BİR GÜN DƏ ÖMÜRDÜR  

 

Bu gün Şahnaz xanımın dünyamıza qədəm qoyub, doğmalarını, dostlarını sevindirdiyi tarixi məqamdı. Biz də özünəməxsus dəsti-xətti olan Şahnaz xanımı doğum günü münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Doğum gününüz mübarək!

 

Geridə bir dünya qoyub gəlmisən,

Neçə istəyinə qıyıb gəlmisən..

Gün var, axıtmısan su kimi boşa,

Gün var, şirəsini sıxıb gəlmisən.

Gün var, qələmini çəkib tərsinə,

Gün var, taleyinə doğub gün kimi.

Gün var, əlinə dəyməyib əli,

Ömrünün cibindən tökülüb itib.

Gün var ki, başında hava bağlayıb,

Bir quş dimdiyində yuva bağlayıb

Daşıyır elədən, belədən belə...

Hər gün yaşanmaz ki, qadanı alım...

 

Hər gün bir az solar yad baxışlardan-

Yamyaşıl çöllərin xasından yığıb

Bir vaxt sağlarına düzdüyüm güllər,

Oxunar qəlbin son duası kimi,

Sarala-sarala baxar uzaqdan.

Gözünü yaş tutar, saçını qırov,

Düşər gözlərindən gördüyün günlər...

Hər gün yaşanmaz ki, qadanı alım...

 

Sualı, nidası, səsi içində,

Günahı, savabı, əfvi içində,

Bu qədər doğma, yad səsin içində

Ürəyin qırılar, saxlayammazsan...

Əlini yaranın üstünə qoyub,

Bir ürəkdolsu ağlayammazsan...

Açıb tullayarsan xatirələri

Dənizin burulğan, tufan yerinə.

 

Nəhəng gəmilərin, təyyarələrin

Bermud qəzasında batan yerinə...

Dönərsən geriyə əlləri yalın...

Eh, hər gün yaşanmaz ki..,

Yaşanmaz, canım....

 

ADAM

 

Məni vaxtında ağla,

Məni vaxtında sev, Adam..

Heyif, vaxtdan əvvəl tapıb,

Vaxtsız itirən div Adam..

 

Saat da tərsə qurulub,

Sabah zəngi gecə çalır.

Onsuz da gedənlər gedir,

Qalanlar da ölü qalır...

 

Dillənmir budaqda yuva,

Hopmur su səsi torpağa.

Gecələr şeh gəlib düşmür,

Gündüz yad olan yarpağa...

 

...Mənə vaxtında yuva qur.

Məni özündə sev, Adam.

A, Şəbi-hicran oxuyan,

Ay dəli, divanə Adam...

 

ÜRƏYİMİN YERİNƏ

 

Yenə dolub boşalır

Ürəyim hava kimi.

Gecə yatmayıb yenə,

Hürüb sabaha kimi...

 

Şəhərli qonağım da,

Məndən narazı qalıb.

bilsin, hardan bilsin,

Kim vurub, kim ağladıb?..

 

Həkim çağırmışam,

Dərdimi tapa bilmir.

Yüz oyundan çıxıram,

Bir yol üzümə gülmür.!

 

dərman kar eləmir,

dua, ağı.

Bir kimsəni eşitmir,

Tək tanrıdan savayı...

 

Çəkib durur içini,

Gözləri qan çanağı..

Bax gör necə səyriyir,

Yenə sol yanağı...

 

Öpüm, qırmızı qoyum,

Görüb bəlkə sevinə.

De, kim qoyar özünü,

Ürəyimin yerinə...!?

 

YAŞADIM

 

Bir xətt çəkdin, ömür qoydun adını,

Mən üstündə kədər yükü daşıdım.

Bir günüm rahatlıqla keçmədi,

Qaça-qaça, qova-qova yaşadım.

Bilmədim ki, payız nədi, yaz nədi,

Qeybdən gələn avaz nədi, səs nədi.

Hey tutuşdum.., alov nədi, köz nədi...,

Ürəyimi soya-soya yaşadım.

 

İnsan oldum, daş imiş, qaya ..

Sevgi əkdim, dərd becərdim şahanə...

yatdım ki, yuxu görəm, oyanam..,

Parçalandım günə, aya.., yaşadım..

 

Duman gəldi, çən bürüdü üstümü,

Külək çaldı, yel oynatdı tüstümü..

Həyat adlı bu kirayə büstümü

Satdım, sovdum.., dedim guya yaşadım!...

 

Şahnaz getdi bir səbir gətirə,

Damar-damar tuta, bir-bir gətirə.

Inanmazdım bəxtim sə-bir gətirə..

Röya imiş...,

demə röya yaşadım....

 

HƏR GÜN ÖZÜMÜASIRAM

 

Məni öldürməyə ehtiyac yoxdu,

Mən, özüm özümü asıram hər gün.

Hər gün həyatımı riskə qoyuram,

Tanrıya bir məktub yazıram hər gün !..

 

Yazıram ki, Ona...

Ay Allah baba,

Burda adamlar var sənin boydadı.

Burda adamlar var qarışqa boyda...

Doğrumu bunları sən yaratmısan?..

 

Suallar tökülür, aparır bu çarx,

Doğranır, üyünür, uçur havaya.

Gecələr yuxuma hamilə girir,

Neyləsə, bir adam doğulmur amma...

 

Yenə daş atıblar, başımdan çıxıb,

Daş atan, atdığın aşından çıxa!..

Bəd dua etmərəm, canın sağ olsun,

De, necə dözürsən sən bu ağrıya!?...

 

Mənsə.., elə mənəm, Tanrını qucan...

Tanrıdan ayrılan.., Tanrıya uçan...

Sən .., elə sənsən..,

bir yıxıq koma,

bir yalın ayaq, bir köhnə çuxa..

 

Məni öldürməyə gücünmü yetər?..

Mən ki, öz özümü asıram hər gün asıram...

Uzanıb ilahi kəndirin üstə,

Hər gün Allahıma məktub yazıram...

 

Şahnaz Şahin

 

Ədalət.- 2020.- 20 mart.- S.12.