ŞƏRUR YALLILARI

(əvvəli ötən sayımızda)

Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Şərur yallısının qorunması, yaşadılması təbliğində Şərur yallı ansamblının mühüm rolu olub.

"Nurani" Yallı ansamblının üzvü Azad Qasımov:1963-1964-cü illərdən bu kollektivdə fəaliyyət göstərirəm. MR-da Azərbaycanda keçirilən əlamətdar günlərdə kollektivlə birgə iştirak etmişəm. Şərur yallı ansamblına marağı babalarımızdan öyrənmişik. Onlar toylarda yallı gedər bizə təbliğ edərdilər. Həm bu yallıya həvəs bizim qanımızda, canımızdadır. Yallıya bugünkü qədər diqqət qayğı olmayıb. 1972-ci ildə Moskvada "Ruhani xalq rəqsi" adlı veriliş verildi. Bir neçə yallını biz orada ifa etdik. Bakıda filarmoniyada yenə konsert təşkil olundu.

Almaniyada qazandığmız nailiyyətlərə görə hamı ora yığışmışdı. Məqsədimiz o idi ki, onu gələcək nəsillərə ərmağan edək. 70-dən artıq yaşım var, yenə bu kollektivdə aparıcılardan biriyəm. Yaşlı insanların təmsil olunduğu "Nurani" yallı ansamblının 12 nəfər üzvü var. Onların 70-dən yuxarı yaşları olmasına baxmayaraq, el şənliklərində iştirak edirlər.

1972-ci ildə Almaniya Demokratik Respublikasında folklor festivalı keçirilir. Ansamblı bu tədbirə xalq artisti Əminə Dilbazi hazırlaşdırır. Məşhur rəqqasə xatirələrində yazır: "mən bilirdim ki, bizim yallı mədəniyyətimiz Naxçıvanda- Şərur torpağındadır. Biz ora-Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu Şərur yallısı idi. Həmin il ansambl SSRİ Ali Sovetinin fəxri -fərmanı ilə təltif olunur. Kollektivə Xalq Yallı ansambılı statusu verilir. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində təşkil olunan Beynəlxalq festivala qatılan ansamblın fəaliyyətini əks etdirən "Şərur yallısı" sənədli filmi çəkilir. Kollektivin bu uğurlarında Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqisi rəqs ustalarının böyük xidmətləri olub. Müstəqillik dövründə ansambl daha böyük uğurlara imza atır. Kollektiv 1997-ci ildə Türkiyənin İsgəndərun, 1998-ci ildə Bayburt şəhərlərində keçirilən Dədə-Qorqud festivallarında uğurla çıxış edir. 2001-ci ildə Misirin paytaxtı Qahirədə XII Beynəlxalq Folklor Festivalında da yüksək sənət nümayiş etdirirlər. Bu gün Şərur rayonunda "Şərur qönçələri" uşaq yallısı, "Gənclər yallısı" "Nurani yallısı" fəaliyyət göstərir. Azərbaycanın əməkdar mədəniyyət işçisi Səttar Əhmədov:

Şərur qönçələri yallı ansamblı 1998-ci ildən rayon Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərir. Bu il ansamblın 20 yaşı tamam olur. Kollektivin 30 nəfər üzvü var. 15 oğlan, 15 qız. Repertuarda 20-yə yaxın yallı növü vardır ki, gənclər bu yallıları səylə mənimsəyib, ifa edirlər. 2006-cı ildə Şərur qönçələri ilk dəfə olaraq Türkiyənin Qars şəhərində keçirilən 1 nisan Cocuq bayramında uğurlu çıxışlarına görə qızıl medala layiq görülmüşlər. Uşaqların əksəriyyəti 9-13-16 yaş qruplarındadırlar. Şərur Xalq yallı ansambılının 6 nəfər üzvü Şərur qönçələrinin yetirmələridir.

Çalışırıq nəsildən -nəslə bu yallıları yaşadaq, inkişaf etdirək.

Azərbaycan xalqının milli dəyərlərinin tarixi yaddaşının bərpasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Milli dəyərləri xalqımızın varlığının vacib şərti hesab edən fenomenal şəxsiyyət deyirdi: "Milli dəyərləri olmayan millət həqiqi millət, milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz".

Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında , yaşayışında formalaşıb. Biz öz mili dəyərlərimizlə fəxr edirik. Milli dəyərlərimiz, onun əsas daşıyıcısı olan xalq yaradıcılığının qorunması, yaşadılması təbliği sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət MR-da bu gün uğurla davam etdirilir. 2016-cı il sentyabrın 30-da Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində "Plov" "Yallı" festivalları keçirilib. Keçirilən festivallar MR-ın mədəni həyatında əlamətdar hadisə olub. Xalqımızın birlik mübarizlik rəmzi sayılan yallıların təbliği olduqca əhəmiyyətlidir.

Naxçıvan-Şərur el yallıları kitabı da xalq musiqi xoreoqrafiya incilərinin qorunub saxlanması gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli: Yallıların əksəriyyəti xalqın süzgəcindən süzülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Yallıların indiki dövrdə toplanıb nota salınması işini oğlum Kənan Məmmədli ilə özümüzə vəzifə borcu saydıq bu yallıları toplayıb nota saldıq.

Biz 92 yallı növü topladıq. Yallının məkanı ilə maraqlandıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi İsgəndər Əliyev MR-nın əməkdar artisti tarzən Zöhrab Axundovun köməkliyi ilə yallıların toplanmasını həyata keçirə bildik.

Yallıların əksəriyyət növü Şərur bölgəsində inkişaf edib. Gözəl musiqi xoreoqrafiya abidəmiz olan yallıları toplayıb kitab halında gələcək nəslə ərmağan etdik.

Belə qənaətə gəldik ki ,harda yallı varsa, ora oğuz türklərinin topağıdır. Kitabda Azərbaycan xalq musiqi janrına aid olan yallılar, həmçinin yallıları müşayiət edən musiqi dəstəsi ,bu dəstədə istifadə olunan çalğı alətləri, Şərurda ifa olunan yallılar haqqında məlumat verilmişdir. Musiqişünas Kənan Məmmədli: Bir çox Azərbaycan bəstəkarları əsərlərində yallıların müəyyən növlərindən istifadə etmişdir. Yallı Şahbuzda bir adda ifa olunubsa, Şərurda digər adda ifa olunmuşdur.

Yallının qədimliyi e.əvvələ gedib çıxır. Yallıların nota salınması işində atam Əkrəm Məmmədli ilə birlikdə yallıları qeydə aldıq. Kitab Naxçıvan MR Ali Məclisi Sədrinin təşəbbüsü ilə həyata keçirildi. Bu işi yenə davam etdirmək niyyətimiz var.

Unutmayaq ki, yallı xalqımızın birlik rəmzidir. Onu qoruyub saxlamaq isə hər kəsin müqəddəs borcudur.

Adilə Səfərova,

Naxçıvan Televiziyasının baş redaktoru

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Ədalət.- 2020.- 16 iyul.- S.7.