Türk Ocaqları”nın ümumi katibi ilə görüş keçirilib

 

AzərbaycanTürk Ocağı”nın təşkilatçılığı iləŞərqqəzetinin redaksiyasında mətbuat konfransı keçirilib. Tədbirdə TürkiyəTürk Ocaqları”nın ümumi katibi, professor Emrah Şenel, AzərbaycanTürk Ocağı”nın sədri, “Şərqqəzetinin baş redaktoru Akif Aşırlı, media nümayəndələri digər qonaqlar iştirak edirdilər.

 

Akif Aşırlı Türk Türkiyəli professor tədbir iştirakçılarını salamlayıb, “Ocaq”ları haqqında qısaca məlumat verib redaksiyanın eyni zamanda AzərbaycanTürk Ocağı”ının mərkəzi ofisi kimi fəaliyyət göstərdiyini bildirib:

 

Türk Ocaqları”nın yaradılması ideyası 1911-ci ildə formalaşıb. Türk ziyalıları bir araya gələrək milli iradə ortaya qoyublar 1912-ci ildə TürkiyəTürk Ocaq”larını qurublar. Ocağın əsas məqsədi türk millətinin, ümumən milli düşüncənin sağlam tutulması, “dildə, fikirdə, işdə birlikideyasının bütün türk dünyasında yayılması bu sahədə tədbirlərin görülməsi idi. AzərbaycandaTürk Ocağı” 1918-ci ildə yaradılıb ilk qeyri-hökumət təşkilatı kimi Fətəli xan Xosyski hökuməti tərəfindən rəsmi qeydiyyata alınıb. Sənədi daxili işlər nazirimiz Behbud xan Cavanşir imzalayıb. Qərara gəldik ki, AzərbaycanTürk Ocağı”nı bərpa edək. Artıq 1 ildir fəaliyyət göstəririk rəsmi qeydiyyatdan keçmişik. Ümumi koordinasiya şəklində TürkiyəTürk Ocaqlarıilə birlikdə fəaliyyət göstəririk. Əhməd bəy Ağaoğlu, Əhməd Cəfəroğlu başqa şəxslərlə bağlı bir neçə elmi konfrans keçirmişik”.

 

A.Aşırlı onu da qeyd edib ki, koronavirus Vətən savaşı dönəmində hər zaman olduğu kimi Azərbaycanın yanında qardaş Türkiyə olub:

 

Azərbaycan Türkiyə, Türkiyə Azərbaycandır. Müharibənin ilk günlərindən TürkiyəTürk Ocaqları”nın rəhbərliyi Azərbaycanın nəyə ehtiyacı olduğu ilə daimi maraqlanırdılar.

 

Əlbəttə, Türkiyə Azərbaycanın gündəmini çox yaxşı bilir. Bilirlər ki, Tərtərdə, Gəncədə, Bərdədə başqa şəhərlərdə erməni faşistlər terror törədiblər, insanların evlərini dağıdıblar. TürkiyəTürk ocaqları”nın maddi dəstəyi ilə ötən həftə Tərtər Gəncədə evləri dağıldılmış 120 ailəyə yardımlar apardıq. 80 bağlamanı Tərtərə, 40-nı isə Gəncəyə çatdırdıq. Sabah isə Bərdəyə 300 ailəyə yardım bağlaması göndərəcəyik. Buna görə TürkiyəTürk ocaqlarıbaşqanı, hörmətli Mehmet Özə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən türk ocaqlarının rəhbrələrinə öz təşəkkürümü bildirirəm”.

 

Tədbirdə çıxış edən TürkiyəTürk Ocaqları”nın ümumi katibi, professor Emrah Şenel öz növbəsində vurğulayıb ki, Türk ocaqları böyük bir fəlsəfənin, tarixi keçmişin təzahürüdür. Professorun sözlərinə görə,  yüz il öncə üç fikir ortaya çıxmışdıOsmanlıcılıq, islamçılıq türkçülük. Hamısının qayəsi dövləti ayaqda saxlamaq idi. Çünki türk dövlətsiz olmazdı:

 

Öncə Osmancılıq ideyası həyata keçirilsə , qeyri-müsəlman toplumların ayağa qalxması ilə bu ideya reallaşmadı. Sonra islamçılıq fikri önə çəkildi, ancaq bir müddət sonra Yaxın Şərqdə ərəb üsyanları başladı. Bundan sonra türkçülük, indiki deyimlə millətçilik ideyası meydana çıxdı hər kəs tərəfindən qəbul edildi. İsmayıl bəy Qaspıralının dediyi kimidildə, fikirdə işdə birlikformalaşdırmaq üçün yeni bir milli dövlət qurduq. Azərbaycanda da belə bir dövlət qurulsa da, ömrü uzun olmadı”.

 

 

 

E.Şenel bəyan edib ki, Türk Ocaqları millətin birliyini, bərabərliyini, tarixini, mədəniyyətini, dilini yaşatmaq missiyasını güdür:

 

Yüz il öncə həm cəbhələrdə savaşdıq, həm türk dünyasını inkişaf etdirmək üçün çalışdıq. Heç zaman fikrimiz, düşüncəmiz, qayəmiz dəyişmədi. Dünyanın harasında bir türk varsa, onun dərdi ilə dərdlənirik, əlimizdən gələn yardımı edirik. Yüz il əvvəl əlimizdən gələn Nuri paşa idi, bugün dövlətimizin bütün imkanları ilə işğalçı ermənilərə qarşı savaşan Azərbaycanın yanında dik durmuşuq. Dövlətimizin təlimatı ilə Azərbaycanda yaralı əsgər qardaşlarımıza xidmət göstərməyə gəlmişik. 30 həkim heyəti ilə Azərbaycan xəstəxanalarında yaralı əsgərlərimizin sağalması üçün əlimizdən gələni edirik. Eyni zamanda Tərtər, Gəncə başqa şəhərlərdə erməni quldurlarının terroru nəticəsində evsiz-eşiksiz qalmış ailələrə ərzaq geyim yardımı edirik. Bugün Azərbaycanlı qardaşlarımızın ehtiyacı var, burdayıq, sabah başqa yerdə olacağıq. Əslində bu yardımlar simvolik məna kəsb edir, biz göstəririk ki, hər zaman qardaşlarımızın yanındayıq”.

 

Oxucuların diqqətinə çatdırırıq ki, bir müddət öncə TürkiyəTürk Ocaqları”nın maddi dəstəyi ilə Qarabağ ətraf bölgələrdə erməni terrorundan əziyyət çəkən, evləri dağıdılan, yaralanan insanlara kömək məqsədi ilə ərzaq yardımı edilib. AzərbaycanTürk Ocağı”nın təşkilatçılığı ilə Tərtər Gəncə şəhərinə 120 bağlama yardım göndərilib. 300 bağlamadan ibarət növbəti yardım isə şənbə günü Bərdəyə, raket zərbələrindən evləri dağılmış ailələrə çatdırılacaq.

 

 Ədalət.- 2020.- 14 noyabr.- S.8.

 

Eminquey