ŞƏHİDLƏRİN QANI DAMAN
YERDƏ...
... O millətin ki, o xalqın ki, o ölkənin ki, döyüşən əsgəri
yoxdur, o məmləkətin
axırı ya puça çıxacaq, ya da yadellilər
gəlib orda ağalıq eləyəcək.
Tarixdə o qədər
bu cür hadisələr baş verib. Ki, əgər
sadalasaq böyük bir siyahı alınar. Sözümüzün
canı bu deyil. Sözümüzün
canı odur ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun aslan
kimi döyüşən
və vuruşan əsgərləri var... Azərbaycan xalqı xoşbəxtdir ki, onun əsgəri bu xalqın torpaqlarını erməni
işğalından azad
edib... Azərbaycan xalqı xoşbəxtdir ki, onun ordusunu
və əsgərini bu gün yağı
düşmən geri oturda bilmir...
Sentyabrın 27-dən oktyabrın 9-na qədər
davam edən Böyük Vətən Savaşı bir daha Azərbaycan əsgərinin gücünü
və qüdrətini
dünyaya göstərdi.
Hətta müharibə
başlamamışdan öncə
dəfələrlə
belə bir fikir səsləndirilmişdi
ki, Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur və səhf eləmirəmsə,
dünya ordusu arasında öncül yerlərdədir. Bu o deməkdir
ki, bizim əsgərimiz, bizim ordumuz həqiqətən də çox qüdrətli və müzəffər bir ordudur. Ən azından ona görə ki, bu ordu 45 gündə
Azərbaycanın işğal
altında olan 6 rayonunu və çoxlu sayda şəhərləri,
qəsəbələri və yaşayış məntəqələrini azad
edib. Təkcə oktyabrın 9-da bu ordunun gücü ilə 73 yaşayış
məntəqəmiz erməni
işğalından təmizlənib.
Bu faktın özü bir daha göstərir ki, rəşadətli və müzəffər Azərbaycan Ordusunun qarşısında heç
bir qüvvə duruş gətirə bilməz...
... O məmləkətin, o
dövlətin ki, ordusu, əsgəri, torpağı qoruyur, işğal altında olan şəhərləri,
kəndələri, yaşayış
məntəqələrini azad
edir, deməli, o ordu xalqına çox sədaqətli ordudur. Bizim işğaldan azad
olunmuş rayonlarımız
heç də asanlıqla yağılardan
təmizlənməyib. Çünki
bu döyüşlərdə
və bu savaşda Azərbaycan əsgəri ölümdən,
yaralanmaqdan belə çəkinməyib. 45 gündə
möhtəşəm qələbə
əldə etmək, zəfər çalmaq elə də asan deyil. Füzulini, Cəbrayılı,
Zəngilanı, Qubadlını,
Hadrutu, Şuşanı
30 illik əsarətdən
xilas etmək üçün aslan kimi oğullar lazım idi. O oğulları Azərbaycan
anaları doğmuşdu, böyütmüşdü
və yetişdirmişdi.
Bu oğullar da Ana Vətəni
xilas etmək üçün ölüm-dirim
mübarizəsinə atılmışdılar.
Böyük Vətən
Savaşında o oğullar,
o igidlər heç nədən qorxmadılar və döyüşə
atıldılar...
Böyük Vətən Savaşı
şəhidsiz ola bilməz və şəhid verməsək,
biz nə Füzulini ala bilərdik, nə Cəbrayılı azad edə bilərdik, nə Zəngilanı, nə Qubadlını xilas edə bilərdik, nə də Məkkəmiz və Mədinəmiz olan Şuşaya gedib çıxardıq.
Böyük Vətən Savaşında
bu məkanları azad edərkən şəhid olan Azərbaycan oğulları
tariximizə öz adlarını qızıl hərflə yazdılar. Şəhid qanı daman yerdə günəş boylanar... güllər, çiçəklər dil
açıb danışar...
şəhid qanı daman yerdə səhərimiz rahat açılar... şəhid
qanı axan yerdə bu millət,
bu xalq heç
vaxt torpağını
düşmənə verməz...
O millət, o xalq xoşbəxtdir ki, onun uğrunda döyüşən və
torpağını azad
edərkən şəhid
olan aslan kimi oğulları var. O şəhidlər heç vaxt nə ölümdən
qorxublar, nə də yaralanmaqdan. O şəhdilər yalnız
və yalnız ölüm-dirim mübarizəsi
zamanı işğal
altında olan torpaqlarımızı azad
etmək barəsində
düşünüblər. Bu savaşda mənim neçə-neçə
doğmam şəhid
olub. Əlbəttə,
o şəhidlər olmasaydı,
bu gün biz rahat nəfəs
alıb Füzulinin, Şuşanın, Zəngilanın,
Qubadlının, Hadrutun
işğaldan azad olmasını görə
bilməzdik.
