Müharibə şeirləri
Başdaşları
utandırdı məni
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı
baş daşları
utandırdı məni.
məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.
can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Mələklərə
atilan mərmilər...
Toplardan,
təyyarələrdən
doğan
uşaqlar
yerdə
bələklərdən çıxırdı.
uşaqların
yerdə
batan
səsləri
göydə
mələklərdən
çıxırdı.
Analar
saxlaya bilmirdi
bombaları
uşaqlar qaça bilmirdi
bombalardan.
hara
qaçsalar da
bombalar
tuturdu uşaqları.
şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
qoparmışdı
əllərindən mərmilər.
bir qolu
balasında
biri
özündə qalmışdı ananın...
itkin
qoluna yalvarıb,
itkin
balasını tapşırırdı ana:
“yaxşı bax balama
ağlayanda
əllərindən tut,
bir az
güldür.
qulağı üşüyəndi
qulağını yaxşı ört”.
Balasıyla
itən
qolunu
günahlandırıb,
geri
qayıtmayan
əlinə ağlayırdı.
itirdiyi
qolunun
yerinə
baxıb
yarasını danlayırdı,
ana.
bu
dağılmış şəhərin
hər
daşını qaldırıb,
axtarırdı yavrusunu.
daş
qaldırmaqdan
daşa
dönmüşdü təklənmiş əli.
ancaq
bala vermirdi
daşlar...
on
altı il keçsə də
ana
balasını axtarırdı
altı
aylıq körpələr arasında.
Sağ qalan varmı?!...
Əsgər
sinəsi axtarır
isinməyə
fevral
şaxtasından
üşüyən güllə.
hər əsgər
tabutu
bir
ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən
qızın arzularını
götürüb gedər
hər
atılan güllə.
soba
yanında
gecə
yarısı bir qız
məktub
yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib
“üşüyürəm, ana
odun
atıram sobaya” ...
Daha
gecələri oyaq qalmağa
soba
yanında
məktub
yazmağa,
yalandan
üşüməyə
sobaya
odun atmağa
ehtiyac
yoxdu...
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq
səsi gəlir:
kimsə
sağdı?!
Ayağim özümdən qeyrətli
çixdi
çiçək açırdı
torpağa basdırılan
minalar
toxunanda
ayaqlar.
çiçəklər yara açırdı
yaralar
anaların yuxusuna qaçırdı.
yuxular
qara xəbərin
ardınca qaçırdı.
Qəlbinə
qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi xəbərlər yuyar.
evli
xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin yer salar.
...O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ
ayağının addımını.
arxada
can verən
addım
səsinə
qayıdıb
itmiş
ayağını aldı əlinə.
Bir vaxt
sevgilisinə
gül
verən əllər
bugün
nə aparacaqdı?!
cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol
ayağı alıb xərcləyir!
danlayır özünü hər səhər-axşam
əlini
başına, dizinə çırpır:
o
qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.
İTİRİLMİŞ
ƏLLƏR
Görüşəndə
Sevgilisinin
əlində
gözü axtarardı
ona veriləcək
gülləri.
İndi
kitabları arasında qurutduğu
Gül ləçəklərində
axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.
ATƏŞKƏS
İyirmi
illik
köhnəlmiş sözlərlə
başladı
televiziya
xəbər başlıqları:
atəskəs pozulub...
düşmən susduruldu.
mərmilərə
atılan
Ana fəryadıyla.
Məmməd İsmayıla
Daha
qapı döymür ağacdələnlər,
Yorulub dimdiyi, dişi bir ildir.
Ömrü
cox çəkməz e... bu qandalın da,-
Çırpır Prometey daşı bir ildir.
Altda ilan
yatan bu otu-layı
Qaldırdın,
üstünə yeridi ayı.
Adam
öldürənə medal havayı,
Görüb dinməyənin işi bir ildir.
Haqq
batır dünyanın nahaq üzündə,
Çör-çöplər gur çayın axar
üzündə.
Bağlı
qapıların arxa üzündə
Özün kefə tutub naşı bir ildir.
Bir
şah fərman verir, biri qol çəkir,
Qollu kağızların yükün el çəkir.
Varlının
yayı da ildə il çəkir
Lüt-üryan yetimin qışı bir ildir.
Savalanda
yatan belin əydisə,
Baba Dərvişə
də xəta dəydisə...
Qırx
gün çəkməliydi bu hər nəydisə...
Qırxı çoxdan keçib yaşı bir ildir.
Gecikmisən
Məni
sevənlərin çoxu gecikdi
Sən də
gecikdin
Əzrayıl.
Səndən
öncə bir qız gəlib,
Göz
dikdiyin canımı,
səndən öncə apardı.
Gəlirsən
günorta gəl,
Gecə evdə olmuram.
Mən
sözümdə oluram,
Heç özümdə olmuram.
Eh əzrayıl...
Gəlirsən, vaxtsız gəlmə.
Heç
kimə yoxdu etibar,
Bir də
gördün yaradana
Çatdırıblar,-
Aramızda
nəsə var!
Səngərdəkilərin
acığına
Aylardır
səngərdəyik,-
sevgidən, qadından uzaq.
Elə
bil
bizə,
bütün savaşlara,
düşmənimizə,
və
bizi səngərdə isidən
düşüncəmizə
meydan
oxuyur
öz
öpüşləriylə
mərmilər altında
sevişən göyərçinlər.
Emin Piri
Ədalət.- 2020.- 1 oktyabr.- S.3.