Türkiyədə “Mifologiya elçisi Kamal Abdulla ərmağanı”
kitabı işıq üzü görüb
Türkiyədə Xalq yazıçısı,
akademik Kamal Abdullanın
70 illik yubileyi münasibətilə “Mifologiya
elçisi Kamal Abdulla ərmağanı”
adlı kitab işıq üzü görüb.
525.az xəbər verir ki, kitab yazıçı,
elm adamı və ictimai xadim Kamal Abdulla şəxsiyyətinə sonsuz
sevgi, ehtiram, tükənməz arzu və diləklərlə
yanaşı, həm də Kamal Abdullaya həsr edilmiş dünya filoloji fikri üçün önəmli olan elmi məqalələri özündə birləşdirir.
Kitab təkcə məzmun zənginliyi ilə deyil, orada yer
alan imzaların
coğrafiyası və
müxtəlif sahənin
insanları olması ilə də olduqca maraqlı və diqqətçəkəndir.
Nəşrin ön sözünün müəllifi məşhur
türkoloq, professor Əhməd
Bican Ərcilasun bu kitabı sadəcə yubilyara onu sevənlərin arzu və diləkləri
kitabı deyil, həm də türkologiya üçün
elmi ağırlığı
olan əsər adlandırır. O qeyd edir ki, kitab
onu sevənlərin
Kamal Abdullaya ərmağanı
yox, həm də Kamal Abdullanın türkologiya elminə, filologiya elminə olan ərmağanıdır.
Bu günə qədər
ərmağan kitabları
Türkiyədə yalnız
yerli ziyalılar, ədəbiyyat və elm adamları haqqında hazırlanıb. Bu ənənə
indi də davam etməkdədir.
İlk dəfə Türkiyədə
başqa bir ölkənin nümayəndəsi
olan görkəmli dilçi alim, türkoloq və yazıçı Kamal Abdulla haqqında
eyni formatda “Mifologiya elçisi Kamal
Abdulla ərmağanı” adlı
kitab hazırlanıb.
Bu Azərbaycanın elm və mədəniyyət
tarixində də ilk belə hadisədir.
Yeni nəşrdə
təkcə Türk dünyasının deyil, dünyanın müxtəlif
ölkələrinin bir
çox görkəmli
elm adamlarının, ictimai
xadimlərinin imzalarını
görə bilərik. Kitabda Şeyxülislam Allahşükür
Paşazadə, Anar (Azərbaycan), Oljas Süleymenov (Qazaxıstan),
Zeynep Qorxmaz (Türkiyə), Mirfatix Zəkiyev (Rusiya-Tatarıstan),
Franko Kardini (İtaliya), Maks Statkeyeviç (ABŞ) kimi
bir çox görkəmli yazarların,
elm adamlarının, ictimai
xadimlərin Kamal Abdulla haqqında
ürək sözləri,
təbrikləri, elmi araşdırmaları, həmçinin
Türk Dil Qurumunun rəhbəri
professor Gürer Gülsevinin,
PİAC-ın prezidenti professor Barbara Keilner Heinkelenin, Yunus Əmrə İnstitutunun direktoru
professor Şərəf Atəşin,
İranın Qərbi
Azərbaycan valisi Məhəmməd Rza Porməhəmmədin, Ukrayna
Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vaskonun,
Özbəkistan Daşkənd
Özbək Dili və Ədəbiyyatı
Universitetinin rektoru
professor Şöhrət Siracəddinovun,
Fransa Senatının sabiq üzvü, Fransa-Azərbaycan Dostları
Assosiasiyasının prezidenti
Jean-François Manselin yubiley
münasibətilə ünvanladıqları
xoş arzuları yer alıb.