Həmişə “Bayatı-Şiraz” səslənəndə
tüklərimiz biz-biz
olurdu. Və “Bayatı-Şirazı” da Tacir Şahmalıoğlu Ağdamda 7-8 yaşında
oxuyub. Və düşünürük
ki, Allah, görəsən biz nə vaxt bu
torpağa, bu yurda dönəcəyik?
30 il gözləmişdik
və hələ də elə insanlar vardı ki, bir 30 il
də gözləməli
olacağımızı deyirdi.
Və hətta yuxularımızda
belə gedib gördüyümüz işğal
altında olan torpaqlarımızı görəndə
hönkür-hönkür ağlayardıq.
İndi şükür
ki, Azərbaycan xalqı işğal altında olmuş torpaqlarımızın azad
olunmasını gördülər
və görürlər.
Böyük Vətən Savaşındakı
şəhidlər bizim
and yerimizdi. İstər Birinci Qarabağ Savaşı olsun, istərsə də İkinci Qarabağ Savaşı. Onları heç vaxt, heç zaman yaddan çıxarmaq
olmaz... Onların övladlarını gözümüzün
üstündə saxlamalıyıq...
Onların ata-analarını,
bacı-qardaşlarını unutmamalı, sevməli və bu dərdi,
bu kədəri bütün Azərbaycan öz çiynində daşımalıdır. Təkcə
o şəhidlər anadan
olduqları kəndlərdə,
rayonlarda deyil, bütün Azərbaycanda
xatırlanmalıdır. Mən
belə bir təklif irəli sürmək istəyirəm.
Respublikanın ölkəmizin
4 istiqamətinə gedən avtomobil yollarında o şəhidlərin şəkilləri
vurulmalıdır. Mən
bu cür şəhid şəkillərini
Təbrizə gedərkən
avtomobil yolunda görmüşəm. Çünki
bu o deməkdir ki, şəhidləri biz hər gün,
hər an görürük, yada salırıq, xatırlayırıq.
...Və onlar barəsində orta məktəbdəki dərsliklərdə, ali məktəblərdəki proqramlarda
xüsusi yer ayrılmalıdır. Ən
azından ona görə ki, şəhidlərlə bağlı
dərsliklərdə mövzu
olanda istər-istəməz
şagird də, tələbə də onları tanıyacaq və xatırlayacaq.
Hələ bu da azdı. Biz
o şəhidlərin hamısının
adını əbədiləşdirməliyik.
Bu addımımızla
həm onları yaşatmış oluruq, həm də ata-analarına, doğmalarına
bir təsəlli veririk. Onsuz da dövlət həmişə şəhid
ailələrinə diqqət
yetirib, qayğı göstərib. Eyni zamanda, özəl qurumları da şəhidlərin xatirəsini həmişə
yad etməli, ailələrinə, uşaqlarına
diqqət yetirməlidir.
Bu gün
biz o şəhidlərin,
o aslanların qanı
bahasına başımızı
dik tutub yeriyirik. Çünki 30 il idi ki,
başıaşağı idik, dilimiz də
gödək idi. Bunu hamımız yaxşı bilirik. Başımızı uca tutmağı, dilimizi uzun eləməyi Şəhid qanı kömək etdi. O şəhid qanı ki, axan yerdə
işıqlı bir səhər açılır...
dağlarda bulaq çağlayır, xarı
bülbül bizi səsləyir... güllərin,
çiçəklərin ətrində onların qoxusunu, nəfəsini hiss eləyirik...
Şəhid qanı daman yerdə yeni bir dünya başlanır, yeni bir aləm işıq
üzü görür.
Və biz o şəhidləri, o igidləri
nə vaxta qədər ki, Azərbaycan var, nə vaxta qədər
ki, bu xalq
var, heç vaxt unudan deyilik.
Hər açılan səhəri,
üfüqdən boylanan günəşi gördüyümüz
kimi, o şəhidlərin
də ruhunu görəcəyik, səsini
eşidəcəyik, övladlarının
çöhrəsindəki təbəssümdə, gülüşdə
o şəhidlər yenidən
bu Vətənə qayıdacaq, bu Vətənin daşında,
qayasında, meşəsində,
ormanında, dağında
bir günəş kimi bizi yenidən
salamlayacaq. Ruhunuz şad olsun, Böyük Vətən Savaşının Şəhidləri!
Biz sizi heç vaxt unudan deyilik!!!
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2020.- 12 noyabr.- S.-14