QANINIZA QURBAN

Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun komandanlığı altında döyüşərkən ağır yaralanan bacım oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Abdıyev Faiq Mirzə oğlunun şəxsində bütün yaralı əsgərlərimizə şəfa diləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

 

Yaralarına dayın qurban, bacıoğlu,

Torpağa tökülən qannıza qurban.

Bir əsgərsən dəli-dolu, alovlu,

Torpağa tökülən qannıza qurban.

 

Səngər eyləmisən ulu dağları,

Çeşməli dağları, sulu dağları,

Yaralandın, sındı qolu dağların,

Torpağa tökülən qannıza qurban.

 

Qəfildən göylərdən mərmilər yağdı,

Qaya parçalandı, daşlar dağıldı,

Qurtuluşun möcüzədi, nağıldı,

Torpağa tökülən qannıza qurban.

 

Allah saxlayana gülləd əd dəyməz,

Əcəl də toxunmaz, fələk də əyməz,

Yağış da islatmaz, dolu da döyməz,

Torpağa tökülən qannıza qurban.

 

Çənlibeldə möhkəm səngər qurmusan,

Nişançısan, neçə düşmən vurmusan,

Sən vətənin keşiyində durmusan,

Torpağa tökülən qannıza qurban,

Torpağa tökülən qannıza qurban!

***

 

TOVUZ İGİDLƏRİ

 

Dinsiz deyən dığa, deyən ağlın çaşıbdı,

Tovuz igidlərini tanımırsanmı?

Naxəlflik qanı coşubdu,

Tovuz igidlərni tanımırsanmı?

 

Səni kim yollayıb, çox qudurubsan,

Ağzını açırsan, gözün yumursan,

Yazıq, gəlib kimdən torpaq umursan

Tovuz igidlərni tanımırsanmı?

 

Deyən göz dikibsən o uca dağa,

Çənlibel dəlləri qalxıb ayağa,

Haxçığın ağlasın halna, ay dığa,

Tovuz igidlərni tanımırsanmı?

 

Bura gələn düşmən baş qoyub gedər,

Ağılsız başına daş qoyub gedər,

Gözləri ovular, daş qoyub gedər,

Tovuz igidlərni tanımırsanmı?

 

Tovuzlu oğullar aləmdə bəlli,

Ürəkləri ipək, həm şirin dilli,

Gəl ki, döyüşlərdə bir azman dəli,

Tovuz igidlərni tanımırsanmı?

***

LAZIM GƏLSƏ...

 

Çox deyirdik, lazım gəlsə...

Lazım gəldi, duraq, qardaş!

Bəhanəyə lüzum yoxdu,

Yağıları vuraq, qardaş.

 

İndi fürsət, indi məqam,

Qiyamətə qalmasın qan.

Yernə düşübdü intiqam,

Cəbhələri yaraq, qardaş!

 

Bizim ellər Oğuz yurdu,

Babalarımız qala qurdu,

Ərənlərimiz düşmən qırdı,

Biz də gedək qıraq, qardaş!

 

Dilqəm TƏMRAZ.

Ədalət.-2020.-22 iyul.- S.4.