DANIŞAN
KURQANLAR
Hər bir
xalqın özünəməxsus
tarixi var və bu tarix
də zaman-zaman araşdırılır. Təbii ki,
həqiqi tarixi olan və həmin
o tarixi də gerçəkliyə, faktlara
söykənən xalqlar
heç vaxt başqasının tarixinə
əl uzatmır, onu mənimsəməyə,
özününküləşdirməyə
çalışmır. Çox təəssüf ki, bu gün başqasının
tarixinin şanlı, maraqlı səhifələrini
özününküləşdirməyə
və bununla da özünə tarix yaratmağa çalışan bir düşmənlə çəpər
qonşusu olmağa məcburuq. Bizim istəyimizdən asılı olmadan tarixi bizi Ermənistanla
olmayan bir dövlətin gəlmə
nümayəndələrilə qonşu edib. Və böyük dövlətlərin
də həm çirkin, həm də böyük siyasətləri erməni
kimi hər bir məqama yarayan, hər bir durumda istifadə
olunan milləti alətə çeviribdi.
Ondan öz məqsədləri
üçün istifadə
edərək siyasətini
gerçəkləşdirib.
Təbii ki, öncə vurğuladığımız məcburi
qonşuluq bizim həyat səviyyəmizə,
elə tariximizin özünə də bu və ya
digər şəkildə
təsirsiz ötüşməyib. Lakin bir gerçək də var ki,
biz nəyisə kimdənsə
öyrənəndə ona
istinad etməyi özümüzə borc bilirik. Amma düşmənlərimiz istinad əvəzinə mənimsəməyə üstünlük
verir, özününküləşdirməyi
həyat devizinə çevirir.
Bu mənada Yuxarı Qarabağın tarixi abidələri özü-özlüyündə mövcud durumu ilə hər şeyi diktə edir. Hələki işğal altında
olan bu ərazilərdə
düşmən abidələrimizi
özününküləşdirməklə
məşğuldu. Amma bir gerçək var ki, onu qürurla
vurğulamaq lazımdı.
Belə ki, Azərbaycanın hər qarış torpağı tarixdi, hər qarış torpağında dünyaya
göstəriləcək nələrsə
var. Əgər arxeoloqlarımızın
araşdırmalarına, tapıntılarına,
apardıqları qazıntılara
diqqət yetirsək, onda söylədiklərimizin
nə qədər həqiqət olduğuna şübhə yeri qalmaz.
Bax, bu mənada götürəndə ölkənin
hər bir istiqamətində aparılan
arxeoloji qazıntılar
tariximizə hədiyyə
verməklə yanaşı,
bizə kimliyimizi təkrar-təkrar xatırlamaq
imkanı da yaradır.
İstər şimal bölgəsində,
istər cənubda, istər aranda, istər digər ərazilərimizdə, xüsusilə
Naxçıvanda aparılan
qazıntılar bizim arxeologiya elmimizin inkişafına, onun dünya tarix elminə hədiyyələr
verməsinə şərait
yaratmışdı. Bu mənada cənub
bölgəsində aparılan
qazıntıların önəmi
xüsusilə qeyd edilməlidir. Çünki cənub qonşularımızla
olan ilişkilər qarşılıqlı maraq
doğuran mövzular,
axtarışlar tariximizin
zənginləşdirilməsi baxımından da önəmlidir.
Bu gün AMEA-nın Tarix İnstitutunun əldə etdiyi uğurlara diqqət yetirəndə onda arxeoloqların da fəaliyyəti diqqət çəkdi. Öyrəndik ki, Tarix İnstitutunun arxeoloji ekspedisiyası bu gün də
öz iş planına uyğun olaraq axtarışlarını
davam etdirməkdədir.
Bu axtarışların uğurlu nəticələri
də kifayət qədərdir və həmin nəticələr
tarix elmimizə, eləcə də bütövlükdə xalqımızın
tarixinə uğurlu əlavələrdir.
Məhz bu mənada məsələyə yanaşanda,
onda hər bir qarış torpağımızın dəyəri
birə min artır.
Yeri gəlmişkən, arxeoloqlarımızın
hələ 1989-cu ilin
yayında apardıqları
təhqiqat işləri
zamanı AMEA-nın Tarix İnstitutunun cənub arxeologi ekspedisiyası yeni bir səhifə açmışdı.
