DÖYÜŞ
ƏMRİ VER MƏNƏ... –
Bu gün gur səslə deyir anam Azərbaycanım:
- Döyüş əmri ver mənə, Ali Baş Komandanım!
Səbrimin də bir həddi, bir sərhəddi var axı,
Dözmür ürək, partlayır sinəmdə mərmi kimi.
Yolum oddan-alovdan, yolum qandan keçsə də
Məhv etmək istəyirəm o, mənfur düşmənimi.
Bu ana torpağıma qoy qurban olsun canım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!
ATƏT-dən, BMT-dən əlac yoxdu dərdimə,
Gözə kül üfürürlər onlar illərdən bəri.
Bu gün sənin əmrini gözləyir həsrət ilə
Atılsın döyüşlərə Azərbaycan əsgəri.
Qələbə təşnəsiyəm-odur mənim loğmanım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!
Doğma od - ocağından qaçqın, köçkün düşənlər,
Alışsın qəlbinizdə yurd eşqi çıraq-çıraq.
Babaların ruhu da incik düşübdü bizdən,
Qəlbdə Vətən eşqini daha da gur yandıraq.
Yolumuzu gözləyir Laçınım, Zəngilanım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!
Hər bir oğul bu yurdun vuran şah damarıdır,
Vətən yoxsa, biz nəyik?-Quru torpaq, quru daş...
Səngərlərdə qurd kimi marıqda dayanmasaq,
Bu yurda nə oğuluq, nə əsgər, nə vətəndaş?!
Vətəndir canım-gözüm, odur şərəfim, şanım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!
Qana-qandır bax bu gün mənim andım, şüarım,
Qanımı şərbət kimi içsin Vətən torpağı.
Bir milyon oğlu, qızı şəhid olsa da belə
Dalğalansın Şuşamda Azərbaycan bayrağı.
Qələbədir son andım-odur dinim, imanım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!
VUR,
KOMANDİR, VUR
Qarı düşmən at oynadır yurdumda,
Bir gün yanar qaladığı odunda...
Elə vur ki, yaddan çıxsın adı da,
Bəsdi yatdın, dur başına döndüyüm,
Vur, komandir, vur başına döndüyüm.
Daraşıbdır torpağıma bit kimi,
Qarabağda sülənir ac it kimi,
Marıqda dur aslan kimi, qurd kimi,
Qur pusqunu, qur başına döndüyüm,
Vur, komandir, vur başına döndüyüm.
Vur, vurduğun qaniçəndir, yağıdır,
Neçə ildir yurd-yuvamı dağıdır,
Sinəmdə dağ namərd düşmən dağıdır,
Səsin gəlsin gur, başına döndüyüm,
Vur, komandir, vur başına döndüyüm.
Haqq-ədalət yoxa çıxıb zamanda,
Elə bil ki, itib çəndə, dumanda,
Azalmasın bircə gün də, bir an da
Gözündəki nur, başına döndüyüm,
Vur, komandir, vur başına döndüyüm.
Öz adını tarixə yaz, daşa yaz,
Səntək oğlu olan torpaq basılmaz,
Yerdən gəlir, göydən gəlir qorxma, qaz
Erməniyə gor, başına döndüyüm,
Vur, komandir, vur başına döndüyüm.
Vur naləsi bülənd olsun qoy göyə,
Qaçaq düşsün bu torpaqdan "Vay” deyə.
Yox erməni dığasına, axçiyə
Qarabağda yer, başına döndüyüm,
Vur, komandir, vur başına döndüyüm.
HÜCÜM
ƏMRİ VER MƏNƏ...
Hücum əmri ver mənə, hücüm əmri, komandir,
Keçilməz sədlər keçim, aşılmaz dağlar aşım.
Döyüş meydanlarında quduzlaşan yağıyla
Şir kimi pəncələşim, pələng kimi savaşım.
Müdafiə ölümdür, de, geri qaçmaq nədir?
Hücum əmri ver mənə, hücum əmri, komandir!
Yad ayaqlar altında inildəyir torpağım,
Gözümün önündəcə evlər, eşiklər yanır,
Tüstüsü ərşə qalxan, tüstüsü göyü dələn,
Yanan kəndlərlə birgə ürəyim alovlanır.
