Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim
Yürü, sənin yolun, haqq yoludu,
haqqdı, haqq!
Ömür-gün
ələndi, zaman keçdi, vaxtdı, vaxt!
Səbr
də, daraldı, bu taledi, baxtdı,
baxt!
Mənim, Ay-ulduzlu,
Azərbaycan əsgərim.
Bu yurd
da, vətən də, durub, ayaq üstədir,
Həsrət
gözü yorub, qulaqlar da, səsdədir,
Arxanca
bütöv xalq, topardı, yol üstdədir,
Mənim, Ay-ulduzlu,
Azərbaycan əsgərim.
Üzündə,
gözündə Alparslanın
zəhmi var,
Səngərdən,
səngərə, qəhramanlıq,
fəhmin var,
Bilirəm,
sən türksən,
nahaq yerə, rəhmin var,
Mənim, Ay-ulduzlu,
Azərbaycan əsgərim.
Göz
var, gecəsini diri açdı, dan, üzdü,
Əsgərim,
zabitim, şəhid oldu, can üzdü,
Kimdi,
bu naxələf, zaman aldı, an üzdü!?
Mənim, Ay-ulduzlu,
Azərbaycan əsgərim.
Sən,
Tanrı dağına,
ulu kökə bağlısan,
Tarixən
çəkdiyin, ağır
yükə bağlısan,
Neçə
zirvələrə, neçə
dikə bağlısan,
Mənim, Ay-ulduzlu,
Azərbaycan əsgərim.
Vətən
şəhidinin, qanı
yerdə qalmasın,
Alın
yad nəfəsi, yurda, tamah salmasın,
Ölsək
də, bu millət, bir də, darda qalmasın,
Mənim, Ay-ulduzlu,
Azərbaycan əsgərim.
Inam
da sənindi, güc, qüvvət də, sənindi,
Təpər
də sənindi, bu qeyrət də, sənindi,
Yadı,
çaşbaş edən,
bu heyrət də, sənindi,
Mənim, Ay-ulduzlu, Azərbaycan əsgərim.
Toxala alağın, dibindən vur, bitməsin,
Bu bağda,
baxçada, qanqal olub, ötməsin,
Bir
də, bu torpağın, bərəkəti
itməsin,
Mənim, Ay-ulduzlu,
Azərbaycan əsgərim.
Yürü,
sənin yolun, haqq yoludu, haqqdı,
haqq!
Ömür-gün
ələndi, zaman keçdi, vaxtdı, vaxt!
Səbr
də, daraldı, bu taledi, baxtdı,
baxt!
Mənim, Ay-ulduzlu,
Azərbaycan əsgərim.
Fəxri
Müslüm.
Ədalət.- 2020.- 18 iyul.- S. 13.