UNİVERSİTET YATAQXANASINDAN...

  ... Onda 1980-ci il idi. biz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) yataqxanasında yenicə yer almışdıq. İndi-indi bu yataqxananın havasına köklənirdik. Çünki ordudan xidməti başa vurub universitetin hazırlıq fakültəsinə qəbul olunmuşdum fakültədə tanıdığım bir kimsə yox idi. Sadəcə, imtahanların gedişində tanış olub bu günə qədər dostluq-qardaşlığımızı ailəvi şəkildə davam etdirdiyim Firudin Ariflə ilıq münasibətlərimiz yaranmışdı. Məhz həmin münasibətlərin işığında bir müddətdən sonra yataqxanada müəyyən tələbələri tanımağa başladım. Onların arasında istiqanlılığı bir az da özünə çəkilib xəyala dalması ilə seçilən bir nəfər var idi. Doğrusunu deyim ki, mən o vaxtlar bu oğlanın bədii yaradıcılıqla məşğul olduğunu düşünürdüm, amma heç yerdə imzasına rast gələ bilmirdim. Sadəcə, qarşılaşanda salamlaşıb hal-əhval tuturduq bir-birimizdən. Növbəti ildə artıq tələbə idim onda bildim ki, həmin oğlan məndən yuxarıdakı kursda oxuyur, eyni fakültənin tələbələriyik...

Bəli, illər keçdi, həyat hər kəsi bir tərəfə yönəltdi. Mən Qarabağdan, müharibənin "daş" dövründən keçib gəldim, o da Naxçıvanda Azadlıq Hərəkatının dalğaları qoynundan. Günlərin bir günü onunla "Azərbaycan" nəşriyyatında qarşılaşdıq. Hələ 1980-ci ildə bu oğlanın bədii yaradıcılıqla məşğul olduğunu düşündüyümü xatırladım. Fəhmim məni aldatmamışdı. İmzasını müxtəlif orqanlarda gördüyüm Aydın Quliyev məhz tələbə yataqxanasından tanıdığım oğlan imiş. Necə deyərlər, ürəyin duyumu bizi yenidən qarşılaşdırmışdı. Artıq biz eyni meydanda təmsil olunurduq. Bu meydanın adı yazılı mətbuat -qəzetçilik idi.

Neçə illərdi görüşürük, qarşılaşırıq, telefonla əlaqə saxlayırıq... Neçə illərdi bir-birimizi salamlayır, bayramlarda təbrik edir, ailələrimizin, övladlarımızın uğurlarına sevinirik... Həm neçə ildir ki, Aydın müəllim "Bakı-Xəbər" qəzetinə redaktorluq edir. mən həm oxucu kimi, həm müəllif kimi tez-tez onun qapısını döyürəm. Bu da səbəbsiz deyil. Birincisi, qəzetin nüfuzuna, oxunaqlığına böyük hörmətim, sayğım var. İkincisi, qəzetin baş redaktoru tələbə yoldaşımdı. Deməli, bu qəzet həm müəyyən mənada mənə aiddir. Belə olduğu halda qəzetin təəssübkeşi olmaq, ona uğurlar diləmək birbaşa içdən gələn istəyə çevrilir. Bax, mən həmin istəyin daşıyıcılarından biri kimi izləyirəm "Bakı-Xəbər"i, eləcə onun baş redaktorunu...

Adətən dost, doğma adamlar haqqında yubiley yazısı yazmaq çox asandır. Çünki tərifli sözlərə geniş meydan verirsən. Amma həmin yubilyar söz adamı olanda, üstəlik, həm redaktor olanda onda vəziyyət bir az dəyişir. Tərifi seçməli olursan, tərifin ifadəçisi olan sözləri xüsusi diqqətlə seçirsən ki, sonra redaktor qayçısına tuş gəlməyəsən. Odur ki, barəsində düşüncələrimi bölüşmək istədiyim Aydın müəllimi öncə gözümün önünə gətirirəm. Onu əvvəl-əvvəl tələbə yoldaşı kimi... sonra siyasi müstəvidə yer tutmuş politoloq kimi... daha sonra siyasi ekspert kimi... qəzet redaktoru kimi... nəhayət, vətəndaş, insan kimi öz baxış bucağım altında ürəyimin, ağlımın süzgəcindən keçirir, kitab kimi oxumağa çalışıram. oxuduğum kitaba da öz içimdə ad verirəm:

- Aydın!