Yandırılıb kül olan bu yurd mənim, sənindir,
Hücum əmri ver mənə, hücüm əmri, komandir!
Yağılara əsirdir yurdun qızı, gəlini,
Bu dərdi yer götürməz, bu dərdi göy götürməz.
Qeyrət toxumu əkək deyirəm bu torpağa,
Torpaq halallıq sevir, torpaq haram bitirməz,
Bu dərdə dözmür ürək, daha tükəndi səbir,
Hücum əmri ver mənə, hücum əmri, komandir!
Namusu itə atsan, it də yeməz deyiblər,
Namusum-torpağımdır, onu yad ayaqlayır.
Ata-ana qəbrini qoyub yad tapdağında,
Oğul var qaçmağı da bu gün qeyrətdən sayır.
Minlərlə ər oğlu ər durub əmrə müntəzir,
Hücum əmri ver mənə, hücum əmri, komandir!
Sözüm sinə dəlməmiş güllə sinəmi dəldi,
Qəlbim də yurdum kimi bu gün tikə - tikədir.
Söz qılıncdan kəsərli, söz qılıncdan itidir
Deyənlər düz deməyib... Vətən təhlükədədir,
Mən qələmi atıram, mənə də silah yetir,
Hücum əmri ver mənə, hücum əmri, komandir!
DÖYÜŞ
HAVALARI ÇALDIRMALIYIQ
Yetər bu inilti, yetər göz yaşı,
Ər olsun yurdumun hər vətəndaşı,
Qaldıraq, sındıraq bu ağır daşı,
Döyüş havaları çaldırmalıyıq,
Milləti ayağa qaldırmalıyıq!
İgidlər yetirən bu yurd, bu torpaq,
Nə qədər yadlara tapdaq olacaq!
Bu gün qarşımızda bir yol var ancaq,
Döyüş havaları çaldırmalıyıq!
Milləti ayağa qaldırmalıyıq!
Biz ki türk nəsiliyik, türk övladıyıq,
Bizə bata bilməz hər zatı qırıq,
Ey Mete, Atilla gücü üzə çıx.
Döyüş havaları çaldırmalıyıq!
Milləti ayağa qaldırmalıyıq!
Əsgər səngərindir, səngər əsgərin.
Qoruyaq, qədrini bilək səngərin,
Qanını oynadıb hər hünərvərin
Döyüş havaları çaldırmalıyıq,
Milləti ayağa qaldırmalıyıq!
Şəhidlik ən uca zirvədir bəli,
Şəhid ruhları da deyir: - irəli!
Olsun üstümüzdə Allahın əli.
Döyüş havaları çaldırmalıyıq,
Milləti ayağa qaldırmalıyıq!
Hər oğul vətənçün candan keçirsə,
Hər ağrı damardan, qandan keçirsə,
Biz də oğul kimi verib səs-səsə
Döyüş havaları çaldırmalıyıq!
Milləti ayağa qaldırmalıyıq!
Azadlıq uğrunda döyüşə qalxan,
Min-min qurban verən, ey Azərbaycan.
Qaldır başın üstə qılınc və qalxan,
Döyüş havaları çaldırmalıyıq,
Milləti ayağa qaldırmalıyıq!
Hər qarış torpaqçün can gərəkdirsə,
Ürək gərəkdirsə, qan gərəkdirsə,
Şərəfli bir ömür, an gərəkdirsə,
Döyüş havaları çaldırmalıyıq,
Milləti ayağa qaldırmalıyıq!
QƏLƏBƏ
BAYRAMI
Bir bayram istəyirəm bayramlara tac olsun,
Bütün ağrı-acıma, dərdimə əlac olsun.
O bayramda nə kasıb, nə yoxsul, nə ac olsun,
Olsun Hünər bayramım, olsun Zəfər bayramım.
Dalğalansın bayrağım Kəlbəcərdə, Şuşada,
Xına yaxım əlimə, torpağa da, daşa da,
Sevinc qatım gözümdən seltək axan yaşa da,
Olsun Hünər bayramım, olsun Zəfər bayramım.
