Şirvan bülbülü
– Aşıq Şakir
Hacıyev
Məşhur el aşığı,Aşıq
Bilalməktəbinin yetirməsi
və Şirvan aşıq mühitinin ən tanınmış nümayəndələrindən biri Aşıq Şakir 1922-ci il yanvarın 25-də Ağsu
rayonunun Xəlilikəndində
dünyaya gəlmişdir.O
zamanlar bu kənd digər bir neçə qonşu kəndlərlə birlikdə Kürdəmir rayonunun ərazisində olub. Sonralar Ağsu rayonu təşkil ediləndə Xəlili kəndi də həmin rayonun tərkibinə daxil edilib.
Şakirin atası
Şahverdi kişi sadə bir kəndli,
anası Soltanxanım
sadə kəndli qızı – evdar qadın olub. Şakir 1939-cu ildə Ağsu rayonunun Ərəbmehdibəy kənd
məktəbinin səkkizinci
sinfini bitirib. Aşıqlıq sənətinə böyük həvəsi olduğunu nəzərə
alan valideynləri onu göyçaylı aşıq Mürsələ
şəyird veriblər.
1941-ci ildə Böyük
Vətən müharibəsi
başlananda cəbhəyə
yola düşən Şakir 1941-1945-ci illərin
Böyük Vətən müharibəsində və
Sovet-Yapon müharibəsində
iştirak edib. 1947-ci ildə ordudan tərxis olunduqdan sonra Kürdəmirə gələrək mədəniyyət
evində işə başlamış və ömrünün axırınadək
aşıqlıq sənəti
ilə məşğul
olub, saz tutub, söz qoşub, öz gözəl, məlahətli səsi,
gözəl mahnıları
ilə çox qısa müddətdə
şöhrətlənmişdir. 1950-ci ildə Azərbaycan
SSRİ Nazirlər Soveti
yanında İncəsənət
İşləri İdarəsi
tərəfindən aşıq
Şakirə "Xalq
aşığı” fəxri
adı verilmişdir.
1955-ci ildə Şakir Hacıyev Kürdəmir rayonunun Mollakənd seçki dairəsindən Azərbaycan
Ali Sovetinə deputat seçilmiş.Qeyd
etmək lazımdır
ki, bu etimad
aşıqlar arasında
yalnız Şakirə
qısmət olmuşdur.
Yəni Şakir aşıq kimi yeganə adam idi ki, deputatlıq
mandatı məhz ona verilmişdir.
1961-ci ildə
Azərbaycan aşıqlarının
III qurultayına nümayəndə
seçilmiş Azərbaycanın
sənət korifeylərinin
– Bülbülün, Fikrət
Əmirovun, Niyazinin, Mirzə İbrahimovun iştirak etdikləri bu qurultayda aşıq
Şakir də geniş məruzə ilə çıxış
etmişdir.
Aşıq Şakir
istedadlı sənətkar
kimi vaxtilə Azərbaycanın Moskvada keçirilmiş mədəniyyət
və incəsənət
ongünlüklərində respublikamızı layiqincə
təmsil etmiş və mükafatlara layiq görülmüşdür.
Azərbaycan mədəniyyətinin inkişafı sahəsində
xidmətlərinə görə
1967-ci ildə Azərbaycan
Respublikası Ali Sovetinin fərmanı ilə aşıq Şakir Hacıyevə
"Əməkdar Mədəniyyət
İşçisi” fəxri
adı verilmişdir.
1967-ci ildə aşıq
Şakir Ümumittifaq
Özfəaliyyət İncəsənəti
Festivalının respublika
baxışında
qazandığı yaradıcılıq
uğurlarına, eləcə
də 1972-ci ildə keçirilmiş respublika
miqyaslı təntənəli
müsamirədə birinci
dərəcəli diplomlarla
təltif olunmuşdur.
Aşıq Şakir 2
dastanın, 20-yə qədər
qoşma, gəraylı
və müxəmməsin
müəllifidir.
1957 və 1960-cı illərdə Bakıda nəşr olunmuş
"Aşıqlar”, 1970-ci ildə
nəşr olunmuş
"Aşıq sözü”
kitablarında aşıq
Şakirin onlarca şeir və qoşmaları dərc edilmişdir.
Aşıq Mirzə
Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq
qüdrətinə görə
bir məktəbə çevrilib,Şirvanaşıq sənətinin inkişafında
müstəsna xidmətlər
göstərib. Aşıq
Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü
yaşayırdı, söyləsək,
yəqin ki, yanılmarıq.
Onun lirik
havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi
olaraq yaşayır.
"Kəndimiz”, "Maral”,
"Telli sazım”,
"Nə bağ bildi , nə də bağban”, "Şirvan şikəstəsi”,
"Döymə Kərəm”,
"Bakı”, "Bala
nərgiz” havalarını
yəqin ki, sazsevərlər ömür
boyu unutmayacaqlar. O, muğam sənətinin də mahir bilicisi
və bənzərsiz
ifaçısı olmuşdur.
Aşıq Şakirin
bir vaxtlar yaşadığı küçəyə
onun adı verilmişdir. Həmçinin
Kürdəmir rayonunda
bir kənd mədəniyyət evi aşıq Şakirin adını daşıyır.
Aşıq Şakir
1979-cu ildə aprelin
10-da, 57 yaşında vəfat
etmiş və Kürdəmir qəbiristanlığında
dəfn edilmişdir.
Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru
Ədalət.- 2020.- 4 iyul.- S.13