Qəlb (esse)
"Ürək
dövləti qurdum”
Ş.Təbrizi
"Dahi
ağıl qarşısında baş əyirəm,dahi ürək(qəlb)qarşısında diz
çökürəm” V.Höte
"Hər
yurdsuz yetimin yanma halına,
Açıqdır üzünə onun qapılar.
Amma
ürəyindən yetim qalana ,
Çətin
ki,bir sirdaş,həmdəm tapıla.”
N.Barataşvili.
İnsanın
da, heyvanın da, ağacın da, daşın da, otun da,suyun da, gülün də,tikanın da...qəlbi
var!
Allahın müqəddəs kitabı olan
"Quran”ın da!
36-cı surə-("Yasin”) "Quran”ın qəlbi hesab
olunur.Və "Quran”Qədr gecəsi Löfhü -Məhfuzdan
Peyğəmbərimizin qəlbinə endirilmişdir.”De ki,Cəbrailə
düşmən kəsilən düşməndir
Allaha...Quranı Allahın izniylə sənin qəlbinə O,
göndərmişdir” ("Bəqərə” surəsi,97-ci ayə)”.
Bəlkə
bu səbəbdəndir ki,ən
böyük və dahiyanə əsərlər
(kitablar)N.F.Qısakürəyin təbirincə desək ,”Qəlb
mürəkkəbi ilə yazılan diləklərdir”.
Rəbbim,Rəbbim, uca Rəbb,aləmlərin Rəbbi sən,
Sənə
yönəlsin deyə,icad etdin qəlbi sən!
Demək , insanı Allaha yönəldən qəlbidir.
Və
heç kim unutmasın gərək ki,”Möminin qəlbidir...Allahın
evi .”(Nəsimi).
Sufilərə
görə,iman yeri olan qəlb nurani bir
cövhərdir.Qəlb tanrının təcəlli yeri
olduğundan qutsaldır,müqəddəsdir.Odur
ki,”İnsanın özü ilə qəlbi arasında durur
Allah”.("Ənfal”surəsi 24-cü ayə).Nəfslə qəlb
heç vaxt bir- birylə yola getmir. Hər dəfə
bir-birini günahkar çıxarırlar.O,bunu
qınayır,bu onu .Dalaşırlar.
Yaxşı
ki,Allah var!
Bunların
bir-birini tükətməsinə,məhv
etməsinə imkan vermir.
"Xaçı
da,xristianları da dönə-dönə
öyrənmişəm.O,xaçda yox idi.
Hindu məbədinə,qədim Paqodaya getdim.Onların da heç
birində Ondan əsər-əlamət belə yoxdur.
Heratın
zirvəsinə qalxıb Qəndəhara sarı baxdım.O,nə zirvələrdə idi,nə də
ovalıqlarda.
Cəsarətlə Qaf dağının başına
qalxdım.Orada ancaq Anqa quşunun yuvası var idi.
Məkkənin Kəbəsinə getdim.
Orada da yox idi.
Onu
müdrik İbn Sinadan soruşdum.O,İbn
Sinanın dərrakəsi xaricində idi.
Qəlbimin içinə nəzər saldım.
Onu o yerdə,öz yerində gördüm.
O,başqa yerdə deyildi”.(C.Rumi)
Bu haqda
daha etibarlı mənbə Məhəmməd peyğəmbərin
verdiyi xəbər idi:”Allah insanın qəlbindədir.”
İusus
Xristos da bu fikirdə olub:”Tanrı ürəyində deyilsə
onu nə Yer üzərində, nə də kilsədə
arama”.
Bu fikirlər ən yaxşı təsdiqini bir hədisdə
tapmışdır.”Allah yaratdığı 18 min aləmə
sığmadı,ancaq bir möminin qəlbinə
sığdı”.
Doğrudan
da belə götürdükdə insanın
varlığında qəlbdən gözəl nə var ki!
"İnsan öz çərçivəsində qəlbinin
cəmidir”deyən Emerson bu baxımdan çox haqlıdır.
Qədim türklərdə tanrıça Psixeya kəpənək
qanadlı təsvir edilib.Psixa –qəlb deməkdir.
