ÖMRÜN KİTABLAŞAN ANLARI

Mətbuatımızın cəfakeşi, mogikanı Teymur Əhmədov xoş istəklə

  Hələ tələbəlik illərindən onu yaxından görüb tanımaq arzum olubdu. Həmişə konfranslarda, tədbirlərdə, televiziyada, mətbuatda görmüşəm, izləmişəm. Amma yaxından təmas qurmaq, əlini sıxmaq istədiyim an nədənsə durmuşam... dayanmışam.. necə deyərlər, risk etməmişəm. Düşünmüşəm ki, lap yaxınlaşdım, salam verdim, sonra deyəcəm ki?! Amma əslində içimdə deyiləsi, soruşulası çox fikirlər, sözlər var idi. Sadəcə, onlar mənim ifadə edə biləcəyim bir məqama gəlib çatmamışdı. Necə deyərlər, zamana ehtiyac vardı. nəhayət, o zaman gəldi.

Günlərin birində "Azərbaycannəşriyyatındakı girişdə, elə liftin önündəcə qarşılaşdıq. Salam verdim. Başını qaldırıb üzümə baxdı əlini uzatdı:

- Salam. İzləyirəm səni. Yazdıqlarının hamısını oxuyuram. Yanıma gələrsən, sənə bir-iki məsləhətim olacaq, – dedi.

Bu görüş, bu qısa söhbət məni qanadlandırdı. Elə bil həyatımın ən böyük mükafatlarından birini almışdım. Zarafat deyil, barəmdə, yazı-pozum haqqında Azərbaycanın çox dəyərli ziyalılarından biri, professor, araşdırmaçı-alim, qocaman jurnalist, neçə-neçə titulların sahibi, AMEA-nın şöbə müdiri fikir söyləyirdi. Deməli, yazmağımda yanılmamışdım. Necə deyərlər, papağı günə yandırmamışdım...

, yaxın günlərin söhbətidir. Azərbaycanın ən böyük aydınlarından biri olan Nəriman Nərimanovla bağlı Teymur Əhmədovun yazdığı sənədli povesti oxuyub fikirlərimi bölüşmək üçün yanına getdim. Ona təşəkkür etdim ki, Nərimanov onun ailəsi barəsində bilmədiklərim məsləhətləri bu kitabdan oxuyub öyrəndim. Qocaman alim yazı stolunun üstündəki hələ cilidlənməmiş, amma səhifələnmiş bir qalın kitabı mənə göstərdi. Bu, Nəriman Nərimanovun yubileyi ilə bağlı onun hazırladığı çapını gözlədiyi növbəti kitabı idi. Teymur müəllim ən böyük aydınlarımızdan olan doktor Nəriman barəsində elə fikirlər, elə faktlar söylədi ki, onu dinləməkdən doymadım. tam səmimi deyim ki, bu insanın içindəki Nərimanov dünyasını, Nərimanov abidəsinigörə bildim. Anladım ki, onu bu həyatda yaşadan səbəblərdən biri doktor Nərimana olan böyük sevgisidi. ...

Yazıçı-publisist Şəfəq Nasirin özünü , sözünü yaxşı tanıyıram. Bir dəfə söhbət zamanı öyrəndim ki, Şəfəq xanım professor Teymur Əhmədovla bağlı materiallar üzərində işləyir, onun 90 illik yubileyinə hədiyyə etmək üçün. Mən Teymur müəllimin otağında olanda stolun üstündə o kitabı gördüm, ərklə götürüb vərəqlədim...

