GƏNCƏNİN 100 YAŞLI QƏZETİ 

«Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir».

İlham ƏLİYEV

 

100 rəqəminin qəribə cazibəsi var. Nəyinsə qədimliyini, tarixinin çox-çox əvvəllərə aid olmasını göstərmək üçün 100 rəqəmini misal gətirirlər. "100 ilin işidirdeyirlər. Yaxud da daha qətiyyətli, daha inamlı olduğunu sübuta yetirmək üçün "100 il qalsa dakəlməsi ilə işin mümkünsüzlüyünə inam yaratmağa çalışılır. Demək, 100 elə bir rəqəmdir ki, onda həm tarixilik, qədimlik, həm yaş, həm inamın inadın gücü öz təsdiqini tapır. 100 il həm bir əsr deməkdir. Yerin, göyün, yaranmışların tarixinin ölçüldüyü əsr!

"Gəncənin səsiqəzetinin tarixini öyrənmək üçün müraciət etdiyimiz qəzet toplularında 100 ilin - bir əsrin müdrikliyinin dəfələrlə şahidi olduq.

100 ildə Gəncə dəyişibmi? Çətinliklərə, məhrumiyyətlərə necə sinə gərib? Mədəniyyətini, tarixini, adət-ənənəsini qoruyan xalqa arxa-kömək olubmu? Dilimizin şirinliyinə, rəvanlığına töhfə verə bilibmi? Bir-birindən fərqli iki ictimai-iqtisadi formasiyalarda oxucu itkisinə məruz qalmayıb ki?

Oxucunu inandıra bilməsən, onun istədiyini təqdim etməsən, səndən uzaqlaşa bilər. Lakin bütün arxiv materiallarında, saralıb-solmuş qəzet səhifələrində bir məqamın şahidi olduq. "Gəncənin səsiadı dəyişilsə , amalı dəyişməyib. Daim insanların arzusuna qanad, sevincinə şərik olub. Yeri gələndə hakim olub, doğru yolu nişan verib. Şəhidinə yas tutub, uğurlara yol açıb. Nəbzi Gəncə ilə birlikdə vurub. Müxtəlif dövrlərin kəskin qadağalarına baxmayaraq jurnalistlər ürəklərindən keçənləri hiss etdirməyə çalışıb. Bu, heç hər zaman uğurlu alınmayıb. Təsadüfi deyil ki, ən dəyərli ziyalılarımız repressiya qurbanı olublar. "Qırmızı Gəncə”nin (1920) ilk redaktorları Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov, qəzetin məsul katibi Cəfər Bağır belə tale yaşayıblar. Milli-mənəvi dəyərlərimizə sahib çıxdıqları üçün, xalqın ruhunu oxşayan fikir söylədiklərinə görə "xalq düşmənidamğası ilə "mükafatlandırılıblar”.

"Kirovabad bolşevikiqəzetinə qədər çıxan "Qırmızı Gəncəərəb əlifbası ilə, "Zərbəlatınla, "Kirovabad bolşevikikirillə çıxıb. İşlətdikləri əlifba kimi deyim tərzi fərqli olub. Yəni "Zərbə”də türk ləhcəsi qabarıq hiss olunsa da, "Kirovabad bolşeviki”ndə rus terminləri daha çoxdur. "Zərbə”də yazıların böyük əksəriyyəti imzasız verilib. Sonrakı dövrdə nəşr olunan qəzetin özəlliyi isə birinci səhifədə ittifaq respublikalarından verilən çox miqdarda xəbərlərin yer almasıdır. Elə digər səhifələrdə ozamankı SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) xətti ilə verilən materiallar çoxluq təşkil edirdi. Tənqidi yazılar əvvəlki adla çıxan qəzetlərdə vaxtaşırı verilib. Hətta bunu qara lövhə formatında təqdim ediblər.

Gəncə kimi qəzetin adı dəfələrlə dəyişib, taleyi keşməkeşli olub. Müxtəlif arxivlərdə apardığımız araşdırmalar zamanı qəzetin adının 7 dəfə dəyişdirilməsi bir daha təsdiqini tapıb. Qəzet 1920-ci ilin may ayının 5-də "Qırmızı Gəncəadı ilə ilk dəfə işıq üzü görüb. Beləliklə, "Qırmızı Gəncə”, "Zərbə”, "Kirovabad bolşeviki”, "Kirovabad fəhləsi”, "Gəncə kommunisti” (Gəncə vilayət mərkəzi olduğu zaman qəzet qısa bir müddətdə bu adla çıxıb), "Kirovabad kommunisti ən nəhayət, "Gəncənin səsiadı ilə çap olunub. Bir məqamı qəbul edək ki, həmin dövrdə Gəncədə müxtəlif illərdə "Yeni Gəncə”, "Şura Gəncəsi”, "Sosializmin yolukimi qəzetlər fəaliyyət göstərib, şəhərin ictimai-sosial həyatını işıqlandırıb. İndiki qəzet 1990-cı il yanvarın 1-dən etibarən "Gəncənin səsiadı ilə oxuculara təqdim olunub.

Müasir dövrdə mətbu nəşrin qarşısında daha məsul vəzifələr durur. Oxucunu məlumatlandırmaq maarifləndirmək, vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə təbliğ etmək, milli-mənəvi dəyərlərə sahib çıxmaq, dövlətçiliyimizin hər an sadiq müsəlləh əsgəri olmağı bacarmaq, xain sözə, məsuliyyətsiz şəkildə təhrif olunan fikirlərə sanballı cavab vermək, Vətəni sevməyənlərə duracağı, layiq olduğu yeri, məqamı göstərmək, dövlət atributlarına sədaqət həmin mənəvi öhdəliklərdəndir. Xalqı məhv etməyin bir yolu da dilindən keçir. Əgər onun dili yoxdursa, demək yaşam haqqı sıfıra bərabərdir. "Gəncənin səsibütün bu saydıqlarımız dəyərləri özünün varlıq məramı hesab edir. Ana dilimizin saflığı uğrunda, necə deyərlər, qələm çalır. Bunu yəqin ki, dəyərli oxucularımız da təsdiqləyər.

100 yaş uluların yaşıdır. 100 yaş imtahandan şərəflə çıxanların yaşam pasportudur. 100 yaş özünütəsdiqin ən bariz göstəricisidir...

100 yaşlı "Gəncənin səsibütün bunların öhdəsindən şərəflə, qətiyyətlə, məsuliyyətlə gəlib bu missiyasına daim sadiq qalacaq!.. Üstəlik, həm doğma Gəncəmizin şərəf salnaməsi funksiyasını bundan sonra da uğurla yerinə yetirəcək.

Rəfiqə SADIQOVA,

"Gəncənin səsiqəzetinin Baş redaktoru

Ədalət.- 2020.- 8 iyul.- S.3.