İstər yazıçı, istər elm təşkilatçısı və
alim, istərsə də ictimai xadim kimi Kamal
Abdullanın elmi və ədəbi yaradıcılığı, onun
Dövlət müşaviri
kimi ictimai fəaliyyəti, ölkəmizdə
həyata keçirilən
multikulturalizm siyasətindəki
rolu və digər çoxşaxəli
fəaliyyəti Almaniyadan
Ziqlinder Hartmann, Hendrik Boeşeton, Florian Rupp, Messud Əfəndiyev,
Orxan Aras, Klaus Volf, ABŞ-dan Connah Scott,
Adnan Xan, Tehmina Xan, Kamal
Silay, İngiltərədən
Anne Tompson, Neil Vatsaon, Türkiyədən
Əhməd Bican Ərcilasun, Tuncer Gülənsoy, Saim Sakaoğlu, Osman Fikri Sertkaya, Fikrət Türkmən və digər alimlərin, Yaponiyadan İçiro
İto, Takayuki Yokota-Murakami, Qazaxıstandan
Oljas Süleymenov, Erden Kajibekov, Braziliyadan Sudha Svarnakar, İtaliyadan Elizabetta Raqaqnin, Franko Kardini, Sandro Teti, İrandan
Məhəmməd Rza
Porməhəmməd, Rusiyadan
Yuri Polyakov, Aleksandr Bondarev, Georgi Pryaxin, Aleksandr Nesterov, İvan Qolubniçiy, Lev Anninski, Lyudmila
Lavrova, Radif Zamaletdinov, Alfiya Yusufova, Özbəkistandan
Nizaməddin Mahmudov, Şöhrət Siracəddinov, Serbiyadan Draqan B.Damyanoviç, Litvadan Vidas Kavalyauskas, Qrasilda Blaziene, İolanta Zabarskayte, Lione Lapiniskie, Gürcüstandan David Qotsiridze, İsveçrədən
Patrik Serio, Fransadan Klod Aliber, Eckhart Hötzel, Mişel Bozdemir, Andrea Brinyon, İspaniyadan Rafael Qusman, Türkmənistandan Muradgeldi
Soyeqov, Macarıstandan
Maria Kenesi, Culia Barsa, Polşadan
Yan Malicki, Kamila Stanek, Qrajina Zayonts, Misirdən Məhəmməd Haridi, Əhməd
Sami Elyadi, Rumıniyadan Liviya Kotorça, Lyudmila Bejenaru, İndoneziyadan Husnan Fannani, Ukraynadan Roman Vasko, Çexiyadan Eduard Qombar Azərbaycandan
Şeyx Allahşükür
Paşazadə, İsa
Həbibbəyli, Sabir
Rüstəmxanlı, Aydın
Ələkbərov, Ramiz
Rövşən, Rəhman
Bədəlov, Vilayət
Quliyev, mərhum
Tofiq Hacıyev, Vaqif İbrahimoğlu və digər görkəmli insanlar tərəfindən dəyərləndirilib.
Ümumilikdə 25 müxtəlif
ölkədən 121 elm
və ictimai xadimin yazıları bu kitabda Kamal
Abdulla işığında
bir araya gəlib. Bu dünya ziyalılarının,
Kamal Abdullanı sevənlərin ona və onun simasında
Azərbaycana ərmağanıdır
deyə bilərik.
Təkcə Kamal Abdulla deyil, bütün Azərbaycan elmi və mədəniyyəti
üçün böyük
əhəmiyyət daşıyan
kitabın baş redaktoru Əhməd Bican Ərcilasun, redaksiya heyətinin üzvləri Azərbaycan,
Türkiyə, Gürcüstan,
Rusiya, Fransa, İtaliya və Qazaxstandan olan elm adamları, tərtibçiləri isə
Azərbaycandan “Türkologiya”
jurnalının məsul
katibi dosent Elçin İbrahimov, Türkiyədən isə
“Türk Ədəbiyyatı”
dərgisinin baş redaktoru dosent Bəhtiyar Aslan və “Türk Ədəbiyyatı” Vəqfinin
müdiri İmdat Avşardır. Kitab “Türk ədəbiyyatı
nəşrləri” silsiləsindən
Yunis Əmrə İnstitutunun və Qafqaz Universitetlər Birliyinin birgə təşəbbüsü və
dəstəyi ilə nəşr olunub.
Kitabı yüksək
dəyərləndirən ön
söz yazarı və baş redaktoru məşhur türkoloq, professor Əhməd Bican Ərcilasun “Ərmağan”
haqqında fikirlərini
bu şəkildə ümumiləşdirir:
“Bence bu eser
yalnız Kâmal Abdulla’ya değil bizlere de bir armağandır. Kâmal Abdulla benim gözümde
Türk Dünyası
Türkoloji’sinin bir temsilcisi, bir nümayendesi gibidir.
Bu bakımdan eserin, bütün Türkoloji’ye
ve Türk Dünyası’na bir armağan olduğunu da söyleyebilirim”.
Ədalət.- 2020.-
10 dekabr.- S.8.