İncəsənətin incəlikləri çoxdur

 

 

Bizə uşaqlıqdan həmişə deyirdilər ki, ağladanın yanında oturun, güldürənin yox. İnkişaf etmək üçün tələbkar müəllimin yanında olmaq lazımdır. Tənqiqçilər tərəfindən ifaya hansısa təndiqi bir fikir varsa, ondan incimək lazım deyil. Əksinə nəticə çıxarmaq lazımdır”. “Ədalətqəzetinin qonağı Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimi, tarzən Səxavət Məmmədovdur.

 

-Söhbətimizə elə tar sənətinə gəlişinizdən başlayaq...

 

-İlk olaraq onu deyim ki, ailəmiz əslən Qarabağdandır. Ağdam rayonundanıq. Bütün Qarabağlılarda olduğu kimi, bizim ailədə musiqiyə böyük həvəs var idi. AtamQarabağ bülbülləri”ində ifa edib, xanəndə olub. Atamın istəyi ilə tar sənətinə gəlmişəm. Tar sənətini seçdiyim üçün özümü xoşbəxt hiss edirəm. Tarın hələ bəlli olmayan böyük bir sirləri var. Hər yaş artdıqca insan nələrisə öyrənir. Bütün gücümlə tar alətini öyrənib inkişaf etdirməyə çalışıram. Bilirsiniz ki, artıq tar ifaçılığı dünyada böyük səhnələrdə yer alır. Özüm müxtəlif tədbirlərdə iştirak edib ölkəmizi təmsil etmişəm. Bundan sonra da qədər ömür var, tar sənətini yaşadacam.

 

Tarı rütubətdən, çox istilikdən qorumaq lazımdır

 

-Tarın incəliklərini kimdən öyrənmisiniz?

 

-Tarın incəliklərini ilk olaraq musiqi məktəbində təhsil aldığım müddətcə İlqar müəllimdən öyrənmişəm. Düzdür, başlanğıcda tarın məsuliyyətini dərk etmirsən, uşaq olanda sadəcə onu ifa edirsən, amma sonra belə deyil.

 

Musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum. Orada Respublikanın Əməkdar artisti muğam üzrə Elçin Həşimovdan, not üzrə isə Əməkdar müəllim Umud İbrahimovdan dərs aldım. Həmin ərəfədə Cəfər Qafarovdan da öyrəndiklərim oldu. Konservatoriyada da müəllimim Elçin Həşimov oldu. Not təhsilimi isə Umud müəllimin sinfində davam etdirdim. Bakalavr təhsilimin 3-cü 4-cü kurslarında isə not müəllimim Şəhriyar İmanov oldu. Bütün sahələrdə olduğu kimi, tarın da inkişaf mərhələləri var. Magistr pilləsində not müəllimim Umud müəllim, muğam müəllimim isə professor Vamiq Məmmədəliyev oldu. Bir neçə müəllimdən bəhrələnərək təqribən 15 il ərzində tar alətini yüksək şəkildə öyrənməyə çalışdım.

 

 

 

-Deyirlər ki, alətə hörmət etməsən, o, sənin üzünə gülməz... Bu fikrə münasibətiniz...

 

-Alətə hörmətsizlik etmək qətiyyən olmaz. Niyə? Mən belə hesab edirəm ki, bütün milli alətlərimiz, o cümlədən şah alətimiz olan tarımız taxta parçasından ibarət deyil. Onun ruhu var. Alətə necə hörmət qoysan, o da sənə elə cavab verəcək. Bizim böyük sənətkarlarımız həmişə deyib ki, tara qulluq eləməsən, səhnədə hansısa uğurun yarımçıq qala bilər. Onun simləri, pərdələri hər bir şey qulluq tələb edir. Adicə alətin hər bir mövsümə uyğun saxlanmasına fikir verilir. Bu qaydaya bütün tar ifaçıları birmənalı şəkildə riayət edir. Tarı rütubətdən, çox istilikdən qorumaq lazımdır. Bunu ona görə etmək vacibdir ki, tar səhnədə kökdən düşməsin. Tara mənəvi olaraq da hörmət etmək lazımdır. Baxın bizə uşaq vaxtı deyirdilər ki, tarı yerə qoymayın. Uşaqlıqda bunu insan dərk eləmir. Amma illər keçdikcə cümləni anlamağa başlayırsan. Tar ifaçının səsini dinləyicilərə ötürür. Xanəndələr, qiraətçilər sözlə fikrini rahat izah edə bilir. Amma insturmental alətlərdə bu fərqlidir. Sən alətə necə sevgi göstərirsənsə, dinləyici o dərəcədə musiqini sevir. Odur ki, alətə hörmətsizlik etmək olmaz. Həmişə aləti göz bəbəyimiz kimi qorumalıyıq.

 

“O muğamla yarışda birinci yerə çıxmışdım

 

-Ruhumuzu oxşayan bizi xəyallar aləminə aparan muğamlardan danışaq. Muğam sizin üçün deməkdir?

