Dünyanın diqqətində olan
parad!
10 dekabr 2020-ci il
Azərbaycan tarixində
yaddaqalan günlərdən
biri oldu. Həmin gün müzəffər Ordumuz 44 günlük müharibədə göstərdiyi
əfsanəvi qəhrəmanlığın
hər bir anını özündə
ifadə edən düşməndən götürülmüş
hərbi qənimətləri
də meydanda nümayiş etdirirdi.
Bu təntənəli mərasimdə "Bir millət, iki dövlət!" olan Azərbaycan və Türk Ordusu dünyanın gözü
qarşısında çiyin
çiynə dayanmışdı.
Bax bu idi
Türkün böyüklüyü!
Bax bu idi
bizim bir millətin Ordusunun qüdrəti! Onu bütün dünya gördü, bir daha tanıdı və hələ zaman-zaman da bu möhtəşəm paradı
tədqiq edəcək
və düşmənlər
yuxularını qarışdıracaqlar!..
Biz bir xalq olaraq
həmin gün yaşadığımızın təəssüratlarını öyrənmək üçün
oxucularımıza üz
tutduq:
Professor Qulu Məhərrəmli: “Tarixi Zəfər paradının bu şəkildə möhtəşəm
keçirilməsi çox
vacib idi: Xalqın içində kök salmış ağrı-acılarla yanaşı,
özünə yer eləmiş məğlubiyyət
havası da sürətlə
əriyib gedir, onun yerini şüurlarda
möhkəmlənən “qalib
xalq” və “qalib ordu” obrazı
tutur. Belə psixoloji üstünlük
şəraitində oyanmış
milli ruhu milli qürur və milli heysiyyət
qidalandırır. Qarşıdakı milli problemlərə bu prizmadan baxanda
onların həllini də dəqiq görə bilirsən.
Deməli, önəmli olan
bu tarixi Zəfərin qazanılması
idi.
44 günə bu
Zəfəri qazanan Xalqa, Orduya, Ali Baş Komandana və bir də
ürəyi daim bizimlə döyünən
Türkiyəyə dərin
ehtiramlar!”
Professor Vüqar Əhməd: “Zəfər paradı Azərbaycan tarixində qızıl hərflərlə
yazılan tədbir, ən şanlı səhifəmiz idi. Paradı göz yaşları ilə izləyirdim. Sevincdən ağlamışam. Türkiyə
Cümhuriyyətinin Prezidenti
Rəcəb Tayyib Ərdoğanla Ölkə
Başçımız Cənab
İlham Əliyevin çıxışları o qədər
məzmunlu, o qədər
Vətənpərvər, Türkçülük
ruhunda, siyasi tarixi idi ki,
mən hər ikisi ilə fəxr elədim. Allah hər iki
Prezidenti Türk dünyasına çox görməsin. Hər ikisinin
gözəl natiqlik qabiliyyəti, siyasi-tarixi savadları çox qürurverici idi.
Bilirsiniz, Azərbaycan tarixində torpaqlarımızın birləşdirilməsinin
nəticəsində keçirilən
ilk qələbə paradı
idi. Bu parad ermənilər üçün
göz dağı idi. Bu parad
bütün Türk dünyasının paradı
idi.
Paradla bağlı
bir məqamı qeyd etmək istəyirəm ki, bununla bağlı da bir şeyi deyim,
o vaxt bizim məcburi köçkünləri
ermənilər dədə-baba
torpaqlarından qovanda
maşınlarını da ələ keçirmişdilər. Bax ələ
keçirilmiş o maşınların
nömrələrindən hasar
tikmişdilər. İndi
biz onlara göstərdik
ki, o maşınların
əvəzində sizin
hərbi qənimətlərin
nömrələri üzərində
biz “Qarabağ Azərbaycandır!”
yaza bilərik və yazdıq. Cənab Prezidentimiz sağ olsun. O nömrələrdən
hazırlanmış tablo
ermənilər üçün
tərs şillə idi.
Paradda çox
yaddaqalan məqamlar var idi. Digər vacib
bir məsələyə
toxunum. Cənab Prezident paradda
söylədi ki, İrəvan, Zəngəzur,
Göyçə də
bizim tarixi torpaqlarımız olub.
Bu sözləri Ali Baş Komandanın dilindən eşitmək gözəl idi.
Mən yenə
də deyirəm, Allah
xalqımızı, Türk
dünyasını, Cənab
Rəcəb Tayyib Ərdoğanı və Cənab İlham Əliyevi qorusun. Qarabağ
Azərbaycandır!”
