvanın valideynləri, qohumları, onun ömür-gün yoldaşı onun haqqında fəxrlə danışırlar.

 

Ata, Nəriman Həsənov:

 

- 28 ildən bəri düşmən əsarətində qalan rayonlarımız, kəndlərimiz cəmi 44 günlük müharibədən sonra danşıqsız təslim oldular. Ali Baş Komandamızın rəhbərliyi  Ordumuza güc-qüvvət verdi - Qarabağ azad olundu. Azərbaycan Prezidenti tarixi ədaləti bərpa edib, xalqına əvəzsiz qələbə sevinci yaşatdı. İkinci Qarabağ müharibəsində oğlum Rəvanla birgə, döyüşlərdə iştirak etmiş, hal-hazırda isə hərbi qullugunu davam etdirən nəvəm Fərhadov İbrahimlə qürur duyuram.

 

Anası, Kərbəlayi Sevda Həsənova:

 

- Mən bu gün xöşbəxt zabit anası, igid polkovnik-leytenant  xalası və hal-hazırda da orduda qulluq edən əsgər nənəsiyəm. Anaya nə lazımdır? Övladının sağ-salamat olması. Bütün şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbr, yaralılarımıza Allahdan şəfa diləyirəm.Anaların  bir-birinə calanmış hörükləri, Allah dərgahında  eşidilən duaları hər zaman əsgərlərimizin cərgəsindədir. Halal olsun sizə analarınızın südü. Əlbəttə ki, birdə qüruru. O qürur ki, xalqımızın qeyrətinin rəmzi olacaq.

 

Dayısı, Nizami Abdullayev:

 

- Rəvanla həmişə fəxr eləmişəm. Bizlərə ən böyük təsəlli Ordumuzda qullq edən Rəvan kimi qəhrəmanların varlığıdır. Əlbəttdə bütün bunların hamısı Ali Baş Komandamızın göstəricisidir.

 

Yeznələri Emin Sabir oğlu: - Qardaşım Samir də şəhid oldu; qardaş dərdi çəkənlər bilir nə çəkirəm. Rəvan mənə qardaş əvəzidir. Onunla qürur duyuram. Onu da itirmək istəmirəm. Allah Ordumaza güc-qüvvət versin. Bir də analar göz yaşı axıtmasın!  Ordumuzun rəşadətli qələbəsi millətimizin əyilməz olduğunu bir daha qan yaddaşımıza yazdırdı.

 

Hal-hazırda Baş leytenant Rəvan Həsənzadə öz xidməti borcunu davam etdirir.

 

Biz hər zaman döyüşçülərimizə rəşadətli qələbələr, xoşbəxtlik, yeni-yeni uğurlar və can sağlığı arzulayırıq.  Prezident demiş; Qarabağ Azərbaycandır!

 

 

 

Sabir Samir Nemətzadə AYB və AJB -nin üzvü, Prezident mükafatçısı

 

Ədalət.- 2020.- 10 dekaber.- S.7.