Tanrıdan
gələn nəğmələr
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Hər bir
söz, hər bir nəğmə o vaxt göyərir, o vaxt dillərə, ürəklərə yol tapır ki, onun mayasında Tanrı nuru olur. Və o Tanrı nuru da həmin sözü,
həmin nəğməni
elə kökləyir,
elə cilalayır ki, bütün mizrabları dilə gətirir, bütün ürəklərdə o söz,
o nəğmə zümzüməyə
çevrilir.
Azərbaycan ədəbiyyatının oxucu
üzünə hər
zaman açıq olan bir söz
adamı var. Bu ADAM Şahmar Əkbərzadədi! Ona görə bu adı və bu adamı xüsusi
vurğulayıram ki, onun barəsində, harda, kimin yanında
danışsan öncə
təəssüf dolu
bir "Ruhu şad olsun!" duasını eşidirsən.
Və həmin an bir daha
hiss edirsən ki, bu dünya
Şahmar Əkbərzadəsiz
qalmayıb. Və bu dünyanın xoşbəxtlik silsiləsində
bir yer də
Şahmar Əkbərzadəyə
məxsusdu. Bu yerdə o, məhz damarında, mayasında Tanrı nuru olan nəğmələri,
şeirləri ilə
qazanıb... qələmiylə
fəth edibdi...
Həyatımız bəzən anlarla, bəzən aylar, illərlə ölçülür.
Bu mənada
mənim düşüncəmə,
mənim inancıma görə, həyatları
zamanın heç bir ölçüsüylə
düz gəlməyən,
necə deyərlər,
zamana sığmayan, millətə Allah vergisi olan insanlar
var, söz adamları var. Məsələn, Nəsimi,
Füzuli, Xəqani, Molla Pənah Vaqif, Hüseyn Cavid, Müşfiq, Səməd Vurğun, Şəhriyar, Məmməd
Araz, Xudu Məmmədov, Nüsrət
Kəsəmənli... Və
Şahmar Əkbərzadə!
Bu adamlar zamansız yaşayanlar, zamanı öz sözləri ilə yaşadanlar, ifadə edənlər zümrəsinə
aiddilər. Ona görə ki, onların sözünün
damarında, mayasında
Tanrı nuru var. Tanrı nuru isə solmazdı,
sönməzdi, ölümsüzdü...
Əlimdəki kitabı neçə vaxtdı ki, vərəqləməkdən doymuram
və səhifələri
çevirdikcə Şahmar
Əkbərzadə ilə
söhbətlərim, görüşlərim
canlanır yaddaşımda.
Onu tanıdığım
günlərin bu xoş təəssüratını
yenidən yaşayıram.
Və xüsusi olaraq Şahmar Əkbərzadənin Çingiz
Aytmatov, Nurəddin, Rzayev, Xudu Məmmədov
və Bəxtiyar Vahabzadə ilə bağlı etdiyi söhbətləri yaddaşımda
təzələyirəm. Və
bir də baxıb görürəm
ki, "Xarıbülbül
nəğmələri" özü dil açıb deyir:
Göyçən, Dəlidağın hanı?
Xanbağı tək bağın hanı?
Külli-Qarabağın hanı?
Tutub səni
qan, ay Şahmar!
Qırxqız dərdin dənizləşir,
Gəlin qayan
kənizləşir.
Ta Şuşan
da Təbrizləşir,
Döy başına
yan, ay Şahmar!
Bu səsi
eşitmək, bu sədanı duymaq və ona dözmək
o qədər də asan deyil. Amma
Şahmar Əkbərzadə
özü deyir ki:
İblis əməlindən
heyrətlənirik,
Nə çıxar
havayı heyrətimizdən.
Utanıb, qızarır
şəhid heykəllər,
Birləşə bilməyən qeyrətimizdən.
Təbii ki,
söhbət ermənilərin
Qarabağda güllələdiyi
abidələrdən - Natəvanın,
Üzeyirin, Bülbülünün
abidələrindən gedir.
O abidələrdən ki, onlar həm
də xalqın, millətin ruhudu, onun təmsilçisidi, onun dünyaya təqdimarıdı. Məhz
bu yerdə Şahmar Əkbərzadə
Azərbaycan poeziyasının
minilliklərdən gələn
bir üslubuna da, bir deyim
tərzinə də, bir yanaşmasına da öz baxışını,
öz münasibətini,
öz düşüncə
və əqidəsini
hopdurur. Və nəticədə şeirimizin
Şahmar Əkbərzadə
məktəbi, olu, ulu Məmməd Arazın ifadə etdiyi fikir yoluyla
paralelləşir. Xalq
şairi Məmməd
Araz deyirdi ki, "məni qınayanın beləsi belə". Şahmar Əkbərzadə isə
deyirdi ki:
Şah babam
Xətai, ey Sultan Səlim,
Çaldıran deyəndə odlanıram mən!
Neçə əsrdi ki, düzəlmir belim,
Sizin yerinizə utanıram mən!
Utanım
yerinə, ey insan oğlu,
Bir yandan əcəldən fəryad
edirsən.
O biri yanda da zirehli-zağlı,
Ölüm silahları icad
edirsən!
Bir utanc qurumu qurardım
hökmən,
Əgər olmasaydı məni
qınayan,
Yerlərdən göylərdən utanıram
mən,
Utanım
yerinə, ay utanmayan!
