“Yaşıl simfoniya”nın
adamlari
...Bizim taleyimiz
muraz üstdəymiş,
Yad səsə,yad
ruha qarışmamışıq.
Yaxşı ki,anamız namaz üstdəymiş,
Yaxşı ki,yad dildə danışmamışıq!
...İlanın musiqini çox sevdiyinibilirik.Sən demə,şeiri
də çox sevirmiş.Həm də saxta olmayan,yad,özgə dilində yox.doğma dildə səsləndirmək
istədiyin şeiri.
Şair Zabil
Pərviz danışır
ki,”Bir dəfə
dostlarımla birgə
Muğanın ucqar bir yerində süfrə açdıq.Sonra
öyrəndim ki,həmin
yer zəhərli ilanlar yatağıdır.”
Bəs onda
nə yaxşı ilanlar onlara-Zabilgilə zərər vurmamışdılar?Cavab
çox sadədir:
Onlar doğma Azərbaycan dilində şeirlər oxumuşdular!
Sehirlənibmişlər ilanlar.
Ovsunlanıbmışlar!
Adətən ilanla adamı ovsunlayırlar.
Bu dəfə şeirlə ilanları ovsunlamışdı
şairlər!
Ölümsüz nəğmələr yazanlara,ölümsüz nəğmələr oxuyanlara
kim qıyar ki?!
Tərs
kimi də olasan ilan, özü
də zəhərli!..
Bir məclisdəki ”Söz sözün
oduna baş alıb getdi,şeir sahilinə,söz sahilinə!”orda o vaxt
zəhərli ilanlar
da necə çəkilməyə
bilərdilər həmincə
şeir-söz sahilinə?
Yazdığı və oxuduğu gözəl şeirlərə
görə özünə
və dostlarına ilanların belə toxunmadığı şairə
necə toxuna bilərdilər.
Ona Yazıçılar
Birliyinə üzv olmaq üçün zəmanətin birini böyük ustad-Xəlil Rza Ulutürk yazıbmış.
Heç
kim inanmaz,desəm
ki,bu gün 65-lə
70-in arasında olan çox istedadlı (və şəxsiyyətli!)şairimiz hələ
də Birliyimizə üzv deyilmiş.
Niyə?!
Bu belə olub.
Gəlin,Zabil Pərvizin özünü dinləyək:
“Üç unudulmaz şair-Xəlil Rza Ulutürk,Əhəd Muxtar
və Mustafa İsgəndərzadə
mənə zəmanət
verdilər.Yazıçılar ittifaqının katibi Cabir Novruz məni
mehribanlıqla qarşıladı.Ərizəmin
üstünə dərkənar
qoydu.Sənədlərimi qeydiyyat
şöbəsinə verəndə
dedilər ki,bu sənədlər Moskvaya gedəcək.Moskvanın isə
bu gün Xəlil Rzanı görən gözü yoxdur,onun zəmanətini dəyişdir,sakit,dinc bir
adamdan zəmanət al.Yoxsa sənədlərin
geri qayıdacaq.Qovluğu
qoltuğuma vurub dedim:
-Mən Xəlil Rzanın zəmanətini Moskvanın üzvlük biletinə dəyişə
bilmərəm!
Dedim və sənədlərimi
götürüb getdim.”
Olsun ki, belə bir
əsl kişi
hərəkətini o vaxt
qulaqardına vuranlar olmuşdu. Amma əminəm ki,ilanlar
eşitmişdilər,”Əhsən,şair,
Əhsən!”demişdilər!Və bu
əhvalatı eşitdikləri
vaxtdan insanların yerinə utanmışdılar...
“Pərviz “təxəllüsünü
bu şair təsadüfən götürməyibmiş.Sən
demə,”Pərviz”-qanadlı ulduz deməkmiş.Və ona görə də şeirlərindən birində
“Biz qanadlı doğulmuşuq,yarı insan,yarı işıq!”deməyə
haqqı vardır!
O,böyük nəfəsli
şairdir!
Bunu mən demirəm,bunu
onun öz şeirləri,bəndləri,beytləri deyir:
Mən nə yarımallaham
Nə “paxıl”heykəltəraş,
Mənim
nəğmələrimdə
qanadlanıb uçar
daş.
Məncə ilanlar Zabilin qanadlarını da görmüşdülər.Məncə
ilanlar o gün Zabilgilə təkcə yazdıqları doğma ruhlu,doğma dilli şeirlərə görə yox,həm də yaxşı oğlanlar olduqları üçün toxunmamışdılar.Özlərinə
məxsus və mənsub olduqları millətin ruhuna uyğun cəhətlərinin
çox olduğu üçün dəyməmişdilər!
Zabilin adı çox güman ki,Zabil”Zabil-segah”sözündəndir.Odur
ki,özü də etiraf etdiyi kimi,şeirlərində
Muğam ruhu,Muğam havası yaşayır.Və
bu ruhu duymayanları
ustadı X.R. Ulutürk
sayağı döyməkdən,qamçılamaqdan
bezmir,usanmır, deyir:
Muğamlar qanadlı qızıl
çayları,
Göyləri fəth edib döndü fatehə.
Allahla danışan kamanı,tarı.