Xalq artisti Mənsum İbrahimov: “Paradla bağlı o qədər
gözəl hisslərim
var ki. Ölkəmlə,
Dövlətimlə, Ordumuzla,
Xalqımızla qürur
duydum. Dünən bir daha Xalq Ordusu ilə
birləşdi. Məni ən
çox qürurlandıran
Türk Ordusunun Azərbaycan Ordusu ilə paradda birgə iştirakı idi. İnsanların əlində, şəhərin
hər tərəfində
Türkiyə və Azərbaycan bayraqları dalğalanırdı. Bu dünyaya bir mesaj idi ki,
bu millət birdir və kimsə ayıra bilməz. Bununla yanaşı erməni
maşınlarının nömrələrinin
lövhədə həkk
olunması başqa qürur idi. Xatırlayırsınızsa, ermənilər demişdi
ki, bizim texnika Bakıya yeriyəcək. Onların texnikası
Bakıya gəldi, amma hərbi qənimət kimi. Ermənistan hər tərəfli məğlub olmuş ölkədir. Orada artıq
matəmdir. Artıq bizim
ölkəmizə kimsə
təcavüz edə bilməz. 44 gün ərzində dastan yazmış bir dövlətik. İnşaAllah ki, Qarabağda
quruculuq işləri görəcəyik, orada festivallar, tədbirlər keçirəcəyik.
Bir mədəniyyət
xadimi, vətəndaş
kimi paradı görüb qürurlandım,
gözlərim doldu. Bütün bunları
Şəhidlərimizin ruhuna
borcluyuq. Biz Şəhidlərimizə görə
torpaqlarımızı qaytardıq.
Allah Şəhidlərimizə
rəhmət eləsin”.
Publisist,
filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu:
“Zəfər Paradı
böyük bir hərbi quruculuq siyasətinin məntiqi nəticəsi idi. Eyni zamanda, iqtisadi cəhətdən güclənmə,
siyasi cəhətdən
formalaşma, beynəlxalq
arenada təşkilatlanma,
daxili sturukturda möhkəmlənmə və
mənəvi-psixoloji cəhətdən
yetkinləşmə prosesinin
kulminasiyası idi.
Biz qalib ölkənin
Lideri olan Prezident İlham Əliyevin rəhbərliyi
ilə dövlət və xalq olaraq
bu gün üçün hazırlaşdıq,
səfərbər olduq,
döyüşdük və
qələbə qazandıq.
Azərbaycanın yüz illik müstəqil dövlətçilik
tarixində cəmi 7 hərbi paradı keçirilib. Bunun 5-ni Cənab İlham Əliyev keçirdib.
2008-ci ildə ilk paradı, 2011-ci ildə II
paradı, 2013-cü ildə
Silahlı Qüvvələrin
95 illik yubiley paradını, 2018-ci ildə
Ordumuzun 100 illik möhtəşəm paradını
keçirtdi. Nəhayət,
2020-ci ildə “Dəmir
yumruq” əməliyyatının
sonunda müzəffər
Ordusundan Qalibiyyət Paradını-Zəfər Paradını
qəbul etdi!
Bir məsələni də qeyd etmək
istəyirəm ki, hələ Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ respublikasının qanunsuz
prezident seçkilərini
dəstəkləyərək, Arayik Harutyunyanın inaqurasiya mərasimində
iştirak etmək üçün böyük
heyətlə Şuşaya
gəlməyini planlaşdıranda,
bizim cəmiyyətdə
Şuşanı və
ya Xankəndi aeraportunu vurmaq üçün çağırışlar
səslənirdi. Hətta
kifayət qədər
ziyalı, siyasi baxımdan savadlı insanlarımız da Ali Baş Komandandan
bu addımı gözləyirdilər. Artıq
trendə çevrilmiş
“Vur komandir, vur!” sözlərini sosial mediada gündəmə çıxartmışdılar.
Cənab Prezident neylədi? Siyasi yetkinlik göstərdi. Ali Baş Komandan
beynəlxalq hüququn
yol verdiyi imkanları götür-qoy
etdi, dövlətin hərbi strategiyasını
və taktikasını
nəzərdən keçirdi.
Tam zamanında əks-hücum əməliyyatına
dair əmr verdi və hərbi
arsenalı səfərbər
etdi. Müharibəni həm hərbi, həm siyasi, həm də informasiya cəbhəsində
paralel apararaq, demək olar ki, hər gün
daxili və xarici auditoriyaya açıqlama verdi. Beynəlxalq hüquqdan bir zərrə belə kənara çıxmadan xalqı, ordusu ilə birlikdə mütəşəkkil Vətən
müharibəsi apardı.
Nəticə təbii
olaraq Zəfər Günü ilə sonlandı. Uzaqgörən
siyasətin nəticəsində,
Şəhidlərimizin Vətən
torpağını suvaran
müqəddəs qanı
bahasına və
qazilərimizin igidliyi
sayəsində biz bu gün qalib
xalqıq. Qalib xalqın Zəfər Paradını yüksək
coşqu ilə keçirdik. Qələbəmiz
mübarək və baqi olsun! Azərbaycanın
Zəfər Paradı
siyasi mahiyyəti, coşqusu ilə bərabər, mühüm
mesajları ilə tarixin yaddaşında qalacaq!”
Rövşən Tahir
Ədalət.- 2020.- 12 dekabr.- S.3.