Bəli, ad insanı ifadə edir... Ad insanı təqdim edir... Ad insanı təsdiq edir... Ad insanı həm yaşadır. Aydın olmaq, aydınlardan olmaq, aydınlıq gətirib aydınlıq bağışlamaq heç asan deyil. Bunu bacarmaq üçün elə AYDIN olmaq lazımdır. Bu mənim bəlağətli fikrim deyil. Əksinə, mənim həyatım boyu tanıdığım aydınların demək olar ki, hamısı yaddaşımda işıqlı insanlar kimi qalıb. hətta böyük Cəfər Cabbarlının qəhrəmanı olan Aydının maraqlı həyatı da oxucu yaddaşından heç vaxt silinmir. O cümlədən mənim . Deməli, sözün mayasında nur varsa, o da daşıyıcısının həyatına mütləq transfer olunur. Bu mənada tələbə yoldaşımın hərdən qayğılı, hərdən yorğun, hərdən təbəssümlü, hərdən etinasız baxışlarının çöhrəsini görəndə dərhal məsələnin mahiyyətinə vara bilirəm. Bu görüntülərin özü onun həmin anda nələr yaşadığını, nələr düşündüyünü özü-özlüyündə büruzə verir.

Məlum olur ki, Aydın müəllim hansı ovqatdadır. Üstəlik, onun tələsik, səmimi desəm çaparaq yerişləri elə dünyasından gələn bir mesajdı. Bu insan siyasi hadisələrə münasibətini öz məntiqinə, öz araşdırmalarına söykənib ortaya qoyur. Dinləyəndə, yazdıqlarını oxuyanda yadıma onun tələbəlik illərindəki fəallığı da düşür. Həm fakültənin özündə, həm fakültə həyatından kənardakı tələbə-inşaat dəstələrində...

Aydın Quliyev qəzetin gücünü dəyərləndirməyi bacarır, onu oxucuya təqdim etməyi . Ona görə "Bakı-Xəbər" qəzeti oxucu qarşısında üzüağdı. Bu üzüağlıq Aydın Quliyevin redaksiyada bir araya gətirdiyi əməkdaşların zəhməti, istedadı hesabına sərgiləyib. Elə bu səbəbdən hər gün qarşılaşdığım "Bakı-Xəbər"çilərlə olan təmasımda kollektivin səmimiyyətinin , doğmalığının da şahidinə çevrilirəm. Sadə dildə desəm, ailəyə böyüklük edən elə öz aydınlığını da ortaya qoyubdu. bu da...

, mən şəxsiyyətinə, insanlığına, yaratdığı söz ocağının ünvanına həmişə ehtiram sayğı göstərdiyim Aydın müəllimin 60 yaşının işığında təmtəraqdan uzaq, tam səmimi bir şəkildə yazmaq istəyirəm:

- Siz özünü, yerini təsdiq etmiş dəyərli vətəndaşlarımızdan birisiniz. Siz həm gözəl ailə başçısı, bacarıqlı qəzetçisiniz! Siz eyni zamanda güvəniləsi dost qardaşsınız! Deməli, siz həm həqiqətən AYDINsınız! Mən özümü həyatımda, yaddaşımda, dostluğumda, yoldaşlığımda yeri olan Aydının 60 yaşının tamamına sevinirəm. Həmin sevinc hissindən sevinərək sizinlə Qarabağda, mənim doğma Tuğ kəndimdə üz-üzə oturub bu günlərimizi qeyd etməyi Allahdan diləyirəm. bilirəm ki, mənim diləyim yerdə qalmayacaq. Biz, Qarabağda görüşəcəyik! Bax, o zaman indi yazmadıqlarımı, demədiklərimi sizə söyləyəcəm. Ona görə ürəyimin başqa bir guşəsində olanları o günə saxlayıram. Görüşmək ümidilə sizi bağrıma basır "60 yaşınız mübarək olsun, əzizim Aydın!" - deyirəm.

Mədətoğlu, Əbülfət.

Ədalət.- 2020.- 21 iyul.- S. 5.