Haqqa yetməyin
3 yolu var:
1.Eynəl-yəqin-göz yolu,
2.Elmül-yəqin-elm yolu ,
3.Həqqül-yəqin –qəlb yolu.
"Ən böyük nemət qəlbin
saflığıdır.Ona görə də”çalış
öz qəlbini saflaşdırmağa!”(Nizami)
Platon qəlbi gözəl insanı insanların ən
gözəli sayırmış.Ömürdən ən əsas
məqsəd nədir?!Quranda deyildiyi kimi,Axirətə
arınmış bir qəlblə getmək.
İmam Qəzali
də ən böyük nemətin və əməlin qəlb
olduğunu vurğulayır və oğluna yazdığı məktubda
deyirdi ki:”Allahın rəsulu deyib:”Həqiqətən də
Allah sizin qəlblərinizə və niyyətlərinizə
baxır.”
Şah
İsmaylın ulu babası Şeyx Səfiəddin Kəbəyə
ziyarətə gedənləri əvvəlcə "Qəlb Kəbəsi”ni
ziyarət etməyə çağırırdı:”Səfaya
çatdınsa ey səfi,Mərvəyə
getmə,Çünki, hər şey qəlb Kəbəsinin ətrafında
təvaf ədər”
...Orucluq
dövrüydü.Geridə " TRT-1” –də
hələ 15 proqram vardı. Aparıcı
qarşısındakı din xadimindən sordu:
-Xocam,bu dövrdə insanlara nəyi demək istərdiniz?
Dedi:
-İnsanlara qəlbi olduğunu xatırlatmaq istərdim.
...Öyrənməyə
və düşünməyə dəyər, ey insan!
Allah qəlbinə
Məscidi –Aksa dedi...
İsa Məsih
də xoşbəxtliyi təmiz və saf qəlbli olmaqda
görürdü.Əminliklə söyləyirdi
:”Təmiz qəlblilər xoşbəxtdilər...Onlar
Allahı görəcəklər..”
Xristian
peyğəmbərinə görə, insanın ən böyük
qazancı da qəlbidir.O,xəbərdarlıq
edirdi:”Bütün dünyanı qazana-qazana qəlbini itirəcəksənsə
sənin qazancın nə olacaq?!”
Sufilikdə Masiva yoxdur. (Allahdan başqa olanlara qəlbdə
yer ayrılmır) ”Fəqr mərtəbəsi”deyilən bir məqam
var. Allahdan başqa hər şeyi qəlbdən
çıxarıb atmaq, onunla olmaq məqamına çatmaq Fəqr
mərtəbəsi adlanır və bu mərtəbədə
(məqamda)qəlb istədiyi hüzuru
tapır.
Doğru deyirlər ki, Allahı unudana Allah onun
özünü unutdurur.Allahı anmaqla qəlb (lər)
hüzur bulur.Haqq nuruna yetişənin qəlb gözü
açılır.Allahın nuru qəlb gözü ilə
görünür.
Meracda Məhəmməd peyğəmbər Allaha qəlbinin
gözüylə gördü.”Nəcm”surəsində bu haqda
deyilib:”Qəlb gördüyünü yalanlamadı. " Sübuta ehtiyac yoxdu ki, Allah eşqi,
Allahı görə bilmək, onu hiss edə bilmək
ağlın dərk edəcəyi bir şey deyil. O ancaq qəlb
ilə hiss edilə bilər:
Sordum
sarı çiçəkdən,
Boynun niyə əyridir?
Çiçək
dedi, ey dərviş,
Qəlbim haqqa doğrudur. (Y. İmrə)
Bu fikrin təsdiqinə
Hüseyn Caviddə də də rast gəlmək
mümkündür:
Kim ki,
Allahı istər görmək,
Arasın
qəlbi-tabnakında!
...Qədim
misirlilərin inancına görə ürək şüurun,
həyatın mərkəzi idi. Dünyasını
dəyişən birini mumiyalayan zaman bütün daxili
üzvləri çıxarılsa da ürək yerində
saxlanılırdı.