Bəli, bax, sözün qüdrəti, sözün
fəlsəfəsi, sözün
kəsəri budur. Həmin qüdrəti,
həmin fəlsəfi
baxışı da, həmin
kəsəri də Şahmar Əkbərzadə
qələminə Tanrı
veribdi. Özü də bütün
dadıyla, tamıyla,
şirəsiylə, şəkəriylə.
Və bu böyük imkanların hesabına Şahmar Əkbərzadə
hamımıza deyir ki, bu məmləkət
təkcə Azərbaycan
deyil. Bu məmləkət
həm də Üzeyirbaycandı! Bunu deyən, bu hökmü verən Şahmar Əkbərzadə:
Aralı
düşmərik bir-birimizdən,
Əsli sən olmusan, Yanıq Kərəm mən.
"Dayna" kəlmənin də gündə yüz kərə,
Başına dolanıb hərlənərəm
mən...
... Torpağın nəğməkar,
daşın nəğməkar,
Yayılıb şöhrətin, şanın
hər yana.
Bir dahi oğlunun bar maqlarıyla,
Himni sən yazmısan Azərbaycana.
Adını Vətənə yaraşdırıram,
Üzeyirbaycanım, ey ulu binəm!
Ölməzlər yetirən boz torpağına,
Babam qurban olub, növbədə
mənəm!
Burdakı real mənzərə, burdakı
düşündürücü səhnələr əslində
Şahmar Əkbərzadənin
bir rəssam, bir rejissor qabiliyyətini
də, imkanlarını
da səpkiləyir.
Və oxucu görür ki, bu mənzərə, bu səhnə canlıdır. Özü də sözün
qüdrətiylə canlandırılıbdı.
Deməli, əvvəldə
söylədiyim zamana
sığmamaq fikri burda bir daha
özünü büruzə
verir...
Şahmar
Əkbərzadə sözün
şah damarından elə tuturdu ki, söz onun
quluna çevrilirdi.Onun
qələmin ucunda
mum edirdi və istədiyi formada oxucuya təqdim etməklə oxucunu heyrətləndirdi.
Və oxucu sözü təzə donda, təzə biçimdə, təzə
təqdimatda görürdü. Onun qatlarına
endikcə sözün
çalarları pardaxlanırdı
və nəticədə
həm oxucu, həm də Şahmar Əkbərzadə
özü sözün
sehrinə düşürdü.
Bax, şəxsən bir oxucu kimi
mən onun sehrində qurtara bilmədiyim bir nöqtədə dayanıb
ONA YANIRAM Kİ...
Ona yanıram ki, əsrlaər boyu
Sabahı düşünüb, daşınmadıq
heç.
Düşünmək haqqımız özgələrdədi,
Onu qaytarmağı
düşünmədik heç.
... Ona yanıram ki, xeyiri şərdən,
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik.
Bax, bu artıq sözün
həqiqi mənasında
bizim ürəyimizin,
bütövlükdə iç
dünyamızın mənzərəsidi.
Bizim gücümüzün, yanmaq,
yandıqmaq imkanımızın
ölçüsüdür. Bu ölçüyə kim uyğun gəlirsə, kim bu ölçüyə sığırsa, elə
o boyda da yanır, o boyda da yandırır. Axı yanmaq heç nədən elə-belə
baş vermir. O yanmaq üçün işində təəssüfkeşlik,
vətənsevərlik, millətsevərlik
rüşeymi, hüceyrəsi,
toxumu olmalıdır.Əgər
bu varsa, qığılcımdan alov
doğacağı qaçılmazdı,
danılmazdı. Çünki o hisslər səni el-oba üçün, sənə layla deyən dil üçün yandıracaqdı.
Bu gün başında
turp əkilən dilimizin harayına səsləyəcək. Və
sən o yanğıyla
deyəcəksən: ELİM LAYLA,
DİLİM LAYLA.
Zəngəzurda, Laçında kəndirləri
kəsilən,
Xocalıda, Şuşada bağrına
dağ basılan,
Mərcanlıda, Tərtərdə şaqqalanıb
asılan,
Yolum layla, a layla!
... Bir vaxt nərələr
çəkən, meydanda
pələng olan,
Salur Qazan boyuyla başıma
çələng olan,
Rəzillərin ucundan qısalıb
gödək olan
Dilim layla, a layla!
Köksü çarpaz dağlanan,
varı-yoxu dağılan,
Yad ələ baxa-baxa gözünə qan sağılan,
Çöllərdə çölsüz
qalan, vətəndə
elsiz qalan
Elim layla, a layla!
Məncə millətin, məmləkətin
ağrı-acısını, sızılıtısını, faciəsini, itirdiklərini
bundan bitkin, bundan duyumlu, bundan həssas şəkildə ifadə
etmək mümkün
deyil. Ona görə bu fikirdəyəm ki, dediklərimin mayasında yanğı var, yaşamaq, yandırmaq var.
Bu da Şahmar Əkbərzadə
yanğısıdır! Bu da Şahmar Əkbərzadə
ismarıcıdır! Oxucu
bu yanını, bu ismarıcı az qala gözüyumulu qəbul edir.
(ardı
gələn sayımızda)
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2020.- 15 dekabr.- S.-7