Belə ki, ekspedisiyaya rəhbərlik etmiş tarix elmləri doktoru, arxeoloq Abuzər Ələkbərovun
öz həmkarları
ilə birlikdə üzə çıxardıqları
kurqan-qəbirlər böyük
bir ərazini əhatə edir. Bir az da dəqiq ifadə
etsək. Məhz Abuzər Ələkbərovun
rəhbərliyi altında
arxeoloji ekspedisiyanın
Masallı rayonu üzrə işləyən
dəstəsi bu rayonun Əmirtürbə kəndi ərazisində uyuyan bir tarixin
üstünü açıbdı.
Bu tarix isə
özü ilə birlikdə xeyli sirlərin ipucunu alimlərimizin ixtiyarına
veribdi.
Aparılan qazıntılar zamanı məlum olub ki, Əmirturbə kəndi ərazisində qədim bir qəbirsitanlıq var. Bu qəbiristanlıqda
diqqəti çəkən,
hətta nadir tapıntılar
arxeoloqları özünə
cəlb edib.
Və aparılan qazıntılar
zamanı uzunluğu
2,125 metr olan qəfəsvari hörgünün
ətrafında xeyli bəzək əşyaları
üzə çıxıbdı.
Bu bəzək əşyaları içərisində
müxtəlif formalı
muncuqlar, tunc bilərziklər, qadın-bəzək
əşyaları və
sairə olubdu. Təbii ki, bu tapıntı qazıntı işlərinə
marağı bir az da artırıb.
Və daha geniş əhatədə aparılan
qazıntılar zamanı
buradan astroloji qalıqlar da ortaya çıxıbdı. Alimlərimizin araşdırması zamanı məlum olub ki, həmin
qalıqlar cavan qıza məxsusdur.
Bəli, Əmirtürbə qəbiristanlığında
aparılan qazıntılar
vaxtı alimləri təəccübləndirən bir məqam da olubdu. Bu da dəfn
mərasimi ilə bağlıdır.
Həmin qazıntılarda iştirak
etmiş arxeoloqların
fikrinə görə,
bu gün dəfn mərasimi Azərbaycan ərazisində
ilk dəfə diqqəti
çəkib. Yəni alimlərimiz uzun illərin axtarışları
nəticəsində ilk dəfə
olaraq kvadrat şəkilli qəbirlərlə
qarşılaşıblar. Həmin qəbirlərin uzunluğu 4, eni isə 1,8 metrdir.
Arxeoloqlarımızın hesabatlarından məlum olur ki, Əmirturbə
qəbiristanlığında tapılan qəbirlərin
döşəməsi ağ rəngli maye ilə suvanıb.
Sonra qəbrin içərisində
tonqal qalanıb.
Bundan sonra dəfn mərasimi icra olunub. Yəni meyit hələ
tam sönməmiş odun
üstünə yerləşdirilmişdi.
Buradakı digər bir
maraqlı cəhət
də odur ki, həmin qəbrin ayaq tərəfində iki ədəd saxsı qab aşkar olunmuşdur.
Saxsı qabın biri bütövdü, digəri
isə sındırılıb. Alimlərimiz
düşünür ki,
bu, dəfn mərasiminin icrası zamanı bir qayda, bir adət
olaraq bəlkə də dəfnin iştirakçıları tərəfindən
bəlkə də sındırılıb.
Ehtimal olunur ki, tapılmış
sümük qalıqlarının
bəzi hissələri
yanıbdı. Bu da onu deməyə əsas verir ki, həmin
dövrün adətinə
görə, dünyasını
dəyişənin meyiti
dəfn zamanı müqəddəs hesab olunan oda verilirmiş.
Hər halda, bunun özü
də onu göstərir ki, tariximizin və inancımızın bir ünvanı olan oda sitayiş, atəşpərəstlik barəsində
yazılanların, deyilənlərin
kökü çox-çox
uzaq qərinələrə
gedib çıxır.
Son qazıntılar zamanı Əmirtürbə
qəbiristanlığı ərazisindəki kurqan-qəbirlərdən
kənd təsərrüfatı
alətləri, o cümlədən
dəmir baltalar da tapılmışdı. Fikrimizi tamamlayaraq bildirmək istəyirik ki, tapılan maddi-mədəniyyət
nümunələri Azərbaycan
ərazisində bütün
təsərrüfat sahələrinin
bu və ya digər formada
inkişaf etdirildiyini sübut edir. Yəni tarixin faktı hər şeyi öz yerinə qoyur.
ƏBÜLFƏT
MƏDƏTOĞLU
Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir.
Ədalət.- 2020.-18 iyul.- S. 4.