M.Füzulinin
"Səhhət və Mərəz əsərində deyilir
ki, " Ruh” Ciyər mülkünü
layiqincə gəzdikdən sonra oradan Ürək şəhərinə
keçdi... Ürək şəhəri Ruhun
xoşuna gəldi, onu özünə paytaxt seçdi”.
... Ürəyin mərkəzində bir qara nöqtə
var. Türklər ona süveyda deyirlər.Qəlbdəki gizli
bir günahı ifadə edir.Həmçinin qəlbdəki bəsirət
və müdriklik yeri deməkdir.
Misirlilərə məxsus "Ölülər
kitabı”nda ölmüş insanların ürəyinin tərəzidə
çəkilməsinə dair rəsmlər var. Tərəzinin
bir gözünə ürək, digər gözünə isə
Tanrı Maatın qələmi qoyulur. Əgər ürək, ruh-tanrıça
ağır gələrdisə o adam
günahı üzündən cənnətə düşəmməzdi.
...Ürək
sözü yürümək sözündən
yaranıb.Çünki dayanmadan hərəkətdədir.
Tanrıyla iblis arasında mübarizə gedir. F.M.Dostoyevskiyə
görə gedən mübarizənin əsas meydanı insan qəlbi
imiş.
"Biz qarşılıqlı demonizmlə məşğuluq.Bir-birimizə
şeytanlıq edirik.Biz qəlbimizi bağlamağa
başlamışıq” Məşhur rus şairi Y.
Yevtuşenko da belə düşünürmüş.
Həzrət Əlinin fikrincə insanın
damarlarından birindən bir parça ət asılıb ki,
bu orda olan ən heyrətləndirici şeydir, yəni qəlbdir.
Yumruq
boyda bir şey olasan, amma bu boyda möcüzələrlə
dolu olasan, aşıb-daşasan...
Pifaqor
insanları insan qəlbini dərk etməyə
çağırırdı: "Allahın varlığı
haqqında qoy kahinlər fikirləşsinlər, sən insan qəlbinin
dərkiylə məşğul ol!”
Təəssüf ki, bizi çox vaxt bizləri qəlbin
dərki yox, mal-mülk, var-dövlət daha çox məşğul
edir. Maddiyyatla, bədənlə bağlı işlər
daha çox alır vaxtımızı.
Və
aldanırıq, yaman aldanırıq! Az
qala unuduruq ki, Allahın yaratdıqlarından istədiyi Qəlbnən,
Ruhnan bağlı məsələlərdir.
Hər kəs öz hesabını götürsün.” Ölümünə bircə
həftə qaldığını bilsən belə, qəlbin
öyrənilməsi ilə məşğul ol, ruhunu
saflaşdırmaqda davam et” söyləyən
İmam Qəzali də Allah Rəsulunun bir fikrini oğluna
yazdığı məktubda bir düstur olaraq təqdim edib:
"Həqiqətən də Allah sizlərin
görünüşünüzə baxmır...qəlblərinizə
baxır.” Hətta bir fikir də mövcuddur ki, "Allah
möminin qəlbinə gündə 360 dəfə nəzər
edir.”
Ən ağır xəstəlik qəlb xəstəliyi
hesab olunur.”Mübahisəyə səbəb qəlb xəstəliyidir.Ona
cavab müalicənin başlanğıcıdır.”
İmam Qəzali
həmişə olduğu kimi yenə də düz deyir...
Yalnız
onun sözlərinə qüvvət olaraq bunu əlavə edə
bilərik:
İnamsızlığa,
imansızlığa səbəb də qəlb xəstəliyidir!
Çünki iman qəlblə bağlı məsələdir.
Qəlbi
olanın imanı var,
İmanı olanın qəlbi var.
"İman dillə deyilən sözdü, deyilənin
təsdiqi qəlblə və ətraf əzalalarla yerinə
yetirilənlərdi.”
Yenə də
düz deyir İmam Qəzali, ruhu şad olsun!
Bir sözlə, qəlb möhürdür.İnsanın
imanı qəlblə, bu möhürlə təsdiq olunur.
Mömin qul qəlbi olandır. Pakistan şairi
M.İqbal yazır ki,” Mömin qul Allahın ayələrindəndir!”