Siz ki,duymursunuz,sizə “Fatihə!”
Çoxları oda düşməkdən
qorxur.Yaşamaq odunamı?Şairlik odunamı?Sevgi
odunamı?.
Bir sözlə,nə odu olursa olsun
...Zabil yazır:”Qorxuram bu oda
bir də düşməyəm?!”
Özü də çəkinə-çəkinə
yox,qanadlana-qanadlana,uça-uça!
O,əslində oda təzə ha düşməyib.Bəlkədə
ana bətnindən,dünyaya
gələndən düşüb.Elə
yaşamağa başladığı
gündən düşüb.
Şair
olduğu gündən
düşüb!
Həmişə od izindədir.
Özünü yaşıl Gülüstanlar
içində sanır.
Təkcə şeir ha yazmır,bəstəkarlıq da edir,”Yaşıl simfoniya”sını
bəstələyir,ərzə bəyan edir...
Onun şeirlərində
nə varsa yaşıllığa bürünüb.
Hər misrasında
baharla payız qol-boyundur.
Baharında payız qoxusu...payızında bahar var.
Bu bahar –payız (bu od – bu
yaşıllıq içində!)ilk kitabını “Yarı qönçə,yarı
gül”adıyla çap
etdirən şair ömrü boyu”vətəndaş”markalı
vətənbazlara anlatdı
ki,gəlin “Yarı gül,yarı da insan olaq biz.”Bunu da deməyi özünə
borc bildi ki,”İnsanı bir misra möcüzə,
sehr Allahlar yanında zirvəyə çəkər.”
Bu misraları yazanda inanıram ki,o,ulu
şeyx Nizaminin “Şeir səni Sidrədə oturan bir şəxs edər”fikriylə tanış
deyildi.
Zabil bir şeirini dil- ədəbiyyat müəlliminə həsr
edib.Sən demə,o müəllim hər dəfə şagirdlərinə sözün
təzə sətirdən,abzasdan
necə başlamağın
sirrlərini də öyrədirmiş.
Bu mənada məncə hər şair də təzə sətirdən,abzasdan başlanır.Zabil Pərviz
kimi.
Sən bura dünəni qırıb gəlmisən,
Demirsən yazarsan təzə bir dastan?!
Bacarırsan,buyur,bu meydan,bu
sən,
Amma...təzə sətir,təzə abzasdan!
Zabil Pərviz gözü –könlü tox şairdir.Şeirlərində nə
istəyirsən var:Çöl genişliyi.Böyük
şair amalı!Çeşmə
duruluğu!Bütöv Vətən
yanğısı!
Şair
üçün bundan
böyük nə mükafat ola
bilər ki!
O,Allahdan xələt,könüldən
mükafat uman şairlərdəndir.Doğru demirmi,
görün:
Ölümsüz nəğmələr yazaq,
Ömrü ölümdən qoparaq.
...Əsl ölməz mükafatı
Ey könül.səndən qoparaq!
...Ağac kölgəliyi adətən burulub sərinlənməkdən,altında
dincəlməkdən ötrüdür.
Zabil kimi şairlər üçünsə kölgəlik
yalnız yorğunluğunu
çıxarmaqdan ötrü
deyilmiş:
Söykənmişəm qirx illik,
Gövdəli bir söyüdə.
Yaxır,
yandırır məni
Onun kölgəliyi
də.
Və şairlik həm də beləcə başlayırmış.Ağac kölgəsində sərinləyə,dincələ bilməməkdən!Bu
hissləri şairin “Yaşıl simfoniya”poemasını(əsərini!)oxuduqca
keçirtdim.
Z.Pərvizin ürəyi yanından
asma su kanalları
keçən yerlərin,ağacların,otların
yanındadır.Onun asma
kanalllardan xoşu gəlmir.O,doğru qənaətə
gəlir ki,belə kanallar olan yerdə
betonlar imkan vermir ki,yanındakı
(lap sahilində -burnun
ucundakı)ağaclar,otlar
su içsin.Belə yerlərdə şair çox düz deyir ki:
Qıvrılıb ilan kimi
Ot yanır,yarpaq yanır.
Üstündən sular keçir,
Altında torpaq yanır!
Şairin
nəzərində az
qala Araz da asma(beton)kanaldır.
O tayını da yandırır,bu tayını da!
Di gəl ki, bu
boyda yanğıların(yanğınların)quraqlıq bərkçilərinin
içində şairin
bütün sözləri
baharla doludur,yaşıllıq
(lar)içindədir.
Onun şeirləriylə ömrün
xəzanında,ömrün
90-ında,yüzünə də ömrün yaşıllığına
–baharına qayıtmaq
olar!
Dünya
yaxşılardan ,təmiz ürəkli
adamlardan xali deyilmiş hələ ki:
Dünyada təmizlik qalıbdı
vallah,
Gözün bağlanmasın zalım
balası!
...Dünyada yaxşı .şair də (şairlər də)qalıbmış hələ ki:
Əsl sənətkara,əsl sənətə,
Hələ bu dünyada qulaq asan var!
...Hələ yaradan var,hələ yazan var!
Barat Vüsal
Ədalət.- 2020.- 12 dekabr.- S.14.