Bakı metrosunda faciələr: Erməni
terrorizmi və "Sadval" separatçıları…
"Böyük Ermənistan " dövlətinin yaradılmasını qarşısına
məqsəd qoymuş
radikal erməni təşkilatları - 1887-ci ildə
yaradılmış "Armenakan”,
sonradan "Hnçak»
və "Daşnaksütyun”
partiyaları bu planı həyata keçirmək üçün
siyasi terror aksiya-larından
geniş istifadə edilməsini proqram sənədlərində başlıca
vasitə kimi nəzərdə tutmuşdular
. İnsanlığın əleyhinə olan
həmin sənədlər
planlı şəkildə
həyata keçirildə
və hazırda davam etməkdədir.
Bu gün ki,
yazımızda məqsəd
erməni terrorunun qanlı nümunələrindən
biri olan və Azərbaycanda metro faciələri kimi tarixə düşən həmin teraktlar haqqında oxucularımıza
məlumat verməkdi.
26 il əvvəlin
bu günü-1994-cü il
martın 19-da saat
13.00 da qatar stansiyada dayandığı
zaman, birinci vaqonda kustar üsulla hazırlanmış
və saat mexanizmi ilə təchiz edilmiş partlayıcı qurğu işə düşüb.
Baş vermiş partlayış nəticəsində 14 nəfər
dünyasını dəyişmiş,
49 nəfər yaralanmışdı.
Həlak
olanların arasında
Azərbaycan respublikasının
xalq Artisti Rafiq Babayev da
olub.
İstintaq nəticəsində, "Sadval" separatçı
təşkilatının üzvləri
həbs olunub, istintaq zamanı məlum olub ki, terrorçular Ermənistan respublikasının
xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq Ermənistanda olmuş və orada onlara xüsusi
təlim keçilmişdir.
Terror aktının icrasında və təşkilində
iştraka görə,
Azərbaycan respublikasının
hüquq mühafizə
orqanları tərəfindən
11 nəfər həbs
olunmuş, onlardan ikisi barəsində məhkəmə güllələnmə
hökmü çıxarmış,
digərləri isə
müxtəlif müddətli
həbs cəzasına
məhkum olunmuşdular.
Məhkəmə metrostansiyada törədilmiş
terror aksiyasının Ermənistan
xüsusi xidmət orqanları tərəfindən
hazırlandığını, separatçı "Sadval"
ləzgi təşkilatının
üzvləri tərəfindən
həyata keçirildiyini
sübuta yetirib.
"Sadval" separatçı
təşkilatının həmin
fəalları 1992-ci ildən
etibarən dəfələrlə
Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik
Baş İdarəsi Təşkilatın formalaşmasında,
maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
1992-ci ilin aprel-may aylarında 30 nəfər
milliyyətcə ləzgi
olan Azərbaycan vətəndaşı Ermənistanın
Nairi rayonunun Lusakert qəsəbəsində
yerləşən təlim-məşq
bazasında xüsusi
terror-təxribat hazırlığı
keçib.
İstintaq zamanı müəyyən
edilib ki, təxribatçılar təlimata
uyğun olaraq, "20
Yanvar" stansiyası
ilə yanaşı Bakının "Nizami"
kinoteatrında, Respublika
sarayında və Bakı lampa zavodunda da partlayışlar
törətməyi planlaşdırıblar.
"20 Yanvar" metro stansiyasında partlayışın
törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş
30 sadvalçı cinayət
məsuliyyətinə cəlb
edilib.
Yenə
həmin il
– 1994-cü il iyulun
3-də Bakı metrosunun
"28 may” və "Gənclik”
stansiyalarının arasında
qatarda partlayış
törədilib. Bu hadisədə 13 nəfər
həlak olub, 42 nəfər yaralanıb.
Azərbaycanın hüquq-mühafizə orqanları
bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil
etdiyini bildirir. Rəsmi versiyaya
görə Ermənistan
xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını
məxfi əməkdaşlığa
cəlb edərək onu metronu partlatmaq
tapşırığı ilə Bakıya göndərib.
Bu iki partlayışda
ümumilikdə 27 nəfər
həlak olub, 91 nəfər yaralanıb.
Amma Bakı metropolitenində ən böyük insan itkisi 1995-ci il oktyabrın
28-də baş verib. Həmin gün metronun "Ulduz” və "Nərimanov” stansiyaları arasındakı
tuneldə qatarın alışması nəticəsində
300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb.
Yeri gəlmişkən, tarixdə
ilk dəfə olaraq yeraltı nəqliyyatda
terror aktı Moskva metrosunun "İzmaylovo” və "Pervomayskaya” açıq stansiyaları
arasında hərəkət
edən qatarda əldəqayırma partlayıcı
qurğunun işə
düşməsi nəticəsində
7 nəfər ölüb,
32 nəfər yaralanıb.
Əldəqayırma bombaya armatur
qırıqları və
müxtəlif dəmir
əşyalar doldurulmuşdu.
Hadisəni törətməkdə
təqsirli bilinən
3 erməni terrorçu
- Akop Stepanyan, Stepan Zatikyan və Zaven Baqdasaryan
SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnib. Cinayət işinin
üzərindən bu
gün də məxfilik qrifi götürülməyib. Hadisənin nə məqsədlə törədildiyi bu gün də ictimaiyyətə naməlumdur.
Sovet mətbuatı bu hadisə barədə 3 gün sonra məlumat yayıb.
Bu gün də terrorçuluğu dövlət
siyasətinə çevirən
Ermənistanın dinc
Azərbaycan əhalisinə
qarşı fəaliyyəti
hərbi vasitələrlə
davam etdirilir. Belə ki,
1994-cü ildən Ermənistanla
atəşkəs əldə
olunmasına baxmayaraq,
bu ölkənin silahlı qüvvələri
tərəfindən müntəzəm
olaraq atəşkəs
rejimi pozulur. Ancaq təəssüflər olsun
ki, bütün bunların qarşısını
almağa heç bir səy göstərməyən
beynəlxalq ictimaiyyət
Azərbaycanı qınayan,
terrorçu Ermənistanı
isə növbəti
terror aksiyasını həyata
keçirməyə həvəsləndirən
bəyanatlar verməklə
kifayətlənirlər.
Əntiqə Rəşid
Ədalət.- 2020.- 20 mart.- S.12.