Üzünə baxa bilim daşımın, torpağımın,
Qanını yuya bilim gülümün, yarpağımın,
Şəfəqinə bürünüm üçrəngli bayrağımın,
Olsun Hünər bayramım, olsun Zəfər bayramım.
Görüm ürəkdən gülüb-ağlamaq necə olur,
Qara açıb, qırmızı bağlamaq necə olur,
Düşmən bağrı çatladıb, dağlamaq necə olur,
Olsun Hünər bayramım, olsun Zəfər bayramım.
İstəmirəm torpağım əllərdə girov olsun,
İştahı qaya dələn düşmənlərə ov olsun.
İstəyirəm vətənim para yox, bütöv olsun,
Olsun Hünər bayramım, olsun Zəfər bayramım.
Göy üzü çadırımız, Günəş bayrağımızsa,
Gündoğanla Günbatan geniş torpağımızsa,
Nə durub gözləyirik Tanrı dayağımızsa
Olsun Hünər bayramım, olsun Zəfər bayramım.
Nə durub gözləyirsən, ey yurdun mərd övladı,
Gözlədin Qıratların söndü şimşək qanadı,
Bəsdir bu qədər zaman səbrimizi sınadı.
Olsun Hünər bayramım, olsun Zəfər bayramım.
Dəmir zireh geyirəm bədənimə, əynimə,
Türkoğlu türkəm mənim qorxu gəlməz eynimə.
Qələbə kəlməsini həkk etmişəm beynimə
Olsun Hünər bayramım, olsun Zəfər bayramım.
Ey Ali Baş Komandan, ver əmrini hazıram,
Düşmən bağrın çatladıb, düşmən qəbrin qazıram,
Bir günü də süngümlə tariximə yazıram,
Olsun Hünər, Qələbə, olsun Zəfər bayramım!
SƏNGƏRİM
MƏNİM
Sənə qədəm qoyanda dünya gülür gözümdə,
Çiçək açır, gül açır daşım-daşım, düzüm də.
Bir az mətinləşirəm, mərdləşirəm özüm də
Sən ey evim-eşiyim, doğma səngərim mənim!
Yağış döyür, qar döyür cığırımı, izimi,
Sən varsan bükə bilməz düşmən mənim dizimi.
Mən sənə güvənərək deyirəm öz sözümü,
Sən ey evim-eşiyim, doğma səngərim mənim!
Bir quş yayına bilməz mənim qırğı gözümdən,
Səngər məni qoruyur, mən isə səni, Vətən!
Bir əsgərəm qoynunda çinartək bitmişəm mən,
Sən ey evim-eşiyim, doğma səngərim mənim!
Sağım, solum doludur ərlər, ərənlər ilə,
Öz sözünü döyüşdə şirtək deyənlər ilə,
Ayıq-sayıq durmuşuq keşikdə əldə güllə,
Sən ey evim-eşiyim, doğma səngərim mənim!
Nə qədər ki, bu torpaq yaralıdır, yaralı,
Nə qədər ki, qəm yeyir Qarabağın maralı,
Bir an qala bilmərəm inan səndən aralı,
Sən ey evim-eşiyim, doğma səngərim mənim!
Belə qalmaz, gün gələr diz çökər murdar yağı,
Çəkərik dağ üstündən ona sağalmaz dağı.
Onda sevər, əzizlər bizi vətən torpağı,
Sən ey evim-eşiyim, doğma səngərim mənim!
AZƏRBAYCAN
ƏSGƏRİ
Yurduna göz dikənin gözünü tökməlisən,
Ey yurdumun şirləri-hünərvər oğulları.
Sərhəddində ayıq dur, bir quş ötə bilməsin,
Anam Azərbaycanın, ey əsgər oğulları!
Talan olan torpağın, sönən od-ocağın var,
Nifrətin ürəyində mərmiyə dönməlidir.
Ocağını söndürüb, yurdunu talayanın
Yurd-yuvası talanıb, ocağı sönməlidir.
Vətən yaralı şirdir, sən də bir şir balası,
Vətən-ana, sən-oğul keşikdə durmalısan.
Süngünü xəncər kimi sancıb yağı köksünə
Vətənin ürəyində ürəktək vurmalısan.

Yadigar,
Asim.
Ədalət.- 2020.- 23 iyul.- S. 7.