Teymur Əhmədov düz 90 il bundan öncə Qərbi Azərbaycanda doğulub. yaşadığı 90 illik ömrün 70 ilini dövrü mətbuata, elmə həsr edib. Onun araşdırmaları nəticəsində Həsən bəy Zərdabidən başlayaraq Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd ağa Şaxtaxtlı, Üzeyr bəy Hacıbəyli digərlərinin həyat fəaliyyəti Azərbaycan elmi ictimaiyyətinə təqdim olunubdu. Yəni o bir filologiya elmləri doktoru, professor olaraq mənbələrin izinə düşərək onları geniş şəkildə tətbiq etməkdən yorulmamış, hər sözə, hər fikrə işıq salmışdı. Ona görə akademik Cəmil Quliyev Teymur Əhmədovla bağlı fikirlərini belə ifadə etmişdi: "Soruşsalar Teymur Əhmədov tətqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə o, jurnalistlik fəaliyyətində yaxşı tətqiqatçı, tətqiqatçı fəaliyyətinsdə yaxşı jurnalistdir”. Zənnimcə, bu Teymur müəllimin fəaliyyətinə bütün bucaqlar altında verilən ən yaxşı qiymətdir.

Yazıçı-publisist Şəfəq Nasirin kitabını oxuyarkən öyrəndim ki, jurnalistlik fəaliyyətinə "Sovet Ermənistanıqəzetindən başlayan Teymur müəllim elə ilk məqalələrindən el-obasının, yurd-yuvasının aydınlarını axtarıb tapmağa, Azərbaycanın bu qədim oymaqlarını mətbuata gətirməyə, onları tarixiləşdirməyə üstünlük veribdi. Qarşılaşdığı haqsızlıqlara, ona edilən pisliklərə baxmayaraq, bir gün olsun qələmi yerə qoymayıbdı. Özü Teymur müəllim sözün çəkisinə, dilin gözəlliklərinə xüsusu qiymət verib. Elə yazıb ki, oxunanda dil dolaşmasın, fikir qarışmasın. O, həm müxbir kimi, həm kifayət qədər sambalı olan "Vətən səsi”, "Ata Yurdu”, "Füyuzad”, "Hikmət”, "Aydın fikir, "Elturan digər qəzet dərgilərin redaktoru kimi bütün gücünü, istedadını, tarixi gerçəklikləri milli kimliyimizə qaytarmağa sərf edib. Yazıb ki, oxuyub özümüzü, elimizi-obamızı tanıyaq, coğrafiyamızı bilək.

Tanış olduğumuz kitabdan mənə bəlli oldu ki, hələ orta məktəbin 8-ci sinifində oxuyarkən məktəbin "Molla Nəsrəddinadlı divar qəzetinin redaktoru olan Teymur Əhmədov qəzetin adını özü seçmişdi. Bu, artıq onun tarixə, ədəbiyyata olan sevgisinin ifadəsi idi. Çünki Teymur müəllim öyrənmişdi ki, oxuduğu Uluxanlı (Zəngibasar) kənd məktəbində vaxtilə Mirzə Cəlil müəllimlik etmişdi. Bu fakt artıq onun divar qəzetinin adının nəyə, kimə işarə olunduğunu demədən göstərməyə imkan vermişdi.

Ümumiyyətlə, bu gün "Respublikaqəzetinə rəhbərlik edən Teymur müəllimin bir jurnalist, bir redaktor, bir qəzetçi kimi tələbləri səliqə-səhmanı da diqqətçəkəndi. Onun yazı masası yaşayan, nəfəs alan oxucuya doğru tələsən sabahın qəzetlərinin cücərtilərilə sərgilənib. vaxt qapısını döysən, əlində qələm, gözündə eynək yazır, redaktə edir, həm dinləyir.

Bu günlərdə 90 yaşı olan dəyərlimiz, müəllimim, ustadım Teymur Əhmədovu mən yazıçı-publisist Şəfəq Nasirin təqdimatında daha da ətraflı tanıdım, öyrəndim. öyrəndiklərimə, ona olan böyük hörmətimə söykənərək həm bu kitaba görə, həm 90 yaşının tamam olmasına, həm mətbuatımızn 145 illiyi münasibətilə Teymur müəllimi ürəkdən təbrik edirəm. Bilirəm ki, mətbuat fədailəri arasında təbrikə haqqı olanlardan biri bəlkə birincisi Teymur müəllimdi. Bir daha təbriklər!

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2020.- 22 iyul.- S. 3.