L.Tolstoy
yaşamağın mənasanı qəlb üçün,
Allah üçün yaşamaqda görürdü, "Anna
Karenina” əsərində yazırdı:” Qəlb
üçün, Allah üçün yaşamalıyıq,
qarın üçün yox!..
Övliyalar içində elələri var ki, onlara
"Övliyaların qütbü” deyilir. Aləmlərin də,
insanların da (bütövlükdə cansız və
canlıların da ) qütbü var.. Qəlbdir!
Qəlb o vaxt dəyərli olur ki, Allah evi olsun, Allah
eşqiylə dolu olsun, Allah eşqiylə
çırpınsın. C.Rumi bu məqamı daha gözəl
şərhni vermişdir: "Qəlb eşqə düşməsə
Qiyamət günü Allahın mühakiməsindən
üzü ağ çıxa bilməz.”
Şəms
Təbrizi qəlbin qüdrətinə və müqəddəsliyinə
inanmayanları kafir və yolunu azmışlar
adlandırmışdır..”Mənə
Allah Elçisi Həzrəti Peyğəmbərin kitabı
fayda verməz, mənə əvvəlcə Allahın öz
kitabı (qəlb ) lazımdır.”
Ş.Təbrizi
bununla kifayətlənmir, əlavə edirdi ki, ona hər qəlb
lazım deyil, ona Ərş deyilən məqam gərəkdir.. "O Ərş deyilən məqam isə Həzrəti
Məhəmmədin qəlbidir.”
...Möminlər
Kəbənin ətrafında halqalanıb səcdə edərlər.Kəbəni
bir anlığa ortadan qaldırmaq mümkün olsa
, nə görünər? Bunlar bir-birlərinəmi
səcdə edirlərmiş ki?!
Yox! Onlar
öz qəlblərinə (könüllərinə
) səcdə etmiş olarlar?!
... Məlumdur ki, peyğəmbərimiz hələ
uşaqkən üzərində Allah nəzərinin olduğu
dönə-dönə aşkar olmuşdur.
(Məsələn,
bir dəfə uşaqlarla qoyun-quzu otararkən ağ
geyimli mələklər tərəfindən sinəsinin
yarılması və qəlbinin çıxarılıb qarla
yuyulması və s.)
Quranda
peyğəmbərimizin qəlbinə nəzər edildiyinin
daha bir nümunəsi: " Biz sənin qəlbini
açıb genişləndirmədikmi?”
80 yaşlı Əyyub peyğəmbər imtahana çəkildi.Birdən-birə
10 oğlunu qeyb etdi.Var-dövləti puç oldu. Canını
yaralar bürüdü.18 gün ərzində
yaralarındakı qurdlar o qədər artdı ki, dilinə və
qəlbinə də zərər vurmağa başladılar.
İndiyi
qədər dözüb dinməsə də, amma indi dindi, deməyə
məcbur oldu:
-Allahım,
bu qurdlara əmr etdi ki, dilimə və qəlbimə dəymsinlər.Çünki
səni dilimlə zikr edir, qəlbimlə təsdiq edirəm.
Bundan
sonra qurdlar yoxa çıxdılar... Bax, əsl imanlı
insan, əsl qəlb belə olar! Əsl Qəlb uğura
çıxan yaxşı adam kimidir.
Livanlı filosof-yazıçı C.X.Cübram tövsiyə
edib ki, " Heç vaxt deməyin: " Mən
qəlbimin yolunu tapmışam” Deyin: "Yoluma çıxan
qəlbimə rast gəlmişəm.”
Burdan çıxan nəticə nədir?
Allahı
sevənin baxtına, uğuruna ilk olaraq Allah hər kəsin
öz qəlbini çıxarar!
Qəlb ən
böyük Uğur, Qələbə rəmzidir!
Səni
heç kim məğlub edə bilməz,
öz qəlbin məğlub etməsə!
N.Hikmət
sevgilisinə yazdığı bir məktubda bundan söhbət
açır: "Bəlkə başların
çarpışdığı vaxt mən qalib gəldim. Fəqət qəlblərin
çarpışdığı vaxt daima məğlub olan mənəm.”
Mövlana qəlblə bağlı buraxılmış
səhvləri ən bağışlanılmaz səhv
sayırdı.
"Özünü
bilən və qəlbini hər zaman səhvlərdən
qoruyan İnsanın qulu” olmağa hazırdı...
Qəlblə yaşamaq, yaratmaq azdı. Qəlbi
qorumaq lazımdır.
Yoxsa Məhşər başlayar.
"Bir məmləkətin faciəsi ən seçkin
övladlarının beynini və qəlbini itlərə
peşkeş etməkdir” xəbərdarlığını edən
Cəmil Mericin qəlbinə eşq olsun!
M.Şəbüstəri qəlb elminə söykənən
elmlə "Allahı bilib tapmağın mümkün
olduğu qənaitinə gəlmişdi.”
Həllac
Mənsur gizli kainat sirlərinə, xalqın dilə gətirə
bilmədiyi,yalnız qəlbinin dərinliklərində gizlətdiyi
ən şübhəli həqiqətlərə toxunduğuna
görə insanlar ona”Qəlb sirlərinin Həllacı
"deyərmişlər”.
Vaxtilə
yazdığım bir şeirim belə bitirdi:
Qəlbim
məndən qabaq gəlib dünyaya,
Ayaq altdan götürməyə gəlmişəm.
Malik Dinar
deyir:
" Bir
dəfə mən İmam Həsəndən bu dünyanın
əzabı nədir?deyə soruşdum.
O:”Qəlbin
məhvi!”-dedi.
-Qəlbin
məhvi nə deməkdir?
-Bu
dünyaya olan sevgi.
Deməli,qəlb deyilən şey yalnız ona (Allaha)
olan sevgiylə dolu olmalıdır.
Həzrət Əlinin qəlbi yaralı bir qəlbdi.
Nədən ki?
Qoy bunu özündən öyrənək.
"Kişi
paltarı geymiş,arvad xislətli adamlar,mən
sizi hardan gördüm?
Niyə yaraladınız mənim qəlbimi?!”
...Bir kor
bir qaranlıq gecədə səhəngi doldurub yol ilə əlində
bir çıraq gedirdi. Birisi ona rast gəlib dedi ki, ey kor, sənə
gecə və gündüz birdir, bu çıraq nə
lazımdır?
Dedi ki, sənin
kimi kordil (qəlbi qarə) mənim sənəgimi
görsün, sındırmasın...
P.S Nazlı-qozlu
bir xanım bir biqeyrət oğlanın ağlını
yoxlamaq qərarına gəldi.Şərt qoydu:”Get, ananın
ürəyini çıxart, mənə gətir, onda sənə
gedərəm.”
Bu biqeyrət də dərhal onun dediyini edib, əlində
anasının ürəyi buğlana-buğlana
qaça-qaça geri qayıdanda birdən büdrədi,
yıxıldı. Heç kim qolundan tutub
qaldırmadı.
Hoyuna yenə
anasının ürəyi çatdı, ofuldandı! "can oğul, haran ağrıdı,bərk
yıxılmadın ki?”
Son vaxtlar bəşərin getdikcə pisləşən
halını düşünərkən yadıma öz cəllad
övladının əliylə qəsd edilib sinəsindən
çıxarılmış o ana ürəyi
düşdü. Yer kürəsi özü də bir
anadır. Bir para cəlladların, biqeyrətlərin əlində
qalıb.Hansı biqeyrətsə onun da ürəyinin
köksündən çıxarıb elə bil beş-on qəpiyə
satmaq üçün kiminsə (lap elə hansı fahişəninsə! )yanına tələsir.O da büdrəyir,
yıxılır.
Onun da
halına yenə ana ürəyi ofuldanır:
-"Can
bala, haran ağrıdı?!”
Ey
insanlar! Mən sizi bilmirəm, xəcalətimdən
başımı soxmağa yer axtarıram. Tapmıram!
Amandı,qoymayın anamızın (Yer Kürəsinin!)
yox, qəlbin (qəlbimizin!) axırına çıxdılar?!
Barat Yüsal
Ədalət.- 2020.-
20 iyun.- S.9.