 

-Deyim ki, bütün muğamlarımız çox gözəldir. Hər birinin öz mənası var. 7 əsas muğamımız var ki, hərəsinin öz gözəlliyi. Rastbizim muğamlarımızın babasıdır, “Bayatı-Şirazmuğamların gəlinidir, “Segahana laylamızdır, “Çahargahmərdlikdir. Hər bir muğamın öz adı öz gözəlliyi var. Hansısa birini digərindən ayırmaq çətindir. Bilmirəm, ailədənmi, aid olduğum Qarabağ bölgəsindəmi, nədəndirsə, biz tərəfdəSegahdaha çox ifa edilir. Həmişə məndən xahiş ediblər ki, “Segahifa elə, qulaq asaq. Segah”ın haqqını vermək üçün təhsil lazımdır, yaş lazımdır. Uşaq vaxtıSegahifa edəndə əziyyət çəkirdim, amma yaşım artdıqca onu rahatlıqla ifa edə bildim.

 

-Sizin ruhunuza hansı muğam daha yaxındır?

 

-Elə mənə Segah”. Segahmuğamı qeyd etdiyim kimi, ana laylasıdır. Hətta o vaxt Qarabağda deyirdilər ki, uşaqSegahüstdə ağlayır. Qeyd edirdilər ki, fikir verin, bir uşaq ağlayanda səsinin çalarlarındaSegahahəngi var. İfamda daha çoxSegah”a üstünlük vermişəm. 2012-ci ildə Əhməd Bakıxanovun yubileyi münasibətilə Musiqi Kollecində (o zaman özüm Asəf Zeynallı adına Musiqi Kollecində oxuyurdum) tələbələr arasında müsabiqə təşkil edilmişdi. Mən qoşulmuşdum. Elçin müəllimlə birlikdəZabul segahmuğamı hazırladıq. O muğamla yarışda birinci yerə çıxmışdım.

 

 

 

-Solo, yoxsa trio ifa etmək?

 

-Belə deyərdim, uşaqlıqdan ki, biz tar təhsili alırıq, yəni əvvəlcə özümüz öyrənməliyik, sonra kollektiv şəkildə ifa etməliyik, ona görə ilk növbədə solo ifa. Zamanla insan dərk edir ki, solo ifada özünü rahat şəkildə göstərə bilir, çünkü səhnədə tək olur. Odur ki, solo ifalara üstünlük verirəm. Təbii ki, trioda da ifa edirəm. Bizim xanəndələrimiz tar kamançanın müşayiəti ilə ifa edirlər. İstənilən halda həm trio, həm solo ifa etmək gözəldir.

 

Tənqidi normal qəbul edirəm

 

-Tənqidə qarşı necəsiniz? Heç olubmu ki, hansısa kiçik xətalara yol vermisiniz sizi tənqid etsinlər?

 

-Tənqidi çox normal qəbul edirəm. Bizə uşaqlıqdan həmişə deyirdilər ki, ağladanın yanında oturun, güldürənin yox. İnkişaf etmək üçün tələbkar müəllimin yanında olmaq lazımdır. Tənqiqçilər tərəfindən ifaya hansısa təndiqi bir fikir varsa, ondan incimək lazım deyil. Əksinə nəticə çıxarmaq lazımdır. Bu baxımdan tənqidə münasibətim yaxşıdır. Hansısa bir qüsur var ki, deməli, tənqid olunur. O qüsurun düzəlməsi insanın inkişafıdır. Fikrimcə, hətta tənqidə görəçox sağ ol” da demək lazımdır. Xətalara qalanda isə bəli olub. Böyük bir auditoriya qarşısında çıxış edərkən hansısa bir problem olanda konsert sonrası iradlarla rastlaşırsan. Zamanla bunlar da düzələn işlərdir.

 

-Sənətdə daha çox çətinlikləriniz olub, yoxsa şəxsi həyatda?

 

-Təbii ki, sənətdə çətinliklər olub. Bu yolu tək gedirsən qarşına çıxan maneələri dəf etməlisən. Adından da göründüyü kimi, incəsənətin incəlikləri çoxdur. Bəlkə , kənardan çox asan sənət kimi görsənir. Kimsə deyir ki, kostyum geyinib səhnədə ifa edir. Bu 6 aylıq hazırlığın sadəcə görünən 6-7 dəqiqəlik tərəfidir. Amma ora qədər olan prosesləri heç kim görmür. Hansı əziyyətlərdən keçdiyimizi kimsə bilmir. Musiqiçi insandır, şəxsi həyatında onun da problem olur. Amma musiqiçi o problemini dinləyiciyə yansıtmamalıdır. Dinləyici musiqi dinləmək, zövq almaq üçün konsertə gəlir.

 

-İncəsənət elə bir sahədir ki, insan uğurlar qazandıqca onu qısqananlar da olur. Sizi necə qısqananlar çoxdur?

 

-İncəsənət sahəsində qısqanclıq belə deyim ki, var, həm həddən çox. Amma bizim ixtisas milli sahədir deyə bir o qədər görmürəm. Bəlkə , yaşım azdır ona görə. Həmişə ünsiyyətdə olduğum musiqiçi dostlarla sağlam rəqabətdə olmuşuq. Qısqanclıq olsa da, mən tərəfdən olmayıb.

 

-Çox sağ olun ki, dəvətimi qəbul edib müsahibə verdiniz.

 

-Siz sağ olun.

 

Rövşən Tahir

 

Ədalət.-  2020.- 24 noyabr.- S.7.