Təbiət şairi
Poeziya işıqdır, nurdur.
Hər
insan bu işıgın həndəvərində dolaşa
bilməz. Dolaşmaq üçün gərəkdi ki, SÖZə
etibarın ola, SÖZə hörmətin ola. Sözün
qaygısını çəkən, ona səbrlə, təmkinlə
yanaşasan. Onda Söz də sənə dogma olar.
SÖZə
dogma şairlərdən biri də gözəl şair dostumuz
Şahin Həmidlidir.
Şeirlərini
uzun müddət dövrü mətbuatdan izləmişəm.
Elə,
obaya sədaqət, dosta etibar, kənd, kəsəyə məhəbbət
şairin şeirlərinin əsas qayəsini təşkil
edir.
Tarix
nəfəsini dərir dərindən.
Olmaz
ocagından, olmaz pirindən.
Heç zaman ayrılmaz biri-birindən.
Dagımız, dərəmiz, bir də kəndimiz.
Müqəddəs izlər var, cıgırda, izdə.
Dadı suyumuzda, çörəyimizdə.
Yan-yana düzülüb
ürəyimizdə.
Dagımız, dərəmiz, bir də kəndimiz.
Şairin yaradıcılıgında Payız
lövhələri" xüsusi
yer tutur. Payıza fərqli
münasibət, payızla
söhbətlər, görüşlər,
ayrılıqlar şeirləri
daha da özünəməxsus
edir.
Göyə bulud gəlib, hava qaralıb
Son bahar boylanır güllər içindən
Yaşıllıq çəməndən düşüb aralı
Otlar şehə
batıb qan-tər içində.
Küləkli havayla çəkir içini.
Səpir bu torpaga bir
ətir payız.
Hamıya göstərir öz sevgisini.
Dərdini hamıdan gizlədir payız.
Şahin
Həmidli ən yaxın dost, sirdaş kimi təbiətlə dərd-sərini bölür.
Şair təbiətin dilini gözəl bilir. Və deyərdim
ki, əzbər bilir.
Çünki çox şeirlərində
yol, cıgır, meşə, bulaq var.
Bu yollarla da arxayın
gedir, büdrəmir, büdrəmir, çaşmır,
getdiyi cıgırlara
şeirləri işıq
saçır:
Torpaq anasıdır kolun, agacın...
Onları bəsləyir öz ocagında.
Bəxtinə çiçəklər düşür
yamacın.
Bitir bənövşələr
yol qıragında.
Təpələr dagların dərdi,
qəmidir
Qayalar dagların
daş yuvaları.
Çöl-çəmən yaşıl bir muzey kimidir,
Sənət əsəridir quş yuvaları.
Kitabda ən maraqlı məqamlardan biri də şairin
öz-özünə yanaşmasıdır. Şair
özü haqqında
elə ürəklə
yazıb ki, bu onun taleyidir,
özünün özünə
öz saglıgında
qoydugu heykəldir:
Mən dagdan enmişəm, düzə gedirəm,
Taleyim, qismətim sizə gedirəm,
Dən-dən cücərirəm, söz-söz
bitirəm,
Qalmışam dodaqla, dil arasında.
Qəlbinə hakimdir sevgi ilə kin,
Onun varlıgıdır
bu iman, bu din.
Allah adamıdır Həmidli Şahin,
Yaşayır dünyanın gör harasında.
Şahin Həmidli sədaqətli dostdur. Dosta vəfasını şeirə çevirəndə
daha mükəmməl
olur.
Şair, rəssam qardaşımız
Sehran Allahverdiyə yazdıgı şeir əsil məqamına düşüb.
Yeri qaldır
göyə, göyü
sal yerə.
Çıxar təzədən ək, kolu, agacı.
Nəzər sal müqəddəs
ocaga, pirə...
Doldur kətan
üstə yalı, yamacı.
Bu şeirin hər
sətri bir canlı fəlsəfədir. Şair bu
şeirində də təbiətlə qol, boyundur.
Və yaxud gözəl şair Balayar Sadiq haqqında yazdıgı şeirə
nəzər salaq:
Arada adına ustad
deyirlər,
Şərlə arası yox, dostdur xeyirlə.
Hər yerdə tanınır gözəl şeirlə,
Biriylə, beşiylə, yüzüylə
şair!
Bu şeirin hər
bəndində Balayar Sadiqin şözlə portretini yaradıb.
Şahin Həmidlinin yaxın dostlarından olan Müşfiq Borçalıya
yazdıgı şeir
ürəyimi oxşadı.
Bu şeirdə də şair dost sədaqətini,
dost ucalıgını yüksək
tutur.
Baxdım
bir şəkilə dəyişdi halım
Elə bi dünyaya
gəldim təzədən.
Ömrün uzun olsun Müşfiq Borçalı
Üz-üzə qalmışıq..
o illər.. və mən..
Azalmır tarixin dumanı,
sisi...
Ötənlər yadından çıxmır
heç kimin.
Bu gün xatırladım gözəl Tiflisi..
Şeiri yada düşdü Əlizaminin.
Şairin yaradıcılıgında ana
sevgisi özəl yer tutur. Bu mövzu bütün yaradıcıların şeirlərindən
işıqlı yol kimi keçir.
Yoluma göz dikib anamın qəbri
Öpüm torpagını, verim canımı.
Ürəyim kövrəlib, tükənib
səbrim,
Gizlədə bilmirəm həyəcanımı...
Şahin Həmidli nədən yazır, yazsın yenə təbiətə,
gözəlliyə, torpaga
qayıdır. Gözəl Xalq şairimiz
Musa Yaqubun bütün
şeirləri təbiətə
söykənir. Şahin Həmidlinin
də şeirləri belədir. Hər sətrindən təbiət
boylanır. Şairin
Musa Yaquba yazdıgı
şeirdən bir bəndini xatırlayım:
İlhamla vəsf etdin dumanı, çəni,
Sənət bir dünyadır, sən sökülən dan.
Təbiət o qədər istəyir
səni,
Heç
yana buraxmır İsmayıllıdan..
Şahin Həmidlinin "Mənim ürəyimə köçüb
kəndimiz" kitabını
sətir-sətir oxudum,
şeir-şeir duydum.
Elə bil kəndimizə getdim.. Elə bil
təbiətlə ünsiyyətdə
oldum.
Qələmin yorulmasın, gözəl
şair!
Fərqanə Mehdiyeva
"Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri
Ədalət.- 2020.- 17 mart.